Bakıda yeni mütaliə mərkəzi -
“Açıq kitabxana” istifadəyə verildi
Bakıda yeni mütaliə mərkəzi - <b style="color:red">“Açıq kitabxana” istifadəyə verildi</b>
Ötən gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Kitabxananın birgə reallaşdırdığı “Açıq kitabxana” mütaliə mərkəzinin açılış mərasimi keçirilib.
“Açıq kitabxana”nın
“Mən oxudum, sən də oxu!” devizi altında
fəaliyyət göstərəcəyi
bildirilib. Sərbəst istifadə və
kitab mübadiləsinə
şərait yaradılan
mərkəzə hər
kəs günün istənilən vaxtı müraciət edə bilər.
Kitabxanada “Poeziya gecələri”, yazıçılar, şairlər
və naşirlərlə
görüşlərin keçirilməsi
nəzərdə tutulur.
Həmçinin yaxın günlərdə
kitab satış məntəqəsi, digər
ölkə və şəhərlərdən onlayn
kitab sifarişi də həyata keçiriləcək.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qırmızı lenti kəsərək yeni mütaliə mərkəzini açıq
elan edib. Ə. Qarayev
bu layihənin dünyada tətbiq olunan təcrübə olduğunu deyib:
“Mən düşünürəm ki, açıq kitabxanalar
təkcə burada təşkil
olunmamalıdır. Azərbaycanın müxtəlif bölgələrində,
parklarında, insanların asudə vaxtlarını keçirdiyi yerlərdə bu
cür mərkəzlər
yaradılmalıdır. Bu layihə əhalinin
kitaba münasibətinin dəyişməsinə
çox müsbət töhfə verə
bilər”. Mərasimin aparıcısı - Milli
Kitabxananın direktoru Kərim Tahirov layihənin gerçəkləşdirilməsi
barədə danışıb.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar bu təşəbbüsü
yüksək qiymətləndirib:
“Kitabla bağlı hər
tədbir, hər təşəbbüs
yazıçıları sevindirir. Müasir texnologiyalar
kitabları bir az sıxışdırır.
Belə şəraitdə
kitab və mütaliə mərkəzlərinin
yaradılması çox
təqdirəlayiq haldır”.
Millət
vəkilləri Nizami Cəfərov, Qənirə
Paşayeva, Hikmət Babaoğlu, AMEA Mərkəzi
Elmi Kitabxanasının
direktoru Leyla İmanova, Səbail rayon icra hakimiyyəti başçısının müavini
Eldar Ağayev çıxış edərək
layihənin və yeni mütaliə mərkəzinin əhəmiyyətindən
danışıblar.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.-2016.- 16 iyul.- S.13.