Kitabxana ilə bağlı səyyar seminar keçirilir

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq İxtisasartırma Mərkəzi Şəki, Zaqatala, Balakən, Oğuz Qax rayonlarını əhatə edən kitabxana mədəniyyət müəssisələri işçiləri üçünKitabxana işinin təşkilində innovasiyaların tətbiqiAzərbaycan mədəniyyətinin xalq yaradıcılığının dəstəklənməsində, mədəni irsin qorunmasında mədəniyyət mərkəzinin rolumövzularında səyyar seminar-treninqlər təşkil edilib.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, iyulun 30-dək davam edəcək seminarlarda kitabxananın xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova, elektron kataloqun formalaşdırılması şöbəsinin baş kitabxanaçısı Samirə Şabanova kitabxanaların metodik təminatı şöbəsinin baş kitabxanaçısı Lamiyə Əhmədova iştirak edirlər.

Milli Kitabxananın tədris mərkəzinin trenerləri Şəki, Zaqatala, Balakən, Oğuz Qax rayonlarından gələn kitabxanaçılaraİnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətlərimövzularında treninq keçəcəklər.

  525-ci qəzet.-2016.- 29 iyul.- S.4.