Əhməd Cəmil
poeziyası ilə yeni görüş
Paşa
ƏLİOĞLU
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun
direktor əvəzi
XX yüzilliyin əvvəllərindən
ömrünün sonuna
- 1977-ci ilə qədər
ədəbiyyatımızı artıq pafosdan uzaq səmimi şeirləri, yaddaqalan obrazları ilə zənginləşdirmiş, əsərlərində
istedad möhürü
olan Əhməd Cəmilin poeziyası ədiblərimiz tərəfindən
çox yüksək
dəyərləndirilmişdir.
Böyük Nazim Hikmət yazırdı: “Onun poeziyası səhər mehi kimi dərhal
adamın canına hopur... Onun lirik qəhrəmanı
pafossuz danışır.
Lakin bu pıçıltı da deyil. Mən şeirdə məhz bu cür dili
sevirəm. Şair
oxucularla nə barədə söhbət
edirsə, etsin - Ə.Cəmilin bir çox şeirləri elə əsl dost söhbətini yada salır - onun ahəngi, demək olar ki, dəyişmir,
özünün əvvəlki
mülayimliyində və
yapışıqlığında qalır”. Özü də M.Şəhriyarın
ifadəsi ilə desək, “ilhami şeirləri” ilə oxucuların qəlbini fəth etmiş Xalq şairi Səməd Vurğun Əhməd Cəmilin poetik yaradıcılığını
iki cəhətinə
görə dəyərləndirirdi:əsərlərinin əsl
ilhamın məhsulu olması, sözə qarşı hörmətçilliyi
və diqqətçiliyi.
“Şairin eşqi” adlı məqaləsində
S.Vurğun yazır: “Mən şair Əhməd Cəmilin şeir rübabını
dinləyirəm. Bu rübabın tellərindən
qopan zərif və mənalı nəğmələr nə
qədər dadlı və təbiidir. Bunlar saf dağ çeşmələri
kimi şırıl-şırıl
axır, ilk baharın
gülləri kimi ətir saçır.
Bu nəğmələrdə zorlanmamış, heç
bir təzyiq altına alınmamış
bir qəlbin, həm də həqiqi bir şair qəlbinin çırpıntıları səslənir!
Mən həqiqi şair dedim. Bu həqiqi ilham
deməkdir. Əsl ilham
könüllər yolçusu,
könüllər aşiqi
olan bir şairin hünəridir”.
Əli Kərim isə Ə. Cəmilin təkrarsız şeirləri barədə
belə yazmışdır:
“Bu şeirlərdə gurultu
yerinə insan səsi, parıltı yerinə ürəyi qızdıran bir hərarət vardır. Onlarda xılt, yerinə düşməmiş kəlmə
tapmaq çətindir.
Əhməd Cəmil bu cəhətdən bizim ədəbiyyatımızda nadir sənətkardır. Yağışdan sonrakı bahar havası kimi şəffaf, ətirli şeirlər müəllifi
olan şairin kəmiyyətcə az yazmasının səbəbi
də budur”. Şairin II Dünya müharibəsi illərində
yazdığı əsərlərini
yüksək dəyərləndirən
akademik Bəkir Nəbiyev deyir: “Ə.Cəmil müharibə
dövrü Azərbaycan
poeziyasını yaradanların
şərəfli cərgəsində
öz əbədi yerini tutmuşdur”.
Şairin yaradıcılığı haqqında
deyilənlərə nəyi
isə əlavə etmək çətin məsələdir. Çünki bu deyilənlərdə
onun yaradıcılığını
gələcəyə aparan,
unudulmağa qoymayan əsas cəhətlər
göstərilmişdir. Fikrimizcə,
“Ə.Cəmilin poetik
obrazlar aləmindən
qısaca da olsa danışmağımız
yerinə düşərdi.
