Günün şeiri
Dağlardan, meşələrdən,
Xəzərdən keçəndə,
Bir qürur dalğası
oynayır içimdə.
Şad oluram
Uca-uca imarətləri görüncə.
Hamısı yaraşıqlı, al-əlvan,
ürəyimcə...
Dəxli
yoxdur hansı pula tikilib,
necə
tikilib.
Açıq-aşkar tikilib,
ya
gizlicə tikilib...
Onu bilirəm ki,
Bu saraylar
Quş olub uçası
deyil.
Bu torpaqdan heç hara
qaçası
deyil.
Hamısı baxılmalı,
görməlidi.
Sevinirəm,
Sevinməyən
ermənidi!
... Fəqət, telekanallar
“la-la - deyib bağıranda”
Bizi köhnə paltarları
Satmağa çağıranda,
Mat-məəttəl qalıram
Dünyanın gərdişlərinə,
Adamların işlərinə...
Görmüşük axı,
bilirik
axı
Geyilmiş paltarları,
Filan, filan şeyləri,
lap elə papağı
Məscidə yollayarlar,
Kasıblara paylayarlar.
Adət
var, qayda var axı...
Ölmədik, bu günü də
gördük,
İlahi!
Bəlkə də düz demirəm,
günahım
varsa,
Günahımdan keç...
Bəlkə bu şeiri də
yazmayaydın
heç!..
... Əcəb, yazmışam!..
Pəncərəmizdən Günəşə
Telefonda
Oğlan
qıza pıçıldadı:
- Vaxtdır, evlənək, Birdənəm!
Toy çaldıraq,
qol
qaldıraq, oynayaq.
Bir otaqdı
Sən məni axtarasan,
Mən də səni
axşam,
səhər...
Fərəhlənsin bizi qəlbən sevənlər.
Süd qoxusu gələn
körpəmiz
olsun.
Dəxli
yoxdur,
oğlan
olsun, qız olsun...
Üz-gözündən sənə bənzəsin,
boy-buxundan
mənə.
Heç
bilirsən nə deyiblər
bu
yaxında mənə?..
Sən demə, ən qəşəng,
şirin-şəkər
balalar
Ən dərin məhəbbətin
meyvəsidir...
Göz yaşları - yaz yağışı,
Qığıltısı -
Ulduzların səsidir...
Gəl,
bir olaq,
Öz ocağımız
yansın.
Pəncərəmizdən Günəşə
Öz balamız boylansın...
Telefonda
oğlan
Az qala qıza yalvardı...
Onda səninlə mənim
Belə
vaxtımız vardı...
... Telefonun o başında
Sən deyildinmi onda,
Birdənəm?!..
O axşam olmasaydı
Sən Allahına şükr elə,
o axşam
Qarşına mən çıxmışam.
Bu adamları
qarışqadan
çox şəhərdə
(maşallah, göz
dəyməsin...)
Sən-şipşirin qadın məlahətində,
mən
- at üstə yəhərdə...
Heç
bilmədim üzüm-gözüm,
boyum,
qamətim
Xoşuna
gəldi-gəlmədi...
Tamam yadımdan çıxıb
İlk sözüm nə oldu,
hansı
kəlməydi?..
Yoldan gəlmişdim -
saqqal,
filan,
Pencəyim də köhnəydi...
Amma o axşamın sirri
bilmədim
nəydi...
Deyəsən, bir balaca
dolaşıq
da saldım sözümü.
Amma gözlərinin giləsində
gördüm
özümü...
Allaha şükr eylə ki,
o axşam
Qarşına mən çıxmışam...
Amma heç indi də bilmirəm
O axşamkı görüşdə
Kim uddu, kim
apardı...
Bəlkə də
o axşam olmasaydı,
Xəyallarım yollarda
Hələ də at çapırdı...
Yaza bilmədiyim
şeir
Mürgü tutub onu,
Xəyallar huşunu alıb
aparıb...
Ülgüc kimi kəsən
şaxta
Elə bil
Köynəyinin düyməsini
bir-bir qoparıb
Taxıb
yaxasına
Bumbuz küləklərin,
Yellənir belədən-belə...
Gecənin yuxusu
yol
gəlir hələ...
Yuxusunda
görmək istəyir
yumyumuşaq, imisti
yorğan-döşəyi...
Stolüstü lampası var,
Şəfəqləri - bənövşəyi...
Ətrinə bürünmək istəyir
Onu gözləyən qadının...
Üfüqlərdən-üfüqlərə
Gücü çatar qanadının...
Amma indi iş başında,
iş
üstədi.
Çörəkpulu çıxardır
gecənin
cibindən,
çörəkpulu...
Hələ qarşıdadır
baharın
yolu...
Qışın gücü çatmaz
Günəşə.
Bahar şaxtadan irəli!
Onun mürgüsü qaçacaq
Tumurcuğa dönəcək,
gül
açacaq
Köynəyinin düymələri...
Şər
Kişiyə şər atdılar...
Dağ çeşməsi kimi
bu
işıqlı kişinin
“Ləkəli” sürətini
“yaratdılar”...
Şərin nəfəsi sönsün!
Dili ölsün!
