Hacan Hacısoydan yeni şeirlər toplusu

 

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair və alim Hacan Hacısoyun sayca üçüncü şeir kitabı çapdan çıxıb.

Var ilə yoxun arasıadlanan kitabda şairin 4 hissədən ibarət 150-dən çox şeiri yer alıb.

 

Ömür sünbül üstdə dəndi,

Bəzən qəmli, bəzən şəndi,

Cəmi bir boyluq kəfəndi...

Var ilə yoxun arası

 

- deyən şairin fəlsəfi düşüncələri kitabın ilk fəslində yer alıb. Bəzən Sibirə sürüldübəzəndilimin ucunda qaldıdeyə Sözə Füzulidən qalma qiymət verən müəllifin yazılarında müxtəlif mövzularla yanaşı, ictimai qınaqlarla da rastlaşırıq (“Bakı ən birinci şəhərdi bəlkə, Şadlıq evlərinin sayına görə “).

Şeirlər içərisində Azərbaycan, Borçalı, Başkeçid, Qaraçöp ünvanlı, habeləİncə dərəsinə salavat düşürfikrinə poetik məna verilmiş misralar  var. “Dərd örnəyi - Vətənadlı  50 bəndlik şeirində dediyi:

 

Qarabağ...üstəgəl

yeddi bölgəni

yığıb çadırlara

sığışdırmışıq -

 

ağır misralar şairin vətənpərvərlik mövzusunda yazdığı şerlərdəndir. Kitabda  aforizmlərdən ibarət, sınanmış misallarla bəzənmiş yüklü misralara da  rast gəlinir.

Şair Eldar Baxışın ölməz ruhuna ithaf edilən sevgi notları (“Allah bu sevgini günaha yazma”) onlarlaünvanı bəlli misralarda kitabda yer alıb.       

Hacan müəllimi bu münasibətlə təbrik edir yeni yaradıcılıq uğurları arzulayıram.

 

X.KƏRİMLİ

525-ci qəzet.- 2016.- 23 iyul.- S. 13.