Uğrunda ölən
olanda
Haqq haqqa qovuşub, nahaq olub xar,
Şər hər vaxt özünün şərin
göstərir,
Dost-dosta tən gərək, deyib atalar,
Düşmən xislətini irin göstərir.
Döyüşmür, dərs verir ordum yamana,
Günəş təslim olmaz adi dumana,
Budur, torpağımdan torpaq umana,
Ordum üç
barmaqdan, birin göstərir.
Uduzmur məsləkdə vahid olanlar,
Görüb gücümüzə şahid olanlar,
Vətənin yolunda şəhid
olanlar,
Ölmür, ölməzliyin sirrin göstərir.
Saxlaya bilsəydi yağı hülqumun,
Almazdı cəzasın bu
gün yurdumun,
Hələ bu deyildir gücü ordumun,
Sadəcə düşmənə yerin
göstərir.
Torpaq əziz olur, əziz hər anda,
Sevməzsən, sevməsə onu
balan da,
İşə bax, uğrunda ölən olanda,
Vətən, şirindən də, şirin görsənir.
05.04.2016.
Ağlama, şəhid anası
Olsan da son qədər içdən yanası,
Ağlama, vətən ki, yanası deyil.
Tökmə göz yaşını,
şəhid anası,
Onsuz nakəs
bunu qanası deyil.
Ələ namərdlərə söz
daşlarını,
Onlara dəyən
daş mələk olacaq.
Demirəm tam qurut göz yaşlarını,
Sevincli anlarda gərək olacaq.
Ağlama,
ağlasan güləcək
nadan,
Sanma, ürəyinin
başı yanacaq.
Ürək, ürək olsa
yanar, anacan,
Namərdin köksündə daşı
yanacaq?
Götür sinən üstdən,
qara ahları,
Ahsız
can, daha da doğru yol
seçir.
Şəhidlər ölmür ki,
ölməz ruhları,
Ölməzlik qazanıb, vətənə
keçir.
O qan, olacaqdır yağı hanası,
Düşmən məhv olacaq öz çaşında da.
Sən
Allah, ağlama şəhid
anası,
Şəhidlər yaşayır göz yaşında da.
03.04.2016.
Dünyaya nə vermişik
ki...
Dünyanı sıxırıq, çıxmırıq
yiyə,
Dərkdən, dərdimizi sökə bilmirik.
Nəyi
eyləyirik, tez olsun deyə,
Yüz ölçüb,
bir dəfə biçə bilmirik.
Bir zərrə nəf üçün candan keçirik,
Gülürük sevgiyə uyanın üstə.
Özümüz şeytana papuç
tikirik,
Suçları yığırıq dünyanın
üstə.
Aləmə yayırıq sirrin
sirdaşın,
Arada qururuq sonra çəpəri.
Bir ana, atadan olan
qardaşın,
İllə bir-birindən olmur xəbəri.
Qəhrəman edirik nəfsi çaşları,
Yalançı gözlərdən yaş
ələyirik.
Sinəyə sıxırıq bağrı
daşları,
Daşların başına daş ələyirik.
Bir sual çox salır çətinə
dərki,
Bağrımın başını göynədir
kədər.
Deyirəm, dünyaya nə vermişik ki?
Umular umuruq ondan bu qədər.
08.04.2016.
İndi nə deyirsən?
Deyirsən mənə bax,
vaxtın olanda,
Min dəfə baxmışam,
min də baxımmı?
Məni
daş sanırdın
əvvəl planda,
Təzdən dönüb, olum bəndə, baxımmı?
Daha yaş alnıma qırış saplayıb,
Gözlər nurdan düşüb,
bel hophoplayıb,
İndi
dən saçımda
qoşun toplayıb,
Saçlarım ağappaq dəndə baxımmı?
Məni
həsrət qoydun nurlu danına,
Qoymadın ürəyim sənin,
tanına,
Barı
bu dəfəlik çağır yanına,
Həmişə dayanıb gendə, baxımmı?
Nə olub, özündən niyə çıxırsan,
Təəssüf adıyla ürək sıxırsan,
Bəlkə baxışına yağış
yığırsan,
Həm yusun qəmimi, həm də baxımmı?
Göz dikib üzünə, yenə baxan var,
Hüsnünü görənlər, yönə
baxarlar?
Sənə heyran olur, sənə baxanlar,
İndi nə deyirsən, mən də baxımmı?
08.04.2016.
Nə deyim...
