“Jara”
Festivalı - önəmli mədəniyyət tədbiri kimi
Bakıda keçirilən “Jara” (“İsti günlər”) Beynəlxalq Musiqi Festivalı Azərbaycanın və Rusiyanın mədəni həyatında əlamətdar hadisə oldu.
Tanınmış müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovun təşkilatçılığı ilə keçirilən festivalın 500-dək qonağı olub.
Harada musiqi var, orada
sevgi və dostluq da var
Polad Bülbüloğlu, Filip Kirkorov, Stas Mixaylov, Polina Qaqarina, Vladimir Presnyakov, Nyuşa, Leonid Aqutin, Sergey
Lazarev, Timati,
“A-Studio”, Nikolay Baskov,
Valeriya, Ani Lorak, Emin, Aleksey Vorobyov, “MBAND”, Potap və Nastya dueti, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli, Burito, “A-DESSA” qrupu, Ciqan, Svetlana Loboda, Yeva Polna,
N`everqrin, Vlad Sokolovski, Yulianna Karaulova və bir çox digər artistlər iki gün ərzində
musiqisevərlərə ən
gözəl anlar bəxş ediblər. Musiqiçilərin qırmızı
xalının üstündən
keçərək pərəstişkarları
ilə fotolar çəkdirməsi, tamaşaçılarla
sıx ünsiyyət,
çıxışların alqışlarla qarşılanması,
müğənnilərin səmimi
hisslərini elə səhnədəcə ifadə
etməsi, təəssüratlarını
bölüşməsi “Jara”
festivalından hər
kəsin qəlbinə
hərarət yayıldığını
nümayiş etdirirdi.
Rusiya estradasının kralı
Filip Kirkorovun mətbuat konfransında söylədiyi “Harada musiqi
var, orada sevgi və dostluq
da var” fikrini
festivalın hər məqamında müşahidə
etmək olurdu.
Xeyirxah ənənənin
təməli
Festivalın
qonaqları təkcə şou-biznesin veteranları deyil, həm
də ifaçılıq sənətinə yenicə qədəm
qoyan gənclər olub. Bu baxımdan KİV-lər festivalı
həm də xeyirxah ənənənin təməli kimi qiymətləndirib.
Məqalələrdə bildirilib ki, festivalın birinci
günü Qriqori Lepsin təqdim etdiyi Romadinin, eləcə də
digər gənc müğənniləri
tamaşaçılar hərarətlə
alqışlayıblar. Bu isə onların
yaradıcılığına stimul verir. Qriqori Leps müsahibələrindən
birində deyib: “Musiqi festivalı təkcə musiqi aləmində
deyil, ümumiyyətlə, dünyada vacib rola malikdir. Bu
cür irimiqyaslı musiqi bayramını təşkil etmək
heç də asan deyil. Bildiyiniz kimi, Soçidə “Rojdestvo
na Roza Xutor” qış festivalı keçirilir. Çox
şadam ki, indi Bakıda da “Jara” festivalı var. Ümidvaram
ki, festival davamlı və parlaq olacaq, hamımızı bir
araya gətirəcək. Mən sərhəd tanımayan
musiqini dəstəkləyirəm”.
Hər bir artist bu festivalda
iştirakı ilə
fəxr edəcək
“Jara”
festivalı istər musiqi ictimaiyyətində, istərsə də
KİV-lərdə böyük əks-səda doğurdu. Təsadüfi
deyil ki, Rusiyanın 70-dək nüfuzlu KİV-i, o cümlədən,
“Lifenews”, “Woman”, “7days”, “Hello”, “Starhit”, “Love Radio”, “Radio Dacha”,
“Woman's day”, “OK!”, “Peopletalk”, “Komsomolskaya pravda”, eləcə də
sosial şəbəkələr bu festivaldan söz açdı.
Bu materiallar bütün nəşrlərin ilk səhifələrində,
baş xəbərlərdə, sosial şəbəkələrdə
dünyaya səs saldı. Festivalın ikinci günü
qırmızı xalının üstündən keçən
Nikolay Baskov jurnalistlərə müsahibəsində deyib: “Gələn
il festivalın qonaqlarının sayı daha da çox olacaq və
hər bir artist bu festivalda iştirakı ilə fəxr edəcək”.
Azərbaycan
rəhbərliyi tərəfindən dəstəklənən
və uğurla keçirilən “Jara” festivalı daha bir beynəlxalq
mədəni tədbir kimi tarixə düşdü. Bu
möhtəşəm festivalın baş tutması Azərbaycanın
bu cür tədbirləri keçirmək üçün
geniş imkanlarını bir daha nümayiş etdirdi.
525-ci qəzet.-2016.- 16 iyul.- S.13.