Onun şeirlərinin səmimiliyindən,
dilinin sadəliyindən
danışırdıq. Şairin poetik obrazlarının özünəməxsusluğunu da xüsusi olaraq qeyd etmək
istərdik. “Zəmilər” şeirində
dərin müşahidə
qabiliyyətinin, assosiativ
təfəkkürünün məhsulu olan obrazlar bir-birinin ardınca gəlir. Asfalt yollar dağların sinəsinə yazılmış
günəşli misralara,
lalələr dağların
süfrəsinə düzülmüş
al piyalələrə bəzədilir.
Əsən küləyin
yırğaladığı, əmin-amanlıq, bolluq rəmzi sünbüllər
gülməkdən özünü
ayaq üstündə
saxlaya bilməyən adamlara oxşadılır:
Sünbüllər səssizcə uğunub
gedir,
Gülməkdən özünü ayaq
üstündə
Saxlaya bilməyən
adamlar kimi.
Bu şeir insanın sadəcə həyatdan, yaşamaqdan, təbiətdən,
əmin-amanlıqdan sevinməsinin
ifadəsidir:
Yayın
günəşi bol, günləri uzun,
Dağ-daş əkinidir bütün
kolxozun...
Kənd
yaman axışıb
biçinə bu il!
Zil gülüş səsləri
gəlir zəmidən...
Dönürəm-bu dəfə sünbüllər deyil,
Başına qırmızı ləçək
bağlanmış
qızlardır gülən.
Bu şeiri 1960-cı ildə
yazan Əhməd Cəmil əmin-amanlığın,
buludsuz səmanın qədrini çox gözəl bilirdi. Çünki İrəvanın tanınmış
seyid nəslindən olan şair uşaq ikən, 1918-ci ildə erməni faşistlərinin törətdikləri
vəhşiliklərin nəticəsində
ailəsi ilə birlikdə vətənini tərk edib Gəncəyə köçməyə
məcbur olmuşdu.
Türkiyədə olduğuna görə
həbsə salınmış
qardaşı orada vəfat etmişdi. II Dünya müharibəsi
illərində Krımda
və Şimali Qafqazda törədilən
müharibə dəhşətlərini
öz gözləri ilə görmüşdü.
Tədqiqatçıların gözlərindən yayınan və ya görüb nəzərə çatdırmadıqları
bir cəhəti qeyd etmək istərdik. Əhməd Cəmil şeirlərində
alman faşistlərinin
cinayətlərindən danışarkən,
uşaqlıq xatirələrini
canlandıraraq adını
çəkmədən erməni
faşistlərinin cinayətlərindən
də söz açmışdır. Şairin
tərcümeyi-halından, daxili dünyasından xəbərdar olan adam onun
“Qaçqınlar” şeirini
oxuyanda bunu hiss edə bilər.
Əhməd Cəmili şəxsən
tanıyanlar bilirlər
ki, o, xasiyyətcə
şeirlərinə bənzəyib,
çox sakit adam olub,
daxilindəki təlatümlərin
üzə çıxmasına
yol verməyib, hiss və həyəcanlarını
ifadə edərkən
təbii olaraq dövrünün qadağalarını
da nəzərə almağa məcbur olub. Onun dövrün tələbi
ilə yazdığı,
Sovet bayramlarına, əmək qəhrəmanlarına
həsr etdiyi şeirlərində də
bir səmimilik, istilik, həlimlik var, pafosdan əsər-əlamət
yoxdur. Xəzər
neftçilərinə o, aşağıdakı
misraları həsr etmişdir:
Baxma sular çox dərindir,
Baxma göylər
dumandır.
Xəzər sənin öz mehriban
Doğma, əziz anandır.
Dalğa
döyən hər buruğun
Gündüz göyə dayaqdır,
Gecə
yanan min ulduzun
Min göz qırpan
mayakdır.
Əhməd Cəmilin II Dünya Müharibəsi illərində
yazdığı şeirlərin
bu gün də təsir gücünü itirməməsinin
əsas səbəblərindən
biri şairin bu hadisələrin canlı şahidi olmasıdır. Əlbəttə, ondan da vacib səbəb istedaddır.
