Seyid Əzimin maarifçi
fəaliyyəti
Əməkdar müəllim,
Təhsil
Nazirliyinin
Elmi-Metodiki
Şurasının bölmə üzvü
1879-cu ildə Zaqafqaziya Müəllimlər
Seminariyasının müsəlman şöbəsi
açılanda orada dərs deyəcək azərbaycanlı
müəllimlər axtarılmağa başlandı.
Seminariyanın yeni şöbəsində
oxuyacaq tələbələrə
ana dili və şəriətdən
iki müəllimin dərs deyəcəyi müəyyənləşdirildi. Onların biri sünniməzhəb
tələbələrə, digəri isə şiəməzhəb tələbələrə
dərs deməli idi. Bu məqsədlə
görkəmli şərqşünas,
1851-ci ildə Sankt-Peterburq
Universitetinin Şərq
fakültəsinin 1851-ci il məzunu A.P.Berjenin rəhbərliyi
ilə namizədlərin
axtarışına başlanır.
Sünniməzhəb tələbələrə Zaqafqaziya Əhli-Təsənni
İdarəsinin katibi
Hüseyn Əfəndi
Qayıbovun namizədliyi
irəli sürülür.
H.Ə.Qayıbov A.P.Berjenin yaxşı
tanıdığı qələm
sahiblərindən biri
idi. 1869-cu ildə
Almaniyanın Leypsiq şəhərində A,P.Berjenin kitabı nəşr olunmuş, orada müsəlman (Azərbaycan-N.N.) şairlərinin
şeirləri toplanmışdı.
M.F.Axundovun xahişi ilə
bu şeirlərin toplanmasında Zaqafqaziya Əhli-Təsənni İdarəsinin
katibi H.Ə.Qayıbov
böyük xidmət
göstərmişdi. Zaqafqaziyada təhsil sisteminə nəzarət işində
əhəmiyyətli rol
oynayan A.P.Berje birgə ədəbi-şərqşünaslıq
işi sayəsində
yaxından tanıdığı
H.Ə.Qayıbovun zəhmətini
onun vəzifəsini artırmaqla qiymətləndirmişdi.
Belə ki A.P.Berjenin zəmanəti ilə H.Ə.Qayıbov asanlıqla
Zaqafqaziya Müəllimlər
Seminariyasına Qafqaz Təhsil Dairəsinin popeçiteli K.P.Yanovskidən
təyinat almışdı.
Seminariyanın şiəməzhəb tələbələrinə
ana dili və şəriətdən
dərs demək üçün iki namizədin sənədləri
araşdırılır. Onlardan biri Zaqafqaziya
Ruhani İdarəsinin
üzvü Əbdüssəlam
Axundzadə, digəri
isə Şamaxı şəhər məktəbinin
ana dili və şəriət müəllimi Hacı Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani idi.
Bu barədə Tiflisdə nəşr olunan “Ziya” qəzetinin
6 sentyabr 1879-cu il tarixli 33-cü nömrəsində
“ Seminariya barəsində
“ ətraflı məlumat
verilir:
“Əhli-təsənni tərəfindən əqaidi-diniyyənin
təlimi müsəlman
müəllimlərinin bu
halda Tiflisdə cənab müfti həzrətlərinin təhti-nəzarətində
olan müsəlman məktəbinin müəllimi
Qayıbova həvalə
olunur. Və əhli-şiyə tərəfindən
ancaq ehkam şəriyyəni təlim
etməklik şeyxülislam
həzrətlərinin təhti-nəzarəti
alilərində olan məktəb müəllimi Axundzadəyə
və ya ki, Şamaxı rus məktəbinin və Məclis Məktəbinin müsəlman
müəllimi olan. Hacı Seyid Əzim Şirvaniyə həvalə olunacaqdır.Bu
məsələnin həlli
Popeçitel İdarəsində
(Qafqaz Təhsil İdarəsində-N.N.) həll
olunacaqdır.Yuxarıda göstərilən
məktəblərin əhvalatından
bir növ xəbərdar olduğumuzdan
zikr olunan müəllimləri təbrik
və təhnit ( mübarəkdarlıq-N.N.) ) zəminində
acizanəmiz oldur ki,onlara etibar
olunan darülmüəllimün
mədrəsəsinin... pişrəftində
sai (çalışan,səyli-N.N.)
və cahid (cəhd edən -N.N. ) olalar”.
