Duyğulara tərcüman, xatirələrə
abidə olan əsər
Bugünlərdə görkəmli
yazıçı-dramaturq,
əməkdar
incəsənət xadimi
Əli
Əmirlinin
“Ağdamda nəyim qaldı?”
adlı
avtobioqrafik
romanını oxudum.
Düzü, bu romanın əvvəlcədən xoş
sorağını eşitsəm
də, onun xatirələrlə bağlı
belə maraqlı bir əsər olacağını ağlıma
gətirməzdim. Amma oxumağa başlayınca
ondan qopa bilmədim. Əsər boyu müəllifin
öz taleyi ilə yanaşı, başqa talelər də elə səmimiyyətlə qələmə
alınıb ki, onu sanki bir
film seyr etmiş kimi oxudum. Deyir, başqasının dərdini duyunca adam öz
dərdini unudurmuş.
Amma mən bu əsərlə,
onun qəhrəmanları
ilə həm də, necə deyərlər, öz taleyimi yaşadım.
Çünki mənim
də uşaqlığım,
ilk gəncliyim, atamın
qəbri, anamın laylası, bir sözlə, uşaqlıq
xatirələrim, arzularım
hamısı Ağdamda
qaldı...
Bu əsərə qədər
bilməzdim ki, Əli müəllim kiçık yaşlarında
içində həsrətini
çəkdyi uşaqlığını
dözümlə, təmkinlə
dəf edə bilib.
Özü özünə verdiyi
suallar kimi, edə bilibmi, əcəba?
Görünür, uşaqlıqdan çəkdiyi
acılar gələcək
yazıçının taleyi,
onun alın yazısı imiş. Yoxsa o qədər
uşağın içində
Mamed dayının əziz-xələf arvadı
Şəfiqə xanım
onu seçib götürməzdi ki....
Əli müəllim yazır ki, kənddən yeddi, şəhərdən
on yeddi yaşında çıxıb dünyanın
ən gözəl, ən doğma şəhərinə - Bakıya
gəlib. Bu on ildə
başına gələnləri,
ətrafında baş
verənləri ağdamlı
danışığı, şirin ləhcəsi ilə elə formada qələmə alıb ki, əsər
səni özünə
çəkir. Hələ yeddi
yaşında o, bəxtəvər
uşaqlığından ayrı
düşüb. Nə var
ki, adlı-sanlı dayısı Mamedin ərköyün arvadının
ondan xoşu gəlib. Maraqlı burasıdır ki,
o, özü də bir uşaq ağlı
ilə buna razı olub. Nə biləydi ki, sonra içindən necə bir yanğı
-uşaqlıq həvəsi
keçib onu yandırıb-yaxacaq. Bəs ata-ana
övladını soyuq
bir yad qadına
necə hədiyyə
edər? Hə, bura Ağdamdı, bacının canı, malı, bütün
balaları qardaşın
bir telinə qurbandı... Bəs dayının evində
uşaq kimi yaşamaq olmazdımı?
Qeyd edək ki, dayının
evində ondan başqa uşaq yoxdu, onun bircə
Manaf adlı oğlu dünyaya gəlib. Ondan da çoxdan
ayrılıb. Heç vaxt
ana olmayan Şəfiqə xanım isə haradan bilsin uşağın dilini. Onun üçün balaca Əli əvvəlcə sevimli bir oyuncaq
olsa da sonralar
onu canlı görüb boynuna min bir iş yükləyir.
Beləcə, özündən, yaşından böyük
olmağa çalışıb
Əli.
Əsərin müəllifi və baş qəhrəmanı
olan Əli müəllim Ağdamın
Novruzlu kəndində
doğulub, Boccalı məhəlləsində yeddi
yaşına çatıb. Sonra məlum səbəbdən
Ağdam şəhərində,
dayısının yanında
yaşamalı olub.
Ta on yeddi yaşında
Bakıya, arzularının
dalınca oxumağa gəlincə...
