Milli qəhrəman haqqında sənədli filmin təqdimatı olub

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  həyata keçirdiyi "Vətənpərvərlik duyğuları və milli ruhun gücləndirilməsinə dəstək" layihəsi çərçivəsində N saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı, şəhid batalyon komandiri, məşhur pəhləvan, mayor Əliyar Əliyev haqqında "Yaddaş" studiyasında çəkilmiş "Pəhləvan komandir" sənədli filminin təqdimatını keçirib.

Birliyin sədri, yazıçı-publisist, Ə.Əliyevin həyat və döyüş yoluna həsr edilmiş "Dağlar oğlu" kitabının müəllifi Hacı Nərimanoğlu igid komandir, məşqçi-güləşçi, idman ustası haqqında xatirələrini danışıb.

Filmin nümayişindən sonra çıxış edən əsgər və zabitlər Əliyar Əliyev kimi qəhrəmanları özlərinə örnək saydıqlarını, belə tədbirlərin hərbi vətənpərvərlik, döyüş, mənəvi ruhun gücləndirilməsində mühüm rolundan danışıblar. Hissə komandanlığı əhəmiyyətli tədbirin, unudulmaz görüşün təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib.

Sənədli filmin "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən hazırlanmış nəfis tərtibatlı diskləri kitablar hərbi hissənin kitabxanasına, əsgər zabitlərə hədiyyə edilib.

525-ci qəzet.-2016.- 29 iyul.- S.4.