Xan Şuşinski adına festivalın qalibləri mükafatlandırılıb

 

 

Mayın 28-də Beynəlxalq Muğam Mərkəzində Xan Şuşinski adına 3-cü muğam festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, festival Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən iki ildən bir təşkil olunur.

Tədbirin əvvəlində Xan Şuşinskinin həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim edilib.

Sonra Xan Şuşinski Fondunun rəhbəri, görkəmli xanəndənin qızı Bəyimxanım Verdiyeva çıxış edib.

Daha sonra münsifləri Xalq artistləri Zabit Nəbizadə, Gülyaz Məmmədova, Əməkdar Artist Firuz Səxavət olaniki qrup üzrə keçirilən müsabiqənin qalibləri elan olunub.

Birinci qrup üzrə Qran-pri mükafatını Kənan Bayramlı, birinci dərəcəli diplomu Elnur Musazadə qazanıb. Qələm Qocamanova ikinci dərəcəli diplomla mükafatlandırılıb. Xaqani Şahbazov, Ağamustafa Şirinov, Asif Yusifov, Rəvanə Vəliyeva və Ayan Şükürlü isə üçüncü dərəcəli diplomla təltif ediliblər.

İkinci qrup üzrə birinci yeri Elmira Hüseynova, ikinci yeri Xəyalə Hüseynova və Nuranə Tanriverdiyeva, üçüncü yeri isə Atlas Mehdiyeva tutublar.

Mükafatlandırma mərasimindən sonra "Aypara" instrumental ansamblının çıxışı olub.

 

 

525-ci qəzet.- 1 iyun.- S.7.