Əbülfəs Qarayev: “Dövlət
otellərdə qiymətlərin formalaşmasına təsir
edə bilməz”
“Otellərdə
qiymətlərin formalaşmasına dövlət təsir edə
bilməz”.
Bunu mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev “Turizm
və media: inkişafa
aparan yolda birgə fəaliyyət”
mövzusunda müsabiqənin qaliblərinin
təqdim mərasimində deyib.
Nazir
bildirib ki, dövlət
otellərdə qiymət siyasətini müəyyənləşdirmir
və qiymətlər fərdi sahibkarlar tərəfindən
müəyyən olunur: “Dövlət olaraq biz sahibkarları
maarifləndirə, onlara treninqlər
keçə və qiymətlərin
formalaşdırılmasında onlara
tövsiyələr verə bilərik”. (APA)
Ə. Qarayev əlavə edib ki, Azərbaycanda turizm
bazarı inhisarçılığa məruz qalmır: “Hər
kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə
hər şey çox
şəffafdır və ona görə də
dövlətin bura müdaxilə etməsi
yersizdir. Azərbaycanda turizmin
inkişafı prioritet istiqamətlərdən
biridir. Həm daxili turizm, həm də xarici turizm inkişaf etdirilməlidir.
Daxili turizm ona görə inkişaf
etməlidir ki, Azərbaycan vətəndaşları
kənara getməsin, ölkədən kənara valyuta axını olmasın”.
525-ci qəzet.-2016.- 12 iyul.- S.2.