Milli Kitabxanada treninqlər keçirilib
İyulun
18-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyi və
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının
birgə layihəsi əsasında kitabxananın Treninq Mərkəzində
“Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi”
proqramı çərçivəsində “İnnovasiya
texnologiyalarının kitabxanaların işinə tətbiqi”,
“ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən
istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri”
mövzularında treninq təşkil olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib
ki, kitabxananın əməkdaşları
tərəfindən keçirilən treninqdə Bakı şəhər
kitabxanalarının əməkdaşları iştirak
ediblər. Treninq çərçivəsində
müdavimlər Milli Kitabxanada
gedən yeni iş
üsulları, yeni xidmət növləri
ilə əyani tanış olublar. Sonda müdavimlərə sertifikatlar
təqdim edilib.
525-ci qəzet.-2016.- 26 iyul.- S.7.