İstedadlı şair, yazıçı
şəxsən görmədiyi
hadisəni onun şahidindən daha təsirli təsvir edə bilər. Məlum fakdır
ki, məsələn,
onun “Can nənə, bir nağıl de!” şeiri müharibədə
iştirak edən azərbaycanlı əsgərlərin
də, arxa cəbhədəkilərin də
dillər əzbəri
olub. Şair sonrakı illərdə
də müharibə mövzusuna qayıtmışdır.
Onun
1976-cı ildə qələmə
aldığı “Mamay
kurqanında” şeirində
döyüşlərdə həlak olmuş əsgərlər bu gün də bir-biri ilə ancaq özlərinin anladığı dildə
danışır, şahidi
olduqlarını, necə
öldüklərini anladırlar.
Müəllif müharibə
qurbanlarının acısını
gənc yaşlarında
həlak olmuş əsgərlərin qısa
dialoqları vasitəsi
ilə ifadə edir, bu təəssüf
hissi oxucuya sirayət edir:
- Volqa qəmli çaydı...
Kədərli çaydı....
Orda gəmimizi bombaladılar,
Çarpanaq qolumu aparmasaydı,
Mən üzüb çıxardım....
Üzməyə nə var?!
Əhməd Cəmil poeziyasının
bir çox cəhətləri bundan sonra da araşdırılmalı,
onun yaradıcılığının
ayrı-ayrı məsələlərinə
dair dissertasiyalar yazılmalıdır. Özündən sonrakı nəslin
nümayəndəsi olan
şairlərin yaradıcılığına
təsir etmiş, Ə.Cəmil poeziyası
XX əsr Azərbaycan
ədəbiyyatının dəyərli
səhifələrdən birini
təşkil edir.
Ömrünün son günlərində
yazdığı şeirlərindən
birində şair o, dünyadan köçdükdən
sonrakı həyatı
xəyalında canlandırmağa
çalışır, əmin
olduğunu bildirir ki, o zaman da
xoş bir xatirə kimi insanların qəlbində
yaşayacaqdır:
Gəzəcəkmi sözlərim
yenə
ağızda, dildə?!
İnanıram, bilirəm
Onda mən olmasam da
qəlblərdə
qalacağam,
Bir xəyala çevrilib
buluda dolacağam;
Onların başı üstdən
Uçduqca
uzaq
şirin
xatirə olacağam.
Ölümündən qırx il keçdikdən sonra Əhməd Cəmil poeziyasının zamanın sınağından keçdiyini deyə bilərik. Nə yaxşı ki son illərdə şairin ədəbi irsinin yeni əlifbada nəşri işinə başlanmışdır. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyi “Nurlan” nəşriyyatında onun “Dünyanın gözəlliyi” adlı şeirlər toplusunu nəşr etdirmişdir (Tərtibçi şairin qızı Sevil Cəmilzadədir). Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə şairin “Şərq-Qərb Nəşriyyat Evi”ndə şeirlər və məqalələr toplusunun birinci cildi işıq üzü görmüşdür (Tərtibçilər şairin övladları Sevil Cəmilzadə və Eldar Cəmilzadədir). Sevil Cəmilzadə kitaba yazdığı kiçik ön sözdə Ə.Cəmilin həyatı barədə qısa məlumat vermiş, kitabın tərtibi prinsipindən söz açmışdır. Sevil xanım bildirir ki, şairin indiyə qədər çapdan çıxmış kitablarında şeirlər mövzuya görə düzülmüşdü. Təqdim edilən yeni iki cildlikdə isə şeirlər xronoloji prinsip əsasında sıralanmışdır ki, bu da gələcək tədqiqatçıların işini xeyli asanlaşdıra bilər. Kitaba salınmış məqalə və müsahibələr şairin yaradıcılığını izləmək, araşdırmaq baxımından böyük əhəmiyyyətə malikdir.
XXI əsr oxucusunu Əhməd Cəmil yaradıcılığı ilə yeni görüş gözləyir.
525-ci qəzet.-2016.-
16 iyul.- S.23.