50 il keçdi...
Düz
50 il bundan
əvvəl - 1966-cı ildə
Azərbaycan Dövlət
Nəşriyyatı "Gənc
şairin ilk kitabı"
seriyasından 16 nəfərin
kitabını nəşr
etmək qərarına
gəldi.
Bu gənclərin sırasında
Musa Yaqub, Davud Nəsib, Məmməd İsmayıl, Ağa Laçınlı, Şamil
Salmanov və başqaları vardı. Nəşr
ediləcək kitabları:
şeirləri və müəllifləri Məmməd
Araz seçirdi. O zaman Məmməd Araz Azərbaycan Dövlət Nəşriyyatının
bədii ədəbiyyat
redaksiyasının müdiri
idi. Çap olunmaq istəyənlərin
sayı çox idi. Bunların arasında istedadlılar,
tapşırılanlar, "adamlılar" və Bakıda yaşayanlar çoxluq təşkil edirdi.
Mənim
kimi "əyalət"dən
olanlar da az deyildi.
Dediklərimi o zaman nəşriyyatda redaktor işləyən və ilk kitabların
əksəriyyətini redaktə
edən şair İlyas Tapdıq da təsdiq edə bilər. Nəhayət ki, kitablar nəşr olundu.
Cəmi yarım çap vərəqi həcmində
olan bu kitabçalar
dərhal ədəbi
tənqidin diqqətini
cəlb etdi. Bu kitablar
haqqında o zaman Osman Sarıvəlli "Azərbaycan" jurnalında
(1967), Məmməd Araz
"Ulduz" jurnalında
(1967), professor Qulu Xəlilov
"Kommunist" qəzetində
məqalələr çap
etdirdilər.
Bunlarla yanaşı
respublikanın müxtəlif
bölgələrində olan
yerli qəzetlər də bu kitabçalara
öz münasibətini
bildirdi. Ədalət naminə demək
lazımdır ki, bu məqalələrdə
yaxşı şeir nümunə kimi göstərildikdə həmişə
Musa Yaqubun adı birincilər sırasında
çəkilirdi. Tarix sübut
etdi ki, bu deyilənlər doğru imiş. Kitab müəlliflərinin sonrakı
taleyi müxtəlif oldu. O vaxtdan 50 il keçib.
Bu münasibətlə Musa Yaquba yazdığım şeiri oxuculara təqdim edirəm.
ŞAİR
MUSA YAQUBA
Gün sayıram səhər-axşam,
Hey qısalır yanan o şam.
Sən qalmısan, mən qalmışam,
Daha kim qalıb,
ay Musa?!
lll
50 ildir bir möhür
var,
Keçmişləri yada salar.
Ömür gedər, şeir qalar,
O da can alar, ay Musa!
lll
Gedən
getdi, qalan qaldı,
Heç bilmədik bu nə haldı.
Ayrılıq da bir ünvandı,
Gör harda qaldı, ay Musa?!
lll
Biz on altı yoldaş idik,
Yer yaş idi, biz daş idik.
Yaddaşlarda yad daş idik,
Daha nə qaldı, ay Musa?!
lll
Ümid
oldu çilik-çilik,
Nə saxladıq,
nəyi sildik?
Kim nə verdi,
biz bilirik,
Kimlər
nə aldı, ay Musa!
lll
Biz o zaman cavan idik,
Yaxşı idik, yaman idik,
Xəyal
idik, güman idik,
Xəyal
da baldı, ay Musa!
lll
Babadağda kəl qaldımı,
Kəl üstündə əl qaldımı,
Xırman
yoxdu, vəl qaldımı,
Daha nə qaldı, ay Musa?!
lll
Ulduzları saya-saya
Nə deyirsən gecə aya?
Xəbər çatıb Pirquluya,
Zaman yamandı, ay Musa!
lll
Bir gün nağıl da bitəcək,
Göydən üç alma düşəcək,
Biri sənin, biri mənim,
Biri tək qaldı, ay Musa!
RÜBAİ
525-ci qəzet.-2016.- 12 iyul.- S.6.