Nigar Ələsgərova: “Daha geniş beynəlxalq əlaqələr qurmağa çalışırıq”

 

Nigar ƏləsgərovaOdlar YurduGənclər İctimai Birliyinin həmtəsisçi və sədridir. Artıq dörd ildir rəhbərlik etdiyi təşkilat digər qeyri-hökumət təşkilatları arasında xüsusi fəallığı ilə seçilir. Təşkilat İtaliya, Norveç, Ruminiya, Yunanıstan, Bolqarıstan, Belçika bir sıra başqa Avropa ölkələrinin keçirdiyi layihələrin tərəfdaşı olub. Bu yaxınlarda Bakıda təşkilatın dörd illik hesabat tədbiri keçirilib. Nigar xanımla həm hesabat tədbirindən, həm Birliyin fəaliyyətdən danışdıq.

- 2012-ci ildə Gəncə şəhəri respublikamızın ilk “Gənclər paytaxtıseçildi. Bizim təşkilatın taleyi elə bununla bağlıdır. Dörd il öncə Gəncədə gənclər təşkilatları sayca o qədər çox deyildi   bu cür təşkilatların yaranmasına ciddi ehtiyac vardı. O zaman biz “Odlar YurduGənclər İctimai Birliyini təsis etdik. Məqsədimiz gənclərə xidmət etmək, gənclərin ölkənin, şəhərin ictimai-siyasi həyatında fəallığına nail olmaq, onları ictimai fəaliyyətə aktivliyə cəlb etmək idi... Ölkədə iki yüzdən çox gənclər təşkilatı fəaliyyət göstərir. Son dövrlər gənclər gənclər təşkilatlarına göstərilən diqqət qayğı bu sahədə dövlətin ciddi islahatlarının, məqsədyönlü siyasətinin nəticəsidir. Xüsusilə, gənclər təşkilatlarının fəaliyyətləri son dərəcə genişləndirilib. Bu mənada biz həmin diqqət qayğını dəyərləndirməyə çalışırıq. Gənclər isə bizi, fikrimcə, keyfiyyətli layihələrimizə görə seçirlər.

 

Təşkilatın prioritet istiqamətləri

 

- Təşkilat məqsədinə çatmaq üçün 5 prioritet istiqamət müəyyən edib: vətənpərvərlik, könüllülük, aktiv vətəndaşlıq, intellektual inkişaf ətraf mühitin mühafizəsi. Dörd il ərzində bu istiqamətlər çərçivəsində müxtəlif layihə tədbirlər həyata keçirmişik. Müxtəlif təcrübələri öyrənmiş tətbiq etməyə çalışmışıq. Amma milli koloriti qorumağa üstünlük veririk. Mütləq şəkildə hədəf qrupumuzun, gənclərin düşüncə tərzini, yanaşmalarını, istəklərini kifayət qədər nəzərə alırıq. Avropa ölkələrində icra olunan bir çox layihələrin tərəfdaşı olmuşuq. Müxtəlif beynəlxalq layihələrdə gənclərin iştirakını təmin edirik. Bu da onların dünyagörüşünün artmasına, başqa ölkələri, başqa mədəniyyətləri, cəmiyyətləri tanımalarına yardımçı olur.

Ümumiyyətlə, çaılışırıq ki, gənclərin maraqlarına uyğun layihələr reallaşdıraq. Eyni zamanda onlar arasında milli ruh vətənpərvərlik duyğularını, ideyalarını yaymağa çalışırıq. Aktual mövzulara müraciət edirik.

Misalçün, bu yaxınlardaGələcək vəd edən həqiqətlər: multikulturalizm gəncliklayihəsini icra etdik.

Cari ilin ölkə başçısı İlham Əliyev tərəfindənMultikulturalizm ilielan olunmasını nəzərə alaraq layihəni hazırlamışdıq. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirildi. Layihənin əsas vəzifəsi multikulturalizmin Azərbaycan modelinin gənclər tərəfindən öyrənilməsi ilə yanaşı, gəncləri bu mövzuda maarifləndirmək dünyagörüşlərinin artmasına xidmət etməklə onlarda vətənpərvərlik, tolerantlıq, humanizm, insansevərlik kimi dəyərlər aşılamaq idi. Layihə uğurla yekunlaşdı.

Gənclərin təəssüratları yüksək idi. Bundan başqa, turizmə, ətraf mühitin mühafizəsinə həsr olunmuş müxtəlif layihələr olub... Hər biri özlüyündə zamanın aktual mövzusu olub ki, bu mövzu ətrafında gənclərin maariflənməsinə xüsusi diqqət etmişik. Bununla yanaşı, davamlı keçirdiyimiz bilik yarışları, təlimlər, seminarlar, dəyirmi masa görüşlər var. Bunlar bizimİntellektual inkişafadlı  prioritet istiqamətimizin tərkib hissəsidir... Düşünürük ki, cəmiyyətdə müxtəlif mövzularda maariflənmə davamlı olmalıdır. İstənilən ideoloji, ictimai s. problemlərin həlli maarifləndirmədən keçir. İdeoloji tərbiyə çox önəmlidir. Bacardığımız qədər,  Odlar YurduGənclər İctimai Birliyi olaraq gənclərə xidmət edirik. Dolayısı ilə cəmiyyətə, gələcəyə xidmət etmiş oluruq. Ətrafımıza daha çox gənc toplamağa, daha çox gəncin maariflənməsində rol oynamağa çalışırıq. Çalışırıq ki, daha geniş beynəlxalq əlaqələr quraq, ölkənin dəyərlərini mövqeyini təbliğ edək, bu prosesə daha çox gənci cəlb edək. 

