“Multikulturalizm - musiqi muzeyi” mövzulu tədbir
keçirilib
İyulun 20-də Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində “Multikulturalizm - musiqi muzeyi”
mövzusunda tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla
Bayramova Azərbaycandakı multikulturalizm ənənələri
və tarixi barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycanda
tarix boyu etnik və dini azlıqlar sərbəst
yaşayıb, onlara öz mədəni irsinin qorunub
saxlanılması və inkişaf etdirilməsi
üçün əlverişli şərait yaradılıb.
Diqqətə çatdırılıb
ki, dövlət başçısının Sərəncamı
ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib,
multikulturalizm dəyərlərinin qorunması və beynəlxalq
səviyyədə təbliği məqsədilə xüsusi
dövlət institutu - millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşavirliyi xidməti təsis edilib, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi fəaliyyətə
başlayıb. Bütün bu addımlar multikulturalizm dəyərlərinin
qorunmasına göstərilən dövlət
qayğısının göstəricisidir.
Alla Bayramova “Multikulturalizm ili” çərçivəsində
iştirak etdiyi tədbirlərdən söz açıb.
Daha sonra tədbirdə muzeyin şöbə
müdiri Xanım Abdinovanın “D.Şostakoviç və Azərbaycan
musiqi mədəniyyəti” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, D.Şostakoviçin
yaradıcılığı mövzu və janr rəngarəngliyi
ilə fərqlənir. O, simfoniyalar ilə yanaşı, 15
kvartetin müəllifidir.
Sonda tədbir musiqi proqramı ilə
davam etdirilib.
525-ci qəzet.- 2016.- 23 iyul.- S. 13.