Əsərdə Əlinin nənəsi Zinət arvadın obrazı Qarabağın əsl kənd qadınını canlandırır. Amma deyirəm
bütün qadınlar
bu Zinət nənə kimi olsaydı onda el dilində deyildiyi kimi, ətrafda bir quş uçmazdı
ki... Doğrudur Zinət arvadın
da dərdi var, o da Mamed
kimi oğulun sayəsində evindən,
bağ-bağçasından olub. Amma adamın təkcə dərdli olması belə zalım olmağa sövq etməz ki... O, isə ağbirçək
yaşında yetənə
yetir, yetməyənə
bir daş atır. Hələ onun körpə
yaşında yuvasından
perik düşən quş kimi doğmaca
nəvəsinə münasibəti
oxucuya təsir edir. Onda nənəlik, mərhəmət
hissi deyəsən heç yoxdu. Ta o vaxta qədər ki, kimsəsiz qalıb o nəvəyə
möhtac olsun. Bax, onda illərlə bir şirin söz demədiyi, həmişə yad nəzərdə gördüyü,
indi onu çimizdirib, yedizdirən,
qabar əlləri ilə qayğısını
çəkən nəvəsinə
alqış eləməyə
başlayır. Sonra
Əl müəllim özü söyləyir ki, qazandığı uğurlarda yəqin nənəsinin də duaları ona kömək olub...
Beləcə, ona göz verib-işıq
verməyən nənə
bir yandan, o biri yandan da
Şəfiqə xanımın
çıxıb getməsi,
üstəlik papa dediyi
dayısının işsizliyi,
öz kefində olması yeniyetmə oğlanın qayğısını,
əziyyətini daha da artırır. Əyni-başı tək bircə
dəfə sevinən
yeniyetmə oğlan bu ailəyə düşəndən dayının
köhnə paltarlarından
tikilmiş paltarlarla keçinir, onun ayağını sıxan
ayaqqabılarını geyinmək
məcburyyətində qalır.
Amma bununla belə əlindən kitab düşmür, müasir
dünyada baş verən hadisələri izləyir, teatra, sənətə xüsusi
maraq göstərir.
Dayısı da, Şəfiqə xanım da sənət adamları olduğundan onlar özləri də bilmədən Əlinin
gələcək taleyində
xüsusi rol oynayırlar. Bax, bu onun taleyi
idi...
Əsərdə baş verənlər, xüsusilə Dəyirman həyətində cərəyan
edir. Bu çoxmillətli həyətdə nələr
baş vermir ki... O cümlədən, bir-biri ilə yola getməyən yaltaq, riyakar ermənilər... Əslində, belə baxanda heç nə hiss olunmur, bəlkə sadə erməni ailəsinin də “böyük Ermənistan” iddiasından xəbəri
yoxdu. Amma o Vazgen, aravuran,
xəbis, hiyləgər
erməni xisləti sanki dəlinin yadına daşı salır. Onlara gələn qonaq
deyir ki, bəs Qarabağ bizimdi. Bunu eşidən Mamed
dayı söyməyə
başlayanda bic eməni sakitcə deyir ki, söyməklə
deyil ki, vaxt gələr, nə olduğunu bilərik. Olacaqlar isə hələ çox sonralar baş verəcək...
Əli Əmirlinin fikirləri bir insan, bir oxucu
kimi mənə çox dogmadır: “Ümumiyyətlə, haqqa
tapınmaq, xeyirə qulluq eləmək, qəlbində sevgi becərmək son nəticədə
insanın özünə
xoşbaxtlıq gətirir”.
Yəni,
bizim silahımız düşmənin silahı
kimi nifrət, kin, yalan, qəddarlıq yox, haqq-ədalətdir.
Müəllif söyləyir ki,
elə ən güclü silah da bizim silahımızdır.
Elə o gün üzlü Yusif peyğəmbər də,
onu öldürmək
istəyən birinə,
kindən, nifrətdən
hələ heç kimsə xeyir görməyib, söyləmişdi...
Düşünürəm, sayı çox az
olan sevdiyim doğma, əziz adamlar da mənim
üçün Qarabağdı,
Şuşadı, Ağdamdı...
Bax, Əli müəllim də qəlbimdə belə bir ucalıqda dayanır...
Mina RƏŞİD
525-ci qəzet.- 2016.- 23 iyul.- S. 23.