 

Odlar Yurdu”nun uğurları...

 

- Bir qurumun yaranıb formalaşması üçün ən azı beş il lazımdır. Ancaq təvazökarlıqdan kənar da olsa, bildirim ki, təşkilatımızOdlar yurdukomandasının əzmi eyni zamanda ona göstərilən etimad dəstəkdən dolayı xeyli uğurlu yol qət edib. Statistikaya nəzər salsaq, bu dörd ildə 17 irimiqyaslı yerli layihə icra etmişik. Bu, təxminən, il ərzində 4-5 layihə deməkdir. Qeyri-hökumət təşkilatları üçün bu, kifayət qədər ciddi rəqəmdir. Bundan başqa, yüzə yaxın təlim, seminar, aksiya, görüş konfranslar həyata keçirmişik. 16 beynəlxalq layihənin adını çəkə bilərəm ki, onlardan ikisi Gəncədə, digərləri isə müxtəlif ölkələrdə həyata keçirilən, tərəfdaşlıq etdiyimiz layihələrdir.  Gənclər təşkilatı olaraq bir sıra mükafatlar qazanmışıq. İlin QHT-si “The First” Milli Mükafatına layiq görülən ilk gənclər təşkilatıyıq.  2 fevral 2015-ci ildə -  Gənclər günü”ndə Azərbaycan Respublikası  Gənclər İdman Nazirliyi tərəfindən 2014-cü ildəki uğurlu fəaliyyətimizə görə təltif olunmuşuq. Bizim birlik AzərbaycandaAvropa Könüllülük Xidməti”ndən akkreditasiya sertifikatı almış ən gənc gənclər təşkilatıdır... Uğurları sadalayarkən bir fikri vurğulamaq istərdim. Uğur elə bir anlayışdır ki, kimin onu nədə ya harda görməsi önəmlidir. Misal üçün, Gəncə şəhərinin ictimai həyatına baxsaq, müxtəlif sahələrdə çalışan fəal gənclərin böyük əksəriyyəti ilk addımlarını məhzOdlar Yurdu”nda atıblar.  Odlar Yurdubir məktəb olmağı bacarıb, gələcək yollarını müəyyənləşdirməkdə gənclərə yardımçı olub. Düşünürəm ki, bu faktlar da çox ciddi uğur hesab oluna bilər.

 

Region gəncləri ilə əməkdaşlıq...

 

- Fəaliyyətimizin əsas hissəsi Gəncə şəhərindədir. Qeyd etdiyim kimi, Gəncə şəhərində fəaliyyətə başlamışıq bu günə qədər fəaliyyətimiz uğurla davam edir.  Bir çox layihələrimizdə iştirakçı seçimi zamanı mümkün qədər təkcə Gəncədən deyil, eyni zamanda müxtəlif regionlardan paytaxtdan da gəncləri cəlb etmişik. Bundan sonra da bu siyasətimizə sadiq qalaraq hansı şəhərdə fəaliyyət göstərəcəyimizdən asılı olmayaraq respublika gənclərini əhatə etməyə çalışacağıq. 

 

Dörd ilin hesabatı

 

- Bu il iyulun 15-də Bakı şəhərində dörd illik hesabat tədbirimiz oldu. Bu tədbir həm kiçik təqdimat xarakteri daşıyırdı. Biz artıq tək Gəncədə deyil, Bakı şəhərində fəaliyyətimizi genişləndirəcəyik. Hesabat tədbirinə böyük həyəcanla hazırlaşdıq. Bu bizim Bakı şəhərində ilk böyük tədbirimiz idi. Uğurlu alındı deyə bilərik. Dövlət qurumlarını təmsil edən rəsmi şəxslərin, dostlarımızın, əməkdaşlarımızın haqqımızda səsləndirdiyi yüksək fikirlərdən  qürurlandıq, eyni zamanda, daha çox məsuliyyət hiss etdik. Fəaliyyətimizə dəstək olan hər kəsə təşəkkür edirik.  

 

Layihələr davam edir

 

- Bəzən çətinliklərlə üzləşirik. Amma önəmli olan budur ki, qarşılaşdığımız çətinlikləri aradan qaldırmaq üçün işimizə zəhmət səylə yanaşırıq. Fəaliyyətimiz zamanı gənclər təşkilatları ilə çalışan qurumlar şəxslərin dəstəyi danılmazdır. Ümid edirəm ki, bundan sonra da qarşılaşacağımız problem çətinliklərin öhdəsindən hər zamanki komanda birliyi sayəsində zəhmət qətiyyətlə gələcəyik... Hazırda “Ganja in action” “Media Məktəbi-2” adlı layihələrimiz davam edir. Yeni maraqlı layihələrimiz mütləq olacaq.Odlar Yurduona göstərilən etimad, güvən inama hər zaman sadiqliyini nümayiş etdirəcək fəaliyyəti ilə faydalı olmağa çalışacaq...

 

Müşfiq ŞÜKÜRLÜ

 

525-ci qəzet.- 2016.- 30 iyul.- S.17.