Mədəniyyət
sahəsində Azərbaycan-İtaliya əlaqələri
genişlənir
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə
heyəti İtaliyada təlim səfərindədir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki,
nümayəndə heyətinə
Nazirliyin aparat rəhbəri, Tvinninq layihəsinin Komponent rəhbəri Rafiq Bayramov, beynəlxalq əməkdaşlıq şöbəsinin
müdiri, Tvinninq layihə rəhbəri Vasif Eyvazzadə və bir neçə
şöbənin əməkdaşları
daxildir.
Səfər çərçivəsində bir neçə nüfuzlu təşkilat və mədəniyyət
müəssisələri ilə
görüşlər keçirilib. Florensiyanın məşhur Uffiçi qalereyasının direktoru
Anke Şmidt və Toskana Muzeylər Şəbəkəsinin
direktoru Stefano Kaşu
ilə görüş
baş tutub. Görüş zamanı Toskana
bölgəsində yerləşən
muzeylərin fəaliyyəti,
onların inkişafı
haqqında müzakirələr
aparılıb. A.Şmidt həm
Tvinninq layihəsi çərçivəsində, həm də birbaşa muzeylərlə
əməkdaşlığın qurulmasına hazırlığını
bildirib. Daha sonra
Uffiçi qalereyasında
nazirliyin əməkdaşları
üçün geniş
ekskursiya təşkil
olunub.
Qeyd edək
ki, Şah İsmayıl Xətainin məşhur portreti Uffiçi qalereyasında saxlanılır və sərgi sahəsində nümayiş olunur.
Florensiyanın "Oblate" kitabxanasında "Kitabxanalar, arxivlər və tədbirlər"
xidmətinin rəhbəri
Luana Nençoni ilə "Kitabxana və tarixi arxivlərin idarə edilməsində Florensiya bələdiyyəsinin vəzifə
və tapşırıqları"
mövzusunda görüş
keçirilib.
Səfər çərçivəsində Roma şəhərində İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyində "Muzeylər və mədəni İrsin Təbliği, Planlaşdırılması və Büdcəsi" rəhbərliyi departamentinin müdiri Manuel Roberto Guido ilə görüş keçirilib. Görüş zamanı İtaliyanın muzeylərinin fəaliyyəti barədə geniş müzakirələr aparılıb, əməkdaşlıq üçün yeni imkanlar araşdırılıb.
İtaliyanın Mədəni İrs,
Fəaliyyətlər və Turizm Nazirliyinin əməkdaşları 2017-ci ildə
Bakıda keçiriləcək IV Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.
Xatırladaq ki, "Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" Tvinninq layihəsi 2016-cı ilin fevral ayında fəaliyyətə başlayıb.
525-ci qəzet.-2016.-
26 iyul.- S.7.