Bakıda Azərbaycan-İraq mədəni
dəyərlər sərgisi açılıb
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
dəstəyi, “Azərbaycan-İraq
Mədəni Əlaqələr”
İctimai Birliyinin
(İB) təşkilatçılığı
ilə “Azərbaycan-İraq
xalqlarının multikulturalizminin,
milli dəyərlərinin,
tarixi həqiqətlərinin
beynəlxalq media və
ictimaiyyətə çatdırılması”
mövzusunda sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgi İB-nin “Dəyərlərimizi
tanıdaq, həqiqətlərimizi
çatdıraq, Azərbaycan-İraq
mədəni dəyərlər
sərgisi və tarixi həqiqətlərimizin
beynəlxalq mediada təqdimatı” layihəsi
çərçivəsində reallaşdırılıb.
Layihənin rəhbəri və
İB-nin sədri Tahirə Məmmədova həyata
keçirilən layihə haqqında məlumat verib.
Qeyd olunub ki, layihədə, Azərbaycan
və İraq xalqlarının multikulturalizm və mədəniyyəti
ilə yanaşı, milli dəyərləri qoruyaraq, təbliğ
etmək, tarixi həqiqətləri beynəlxalq media və
ictimaiyyətin diqqətinə çatdırmaq kimi
mühüm məsələlər nəzərdə tutulur.
İraqın
ölkəmizdəki müvəqqəti işlər vəkili
Fazil Avad əl-Şuveyli
çıxış edərək sərginin əhəmiyyətindən
söz açıb. Bildirilib
ki, belə tədbirlərin təşkil
olunması iki ölkə arasında bütün sahələrdəki münasibətlərin
inkişafına töhfə verəcək.
Sonra sərgiyə baxış olub.
Sərgidə Azərbaycan-İraq
xalqlarının folklor, tarixi-mədəniyyət, incəsənət,
geyim, musiqi, mətbəx nümunələri və erməni
separatçılarının Qarabağda törətdikləri
vəhşilikləri əks etdirən fotoşəkillər
nümayiş olunub.
Daha
sonra İB tərəfindən layihənin
həyata keçməsində əməyi olan
bütün təşkilatlar və bir qrup iraqlı jurnalist fəxri fərmanlarla
mükafatlandırılıb.
525-ci qəzet.- 2016.- 23 iyul.- S. 12.