Əliağa
Kürçaylı poeziyasına bir
baxı
(Əvvəli ötən sayımızda)
Əliağa Kürçaylı poeziyasında
insanların əxlaqi
təbiətini qabaqcadan
hissetmə duyumu güclüdür.
Şeir nə qədər fəlsəfi-məntiqi olursa,
eyb etməz, lakin şeir poeziyanın balansıdır,
ərköyün körpəsidir,
oxuyanda qəlbi oxşayan dəyərdir, bəli, Ə.Kürçaylı
bu ilahiliyi gözlədi.
... Daşlara baxıram, həmin o daşlar...
Düşüb pərən-pərən sınıq
qonşutək.
Daşlar
səksəkədə, daşlar
intizar...
Elə bil bu saat
Mehdi gələcək...
"Daşlar" silsiləsində
Ə.Kürçaylı eyni
zamanda özünü
ifadə edir, bir növ maddi-məkan-nəzəri
şüurdan fərqli
olan bədii və hissi fantaziyanın
yardımı ilə şeirin yazılması səbəbinə gəlir. "Özünü
ifadə" şairə
"İnamın daş
heykəli", "Daşlı
qitələr", "Daşdan
yaza-yaza", "Məzar
daşları" şeirlərini
yazdırdı, bəli,
inamımla deyərdim
ki, təhtəlşüurun
diqtəsidir. Birinci şeirin
"Mən"i elə
şairin özüdür,
yoxsa o, ritorik, akademik bir poetik
çərçivəni seçmiş
olardı. Yox, obrazlı,
ritmli poetik təhkiyə ilə oxucuya üz tutur, axı, xatirələrdə bir ovuc kədər, bir qırıq sevinc var.
İllərin dumanlı xatirəsindən
Yenə kəndimizə qayıtmışam
mən.
Qayıdıb gəlmişəm bura
daş kimi,
Gəlmişəm əbədi vətəndaş
kimi.
Soldat çəkmələrin qapqara
daşdan,
Şinelim, kəmərim qapqara daşdan.
Daşdandır silahım, əskər
papağım,
Daşdandır gözlərim, əlim, ayağım.
Düşüb pyesdaldan yerisəm
əgər,
Bu daş addımımdan
torpaq titrəyir.
Kənd, onun camaatı çünki qara daş rənginə bürünmuşdür, amma
Dul Bahar, Nar Bikə sağ-salamatdır. Bu ayamalı insanlar, qadınlar arxa cəbhədə ağır
zəhmətə qatılaşmışlar,
şair "bəxtiyarlığı,
gözəlliyi getmiş"
bu qadınların təsəllisi, yaşadanı
eşqdir, məhəbbətdir,
umuddur. Onların
hisslərinə şərik
olan şair pıçıldayır: "Dönüb
qara daşa gəlmişəm kəndə".
Neçə-neçə sual
çıxar fikrə
daldıqca: davadan qayıtmayanlar daş heykəl olublar, tunc daşa çevriliblər, sal daşa dönüb iradələri? Şairin öyüdü-xitabı:
Hər nə itirsəniz-ürəyinizdə
İnamı qoruyub saxlayın
ancaq...
Böyük faciədir inamsız
olmaq!
Şair qayıdır "Mən"inə-özünüifadəsinə.
Daşdan
yonulsa da mənim abidəm,
Odlu, keşməkeşli
yola şahidəm.
Sanma heykəltəraş əməliyəm
mən,
Böyük bir inamın heykəliyəm mən.
Əliağa Kürçaylı daşlardan
şeir xətrinə
yazmamışdır-bu poetik
meyar onun üçün yad təsəlli olardı, o,
daşın lal, sükutlu dilini idrak etmiş, danışdırmış, keçmişinə
və indisinə yaxınlaşdırmışdır.
Adətən, bir nəsnəyə aşina olduqca, onunla sıx ünsiyyətə bağlandıqca
qaynayıb qarışır
insan. Bəs "daş"-larla
necə; qəlb-ruhun-vücudun
özü daşlaşmırmı?
Sualın ortaya gəlməsini şair təsdiqləyir, ancaq yanılmamağa inandırır:
Daşdan
yaza-yaza, elə bilməyin,
Soyuq daşa
dönüb ürəyim
mənim.
Bunu yaxşı bilir yaxın da, yad da:
Daim daşdan
çıxıb çörəyim
mənim.
