TÜRKSOY-un 5 ölkənin müstəqilliyinin 25 illiyinə hədiyyəsi

 

TÜRKSOY-un 5 ölkənin müstəqilliyinin 25 illiyinə hədiyyəsi - <b style="color:red">Fotoreportaj</b>

TÜRKSOY Gənclik Kamera Orkestri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Türkmənistanın müstəqilliyinin 25 illiyi münasibətilə musiqi turnesinə çıxıb.

Orkestr Türkiyənin Bolu Safranbolu şəhərlərində böyük məşqlərdən sonra İngiltərənin London Oksford, Şotlandiyanın Edinburq Qlazqo, İtaliyanın Forli Pesaro şəhərlərində "Avrasiyanın səsləri" adlı konsert proqramları təqdim edəcək. İlk konsert proqramı iyulun 25-də Oksfordda Şeldon Teatrında gerçəkləşib.

Kollektiv iyulun 18-də Boluda Abant İzzet Baysal Mədəniyyət Mərkəzində ilk məşqlərini edib.

İyulun 21-də Boluda orkestrin dirijorları Anvar Akbarov (Qazaxıstan) Mustafa Mehmandarovun (Azərbaycan) idarəsi ilə konsert proqramı gerçəkləşdi.

Konsertin izləyiciləri arasında TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bolu Bələdiyyəsinin başqanı Ələddin Yılmaz, əsərləri ifa edilən türkdilli respublikaların bəstəkarları media nümayəndələri vardı. Proqramda dünya klassikləri ilə yanaşı türk dünyası bəstəkarlarının əsərləri ifa edildi.

Konsertdən sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bolu Bələdiyyəsinin başqanı Ələddin Yılmaz türkdilli respublikaların bəstəkarları orkestrin üzvləri ilə görüşdülər.

Ələddin Yılmaz türk dünyasının musiqiçilərinə xoş diləklərini çatdırdı. "Musiqi dünyada tərcüməyə ehtiyacı olmayan dildir. Bundan sonrakı illərdə təkcə burda deyil, Bolunun başqa yerlərində çalışmalarınızı təmin edəcəyik. Sizin adınızı gələcəkdə daha da yüksəklərdə görmək istəyirik", - deyə o bildirdi.

Düsen Kaseinov da kollektivə uğurlar arzuladı: "Ümid edirəm ki, TÜRKSOY Gənclik Kamera Orkestrinin fəaliyyəti bundan sonrakı illərdə davam edəcək. Türkdilli respublikalardan gələn bu gəncləri görüncə, onların musiqisini dinləyincə, qürur hissi keçirirsən. Biz Avropanı türkdilli xalqların musiqisi ilə tanış etməklə yanaşı, onların diqqətini bizim musiqimizə yönəldəcəyik. Məqsədimiz avropalı tamaşaçıları türk xalqlarının musiqi incəsənəti ilə tanış etməkdir".

Təəssüratlarını bizimlə bölüşən Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Qidirbek deyib ki, gənc istedadlardan təşkil olunan bu orkestr çox möhtəşəmdir. "Konsertdə kollektiv mənim "Deşti-Qıpçaq" (qıpçaq çölü - red.) əsərimi ifa etdi. "Deşti-Qıpçaq" türk ulusunun yaşadığı nəhəng coğrafiyada qədim ümumtürk dövləti olub. Əgər nəzərə alsaq ki, bu orkestr türk dövlətlərinin gənclərindən ibarətdir, sanki bu gənclər həmin ümumtürk dövlətinin övladlarıdır. Mən belə bir kollektivin ərsəyə gəlməsində TÜRKSOY-un baş katibi Düsen Kaseinova minnətdarlığımı bildirirəm".

Qırğızıstan Milli Musiqi Akademiyasının prezidenti, bəstəkar Muratbek Begaliyev deyib ki, artıq bir neçə dəfədir ki, TÜRKSOY-un tədbirlərində iştirak edir. TÜRKSOY yaradıcı insanların özlərini tapdıqları yüksək qurumdur. Düsen Kaseinov isə xüsusilə musiqiçi olduğuna  görə çox yaradıcı enerjili bir insandır. TÜRKSOY Gənclik Kamera Orkestri çox gözəl layihədir. Çünki onun tərkibində ən istedadlı gənclər birləşib".

Türkmənistandan olan bəstəkar Sukan Tuiliyev hesab edir ki,  türkdilli respublikaların gənclərindən ibarət bu kollektivin ifası çox qürurvericidir. "Onlar mənim bəstəçisi olduğum bir əsəri ifa etdilər çox bəyəndim. Türk dünyasını birləşdirən körpüləri həm mədəniyyətlə quracağıq".

İyulun 22-də isə türk dünyasının bəstəkarları Türkiyənin qədim tarixi şəhəri Safranboluda bir araya gəldilər. Şəhərin bələdiyyə başqanı Necdet Aksoy, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, türkdilli ölkələrin bəstəkarlarının iştirakı ilə mətbuat konfransı keçirildi, layihə ilə bağlı daha geniş məlumat verildi.

Necdet Aksoy bildirib ki, türk dünyasının müxtəlif ölkələrindən gələn bəstəkarlar Safranboluda əsərlər bəstələyərək onları xüsusi musiqi albomunda toplayacaqlar: "Bəstəkarlar 10 gün Safranboluda yaşayacaqlar. Onların TÜRKSOY Gənclik Kamera Orkestri üçün yazdıqları əsərlər "Safranbolunun səsi" adlı albomda toplanacaq bütün türk dünyasına tanıdılacaq. Ümid edirəm ki, bəstəkarların Safranboluda bəstələdikləri bu musiqilər onların ən gözəl bəstələri olacaq".

Layihənin rəhbəri Düsen Kaseinov bildirib  ki, "Safranbolunun səsi" albomunu bütün türk dünyasına paylamaq istəyirlər: "Bu şəhərlə daha öncə birgə uğurlu layihələrimiz olub. Türk dünyasının yaradıcı insanlarını - fotoqrafları, rəssamları Safranboluya dəvət edib, onlarla birlikdə çalışmışıq. Bu şəhərdə yenə olmağımızdan məmnunuq".

 

TÜRKSOY-un baş katibi bildirib ki, bəstəkarlar öz fəaliyyətlərini bitirdikdən sonra onların işləri konsert şəklində təqdim olunacaq. Eyni zamanda TÜRKSOY-la birgə əməkdaşlıq çərçivəsində 17-ci Beynəlxalq "Qızıl Safran" Sənədli Film Festivalı da düzənlənəcək.

Bəstəkarlar da öz növbələrində onların yaradıcılığına belə şərait yaratdıqları üçün TÜRKSOY-aSafranbolu Bələdiyyəsinə minnətdarlıqlarını bildirdilər.

Tədbirdən sonra bəstəkarlar Safranbolunun bir sıra tarixi yerlərinə, Yörük kəndinə, qədim bazarkarvansaralara infotur ediblər, tarixi və mədəni məkanlarla tanış olublar.

 

PƏRVANƏ

525-ci qəzet.-2016.- 28 iyul.- S.4.