Telefon çevrilib əldə dürməyə,
Dürməyi yedikcə, həddi aşırsan.
Elə toxunursan hər bir düyməyə,
Sanki tamahınla mesajlaşırsan.
Deyəndə, bəs mənə yazmırsan niyə?
Yazırsan, yazsan da "sirr mesaj" olur.
Bilmirsən, mesajda olmasa qayə,
Mesaj "it aparan"
bir mesaj olur?
Mən incik düşəndə,
eyləyib qəhər,
Dərhal xəstə halam sözün deyirsən.
Sanma mən anmazam, ay anmaz təhər,
Xəstə düşüncəndir, özün
deyilsən.
Özünü yuxarı başa
çəkmə çox,
Bir vaxt o yerin də dərəsi
olar.
Daha yazma mənə, ehtiyacım yox,
Yazarsan dilimin kirəsı olar.
Nə deyim, susuram, eyləsəm də qəm,
Tabaşir tökülür saçım
üstünə.
Günahkar telefon alandır
desəm,
O suç da gələcək,
suçum üstümə.
09.04.2016.
Yaz yağışı
Yaz gəlib, çəkilib, yağmır qar daha,
Durmadan ildırım
yenə qışqırır.
Sanki söz götürmür buludlar daha,
Gözünün yaşını tökür,
hıçqırır.
Göydən ələnəni dərhal
tutur yer,
Şimşəyin az qalır bağrı çatlaya.
Tökülən leysanı elə
udur yer,
Qorxuram axırda
qarnı partlaya.
Qayalar mərd durur, hər şeyə rəğmən,
Göy də sözlərini aydın söyləmir.
Sanki acgözləşib dərə,
çöl, çəmən,
Heç biri ta bəsdir,
doydum söyləmir.
Günəş də gizlənib,
doğmur ki, doğmur,
Güllər elə gülür, sanki toyudur.
Kim nə deyə bilər, bəlkə bu yağmur,
Dağların Qarabağ dağın soyudur.
Ağlıma bir fikir gəlir, xoşniyyət,
Göylər hərdən belə yağış tökəndə.
Sanıram torpağı yuyur təbiət,
İnsan pak torpağa köçsün, köçəndə.
Təbəssüm gətirir birdən
doğuşla,
Göy qızı,
səmanın gözünü
silir.
Sən demə, bu yazda
yağan yağış
da,
Yurdumdan düşmənin izini silir.
08.04.2016.
Fırlanır
Zaman üstün tutur əyrini, düzdən,
Özü də heç bilmir hara fırlanır.
Dərdsiz göstərsəm də
özümü üzdən,
Bağrımın başında yara fırlanır.
Nadanlıq taxt qurub əllaməlikdə,
İnsaf,
ar qocalıb, gəzir çəlikdə,
Dövrəmdə fırlanan salaməlik
də,
Bağımdan umduğu bara fırlanır.
Dözməyir ürəyi dağ
alanların,
Danlanır sağlığı, sağ olanların,
Nahaqdan üzümə ağ
olanların,
Özünün başına qara fırlanır.
Ülvi
doğulanlar yaman yanılıb,
Din yazıq durumda, iman yanılıb,
Paranı
"əl çirk" sanan
yanılıb,
Hər işin
başında para fırlanır.
09.04.2016.
Nə olub görən
dünyaya
Mədə başa keçir,
ürək çat alır,
Ay aman nə olub
görən dünyaya?
Əyri
düzü kəsir, mükafat alır,
Lağ tapır, mehrini hörən dünyaya.
Təpələr boylanıb, boy deyir
dağa,
Çox yeyən, aradan azı çıxardır.
Haqdan, ədalətdən dəm
vuran qağa,
Bülbülün yerinə qazı
çıxardır,
Nə qanan yerində, nə də qandıran,
Zaman da dövranın ipini yığmır.
Baş olub, başlarda fındıq sındıran,
Nağıla sığanlar, ağıla
sığmır.
İstəsə milçəyi filə döndərər,
Yamanca dönübdür üzü dünyanın.
Elə silahlar var külə döndərər,
Olsa dünya boyda, yüzü dünyanın.
İnam, arxasınca qaçır gümanın,
Düzlüyü qoymurlar düzünə dursun.
Elə bil şəkəri qalxıb zamanın,
İnsulin axtarır özünə vursun.
28.03.2016.
Əbülfəz ÜLVİ
525-ci qəzet.-2016.- 26 iyul.- S.8.