Müəllimlik müsabiqəsində
iştirak etmək üçün S.Ə.Şirvani
Tiflisə yola düşür.Lakin müsabiqədə
dövrünün görkəmli
din xadimi, hakim dairələrinə
daha yaxın olan Əbdüssəlam Axundzadəyə uduzub geri qayıdır. S.Ə.Şirvani Tiflisdən Şamaxıya
qayıdarkən yolüstü
Gəncədə Nizaminin
məqbərəsini ziyarət
edir. Nizaminin o zaman baxımsızlıq
ucbatından ürək
ağrıdan uçuq-sökük
məqbərəsi Seyid
Əzimi narahat edir. Seyid Əzim şeirə, sənətə göstərən
bu biganəliyi öz halı ilə müqayisə edib, məşhur rübaisini söyləyir:
Ey Şeyx
Nizami, ey nizamı dağılan,
Ey Gəncədə
izzü ehtişamı
dağılan,
Olmuşmu səninlə
mən kimi aləmdə
Beyti, evi,
məktəbi, kəlamı
dağılan?
S.Ə.Şirvani Şamaxıya qayıdır
və əvvəlki kimi iki məktəbdə
pedaqoji fəaliyyətini
davam etdirir. Zəmanəsinin dövri mətbuatında
- Tiflisdə Azərbaycan
dilində nəşr
olunan “Ziya” qəzetinə yazılar yazır, başladığı
təzkirə üçün
yeni-yeni materiallar toplayır,ölkəşünaslıq materialları üzərində
işləyir, Şamaxı
ədəbi məclisinin
məşğələlərində maraqlı poeziya nümunələri ilə
çıxış edir,
məktəb yaşlı
uşaqlar üçün
nəsihətamiz əsərlər
yazır, həm Azərbaycan, həm də fars dillərində
yüksək poetik dəyərli əsərlər
yaradır.
Bu illərdə S.Ə.Şirvaninin
beynəlxalq şeir müsabiqələrində fəal
iştirakı da diqqəti cəlb edir.
Müxtəlif vaxtlarda
üç dəfə
Türkiyənin maarif
naziri olan Minif Paşanın Tiflisdə Azərbaycan dilində çıxan “Ziyayi-Qafqasiyyə” qəzetində
açdığı “Ey
bülbül” adlı
Ezop maneralı şeir müsabiqəsinə
qoşulan Azərbaycan
şairlərindən biri
də Seyid Əzim Şirvani olur. S.Ə.Şirvani zəmanəsinin bəyənilən işıqlı
fikir adamlarından biri idi.Onun ayrı-ayrı
tarixi şəxsiyyətlərə,
şair və din xadimlərinə yazdığı
qəsidələr hələ
də öz ciddi elmi təhlilini
tapmamışdır.
S.Ə.Şirvani rəmzlər ustası idi.
Onun rəmzlərini, adi söz içində dediyi sözləri başa düşmək, anlamaq üçün ədəbiyyatşünaslarımız hələ çox işləməlidirlər.
Cəmiyyətdə S.Ə.Şirvaninin mövqeyini
hamıya tanıtmaq üçün dövrün
dini rəhbərləri
səmərəli işlər
görürdülər. Onlar Seyid
Əzimin maarifçilik
fəaliyyətinin kölgədə
qalmasına heç cür razı ola bilmirdilər.
Zaqafqaziya şeyxülislamı Əhməd bəy Hüseynzadə, müftilər
Əbdülhəmid Əfəndizadə
və Hüseyn Əfəndi Qayıbov S.Ə.Şirvaniyə həmişə
qayğıkeşlik etmişlər.
Məhz onların qayğısı
nəticəsində 1886-cı ilin noyabr ayında
Seyid Əzim Şirvaninin maarifçilik
və müəllimlik
fəaliyyətini dövlət
səviyyəsində qiymətləndirmək
haqqında ciddi addımlar atıldı.
Qafqaz Təhsil Dairəsi 27 dekabr
1886-cı il tarixində
11795 nömrəli məktubu
ilə Zaqafqaziya Şiə İdarəsinin
rəhbərliyinə müraciət
edərək, Hacı
Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvaniyə
Stanislavski lenti üzərinə
sancaqlanan “Za userdie” (“Səylərinə
görə”) gümüş
medalı verilməsi barədə material hazırlayır.
Bakı-Dağıstan Xalq Məktəbləri
müdiriyyətinin adından
da Qafqaz Təhsil Dairəsinin popeçiteli K.P.Yanovskiyə
təqdimat məktubu göndərilir. Veriləcək gümüş medal barədə
həm Zaqafqaziya Şiə İdarəsinin,
həm də digər qurumların münasibəti öyrənilir.
Heç
kəs S.Ə.Şirvaniyə
maarifçilik fəaliyyətinə
görə “Za userdie” gümüş medalının verilməsinə
mane olacaq fikir söyləmir.
Təəssüf
ki, S.Ə.Şirvani Stanislavski lenti üzərindəki bu
gümüş medalı 7 manat 50 qəpiklik poçt
rüsumuna görə uzun müddət ala bilmir. Medal sahibinə
çatdırılanda isə şairin ölümünə
10 gün qalırdı.
Nazim NƏSRƏDDİNOV
525-ci qəzet.- 2016.- 23 iyul.- S. 23.