Şər elə şərdi.
Quyusu, kahası
Elə bəşərdi...
Şəri daşqalaq etsən
də
Donquldanar, kiriməz.
Yalan sözdür deyirlər:
“Şər ayaq tutar, yeriməz...”
Şər ayaq açar, yeriyər,
yüyürər
də!
İldırıma dönüb
Təpəndən
vurar
Elə durduğun yerdə...
Kişinin boyu, yerişi
kiminsə
xoşuna gəlmədi,
Başqa
birisi
doğulduğu
kəndə
ağız
büzdü,
Lap o birisi buyurdu:
“Xeyli yaşı olsa da
qabağa çəkmək
olmaz,
hələ tezdi...”
Kişi
iş-gücünü
atıb
getdi...
Özünün işığını
götürüb
getdi...
Şərə lənət!
Adam ol
Səni
oğlundan soruşdum,
Dedi: “Dəqiq xəbərim yox”.
Xanımın da mizıldandı:
“Onsuz gecəm, səhərim yox”.
Bir tanışın gülümsündü:
“Əşi, dərtd
etməyə dəyməz.
O, öyrəşib “içəriyə”,
Çətin qəm çəkə,
“əriyə...”
Sənsə peşəndən qalmadın
Onu-bunu aldatmaqda
çıxdı
adın.
Aydınlığı, təmizliyi
dərk
etmədin.
Əyri
yolu tutub getdin,
tərk
etmədin,
Yalanları tərgitmədin,
oğlan,
Tərgitmədin...
And içdin də gah Allaha,
gah
vicdana.
Çoxlarına kələk gəlib
Qoymusan da yana-yana...
Sən qılıqlı, təbəssümlü
təhlükəsən!
Sən
- ləkəsən!
Od yandırmaz,
su
axıtmaz,
Külək tutmaz bu ləkəni...
Yazıq
sənə,
Bilirsənmi, dağıtdılar,
Uçurdular, sökdülər eyy,
Sən dırmaşan pilləkəni...
Adam ol!
Kövrək bir ovqat
Bu gecə yamanca sənsizləmişəm
Əllərim səninçün göynəyir
indi.
Mənim
tez küsənim,
körpə
bənövşəm,
Hardasan,
gündüzüm,
gecəm sənindi...
Bu gecə kimsəsiz bir uşaq kimi
Bəxtimə qısılıb doluxsunmuşam.
Bu gecə ürəyim bir yarpaq kimi...
Bu gecə göylərdə
çırpınan quşam.
Solacaq bu gecə bağda
güllərim,
Uzaqsan,
nəfəsin
solana çatmaz.
Dünya
qəribədir,
bəzən
əllərin
Səndən beş addımda olana çatmaz...
Bu, bəxtin əmridir,
tale işidir,
Hardasa, nəyisə gözləmək
- peşəm...
Bu gecə səsimi Tanrı eşidir,
Axı,
sən hardasan,
sənsizləmişəm...
Bu şəhərdə
Mən
səndən xəbər
tutmuşam,
Sənin məndən xəbərin
var?
Həyatımsan - dedin mənə
Mənsiz açan səhərin var?
Sən
- şah, mən fağır vəzirəm,
Səndən ayrı nə gəzirəm?
Hər əmrinə
müntəzirəm.
Mənim kimi əsgərin var?!
Sən göyçək bir türk balası,
Sən sevən xoşbəxt olası...
Dünyaya paytaxt olası
Bakı
boyda şəhərin
var!
Bu şəhərdə bir yerdəyik,
Sənin məndən xəbərin
var?!
Qorxma
Sən nədən qorxursan,
ay bəxti yeyin.
Bir az nazlı-duzlu,
bir
az ərköyün.
Üstündə torpağın,
altında
Göyün
Şükr olsun, sənin tək
gülüm
var hələ.
Qarabağ deyilən
Diyar - mənimki!
Orda qış - mənimki
Bahar - mənimki!
Yerində, Göyündə
nə
var - mənimki
Dağım var, dərəm
var,
çölüm
var hələ.
Gedənlər yolları tapıb
getdilər...
Getdilər,
atları
çapıb getdilər...
Su olub
torpağa
hopub getdilər...
Qorxma!
qarşımızda
ölüm var hələ...
Gəlirəm, yoldayam
Səsləyək məclisə ulduzu, Ayı.
Qaldı
yadımızda bu aprel ayı...
Qızıl badələrdə Günəşin
payı
İndi
hünər-bizim,
söz
- bu dünyanın.
Yolumuz Ağdamdan
Laçına sarı.
Uçular, qəhr olar həsrət hasarı!
Tutub boğazlarıq qara rüzgarı
Dünya bizim olar,
biz - bu dünyanın.
Qarabağ!
Dərdindən dəli olmuşam.
Sevdası qəfəsdə çırpınan quşam.
Qovuşa bilməsəm mən sənə, Şuşam
Ağzından ataram
düz
bu dünyanın!..
Gəlirəm, yoldayam,
gözlə, Qarabağ!..
Şüvəlan,
2016-cı ilin yayı
Ramiz Məmmədzadə
525-ci qəzet.-2016.- 16 iyul.- S.22.