Azərbaycan Avropa  Milli Kitabxanaları Konfransının toplantısında təmsil olunub

 

Avstriyanın paytaxtı Vyanada Avropa Milli Kitabxanalarının Konfransı (CENL) beynəlxalq təşkilatının 30-cu illik ümumi görüşü keçirilir.

Avstriya Milli Kitabxanasında reallaşan görüşə Avropanın 40-a yaxın ölkəsini təmsil edən milli kitabxana direktorları qatılıb. Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovxarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin işçisi Xanpəri Cəfərova təmsil edir.

Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, mayın 30-da görüşü Avstriya Milli Kitabxanasının direktoru xanım Johanna Rachinger açıq elan edib, tədbirin əhəmiyyətindən söz açıb.

CENL-in prezidenti Roly Keating görüşü öz çıxışı ilə davam etdirib. Sonra tədbirin gündəliyi qəbul edilib, Berndə keçirilən 29-cu illik görüşün əsas məsələləri müzakirə olunub, CENL-in 2015-ci ilin iyun ayından 2016-cı ilin mayınadək olan dövr üçün illik hesabatı dinlənilib, CENL katibliyinin Fransa Milli Kitabxanasından Britaniya kitabxanasına köçürüldüyü bir daha diqqətə çatdırılıb.

Bu gün yekunlaşacaq tədbirdə bir sıra hesabatlar dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, CENL-in 2013-cü ildə Bakıda keçirilən görüşündə 41, 2014-cü ildə Moskvadakı görüşündə 22, 2015-ci ildə Berndəki görüşündə isə 36 ölkənin nümayəndəsi iştirak edib.

 

 

 525-ci qəzet.- 1 iyun.- S.7.