Soyuq daş oduna qızanda canım
Daşlar insan kimi olub
həyatım.
Gah silahım olub, gah da qalxanım,
Daim daşlar
olub gərəyim mənim.
Əsiri
olmadım dövlətin,
varın,
Axı, nəyi
yoxdu bizim diyarın?!
Əli kəsilsəydi talançıların,
Qızıldan olardı dirəyim mənim.
Real müşahidə və fakt bədii
material olaraq şairi müəyyən nəticələr
çıxarmağa təhrik
edir, bu isə həyatın sonunu-insan ömrünün
naməlum vaxt kəsiyində bitdiyini təsdiq edir. Və Əliağa Kürçaylı
ən enerjili yaşında mütləq
həqiqəti xatırlatdı,
bu o zaman idi, dünyanın yeganə əşrəfi
olan insanı qoynunda dəfn edən məzar daşlarının "monoloqu"nu
poetik ovqatda dilinə gətirdi və məşhur "Məzar daşları"
şeirini qələmə
aldı. Mən bu klassikləşmiş
şeiri hər dəfə oxuyuram, düşünməyə bilmirəm
ki, hər şeyə fövqəladə
qadir insan varlığı məzar
daşlarına pənah
gətirir. Soyuq daş
yadigarına çevrilir
və nə üçün ləyaqətli
və alçaq adamların keşiyində
də daş ömrünü yaşayır?
Bu tale həyatın bir qəribəliyi deyilmi? Daşların "Ölü bir
dünyanın "vətəndaşıyıq"
gileylənməyə haqqı
çatır-bizim etirafımızdır.
Bu da bir
etirafdır ki, məzar daşları yollara döşənərdi-insanlar
qatar-qatar adlayıb keçərdi; bir toyuq hini, qoyun
qəhəli tikmək
olardı; binaya hörülərdi... halbuki,
bu daşlar məzarın üstünə
qoyulur. Və bunun məzarlara keşik çəkməsində
də insan "bicliyi" dayanır haçansa onun özünə qoyulacaqdır!
Belə məqamlarda məzar daşlarına üz tutur.
Yenə
ləyaqətli, təmiz
kişinin
Qəbrinə qoyulsan, dərdin yarıdı.
Yadına
salarsan onun işini,
Deyərsən:-nə olar, haqqı var idi!
Məzar
daşları şairə
gileylənməyə bilmir:
Bəzən tüfeylinin, acgöz
zəlinin
Qəbri tapşırılır bu
yerdə bizə.
Adı yer üzündən silinməlinin!
Adı həkk
olunur daş köksümüzə.
Deyirsən, axı, bu, sağlığında da
Tapdardı kiminsə ləyaqətini.
İnsan
məzarda da, qılınc qında da
Hökmən alsın gərək öz qiymətini.
Və nəhayət, məzar daşlarının taleyinə
düşən qismət:
Bəzi nankorlardan, harınlardan, acgözlərdən
fərqli dərdə
halı olmaq-bu əxlaqi davranış dəyəridir,-şairin daşları
şəxsləşdirməsidir:
Ancaq beləcə də biz qalmalıyıq,
Bezib incisək də öz-özümüzdən-
deməsidir.
Şeirlərində insan taleyini yüksək zəngin poetik pafosla tərənnüm edən Əliağa Kürçaylı məzar
daşlarının taleyinə
də biganə qalmır; onların səsini çatdırır:
Bu gün daş qəlbimiz dilə gəlibdir,
Deməyin duyğusuz məzar daşıyıq.
Bizim taleyimiz belə gəlibdir,
Ölü bir aləmin "vətəndaşıyıq".
P.S. Mən bu dəfə
Əliağa Kürçaylının "Məzar
daşları"nı sonuncu oxudum, bəlkə də fəhmimin, hansısa
iç duyğumun
diqtəsi idi-olur belə
hallar-yanılmamışdım. Bir zaman dolu həyat
eşqli şair illərlə
istiyə-bürküyə, qara-yağışa tab gətirən məzar daşlarının
məkanına baxmış, son
sığınacağını axtarıb və tapmayıb.
Əvəzində şairin poeziyası sarp və saf daşlar qədər əbədi yerini tapıb.
Allahverdi EMİNOV
525-ci qəzet.-2016.- 20 iyul.- S.4.