Bilik Fondu Mehdiabad
və Fatmayı məscidlərinə kitablar
hədiyyə etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu məscidlərin elmi, bədii, dini, dünyavi kitablarla təminatı missiyasını uğurla davam etdirir.
Fonddan
525.az-a verilən məlumata görə,
“Məscid kitabxanası” layihəsi çərçivəsində həyata keçirilən missiyaya Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi,
Qafqaz Müsəlmanları
İdarəsi dəstək olurlar.
Kitablar bu qurumların tövsiyəsi
ilə seçilir.
Bilik Fondunun İnformasiya təminatı
sektorundan verilən məlumata görə, “Məscid kitabxanası” layihəsinin növbəti
ünvanı Mehdiabad və Fatmayı qəsəbələrində fəaliyyət
göstərən məscidlər
olub.
Fondun mətbuat
katibi Ceyhun Musaoğlunun iştirakı
ilə məscid rəhbərliyi və dindarlarla görüşlər
keçirilib, onlara layihənin mahiyyəti barədə məlumat verilib.
Dindarlar məscidlərə kitablar
hədiyyə olunmasını
böyük ruh yüksəkliyi ilə qarşılayaraq bildiriblər
ki, Ixslam dini elmə, savada çox böyük üstünlük
verir.
Bu mənada din əhlinin
mütaliə etməsi
olduqca vacibdir. Onlar
qeyd ediblər ki, belə
görüşlər ibadətlə məşğul
olanların dünya görüşlərinin
artmasına böyük təkan olar ki, bundan
həm şəxsin özü, həm cəmiyyətimiz,
həm də dinimiz xeyir
götürər.
525-ci qəzet.- 2016.- 30 iyul.- S.13.