Əbədiyaşar
şairimiz Tofiq Bayram
UNUDULMAZ SÖZ
SƏNƏTKARININ VƏFATINDAN 25 İL KEÇİR
(Əvvəli ötən sayımızda)
1974-cü ildə Tofiq
Bayram oxucularla yeni - "Azərbaycan deyəndə" kitabı
ilə görüşə
gəldi. Bu kitab
Tofiqin yaradıcılıq
müvəffəqiyyətləri haqqında danışmağa
geniş imkan verən bir əsərdir. Əsərdə təqdim edilmiş digər nümunələrlə
yanaşı bir boksçuya - Paşa Əmirova həsr etdiyi "Əlcəkli bahadır" poeması mühüm yer tutur. Bəri başdan deyək
ki, o dövrlərdə
ədəbiyyatımızda, xüsusilə poeziyada idman mövzusuna müraciət olmasa da (bir neçə
şeir və hekayə istisna olunmaqla, T.Bayram istedadlı idmançının
həyatını öyrənib,
oxuculara maraqlı bir poema təqdim
edə bilmişdir.
1980-ci ildə "Yazıçı"
nəşriyyatı Tofiq
Bayramın ən iri həcmli kitablarından biri "Könlümdə yaşayanlar"ı
oxuculara təqdim edir. Bu nəşrin fərqli cəhəti ondan ibarət idi ki, burada
şairin 25 ilə yaxın yazıb yaratdıqlarının ən
gözəl nümunələri
cəmləşdirilmişdir. Bu kitab T.Bayram
yaradıcılığının poetik məziyyətləri
haqqında dolğun mənzərə yaradır.
Əsərin başlıca
leytmotivi ülvi məhəbbəti, qadınları,
vətən sevgisini, torpağa bağlılığı
və s. tərənnüm
etməkdir.Burada T.Bayramı
bir sənətkar kimi hər şeydən
öncə səciyyələndirən
keyfiyyət onun şeirlərindəki səmimiyyətdir.
Tofiq Bayram şeirlərinin mahiyyətini oxuculara doğmalaşdıran ondakı
özünəməxsus üslub
və obrazlılıqdır.
Bu obrazlılıq, bir
tərəfdən, zahirən
kənar hadisələr
işığında ortaya
gəlirsə, digər
tərəfdən, bədii
ifadə vasitələrindən,
məcazlardan uğurlu
istifadədə özünü
göstərir:
Yuxu da, nağıl da köçdü beşikdən,
Dəyişdi gözümdə bu həyət, baca.
Bir gün körpəliyim düşdü beşikdən,
Dəcəl uşaqlığım çıxdı
ağaca.
Tofiq Bayramın "Könlümdə
yaşayanlar"ın baş
qəhrəmanı insan
qüdrəti, onun bacarıqlarının hüdudsuzluğu,
humanizm, əməkçi
insan, həyat problemləri və s. kimi mövzulardır. Buradakı "Fəhlə
danışır", "Qoca bənna", "Bənnanın sevinci",
"Nekroloq", "Zorla
şair olmazsan",
"Nisyə səmimiyyət",
"Sən niyə doğulmusan", "Sən
özünü düşünürsən",
"Ağlama" və
s. bir tərəfdən,
sevdiyi insanlar tərənnüm olmursa, digər tərəfdən,
xəbislər, dar gözlər ifşa obyektinə çevrilir. Kitabda vətənə məhəbbət, vətənpərvərlik
hissi güclü pərvəriş tapmaqla
"Azərbaycanım", "Azərbaycan deyəndə",
"Ağsaqqal sözü"
kimi şeirlərdə
maraqlı poetik lövhələr yaradılır.
"Könlümdə yaşayanlar" kitabının
mühüm keyfiyyətlərindən
biri T.Bayram düşüncəsində vətənpərvərlik
anlayışının mühüm
konturları görünür. Məşhur dirijor Niyazi haqqında yazdığı
"Azərbaycan dünya
gəzir" şeiri
müəllifin vətənpərvərlik
duyğularının ifadəçisinə
çevrilir. Digər
böyük şəxsiyyətlərə
("Sabirin hüzurunda",
"Sabir haqqında",
"Vurğun dedim",
"Səməd Vurğunla
görüşdə", "Səməd Vurğunun ev muzeyində", "Səməd Vurğunun kəşfi", "Səməd
Vurğunun heykəli haqqında", "Mehdi Hüseyn küçəsi",
"Səttar Bəhlulzadənin
xatirəsinə" və
s. kimi) həsr etdiyi şeirlərdə şairin vətənlə,
onun böyük şəxsiyyətləri ilə
bağlı duyğuları
dilə gətirilir.
T.Bayramın "Qadın ürəyi"
şeirində də oxucu eyni dərəcədə
effektli, ibarəli bəndlərin şahidi olur:
Daşı da əridir, daş da olar
o,
Əriyib
gözlərdə yaş
da olar o,
Bahar da olar o, qış
da olar o,
Damladır, ümmandır qadın ürəyi.
T.Bayramın "Analıq haqqı",
"Anam ağlayır",
"Anamın səsi"
və s. şeirlərində
səmimi övlad hissləri hakim olduğu kimi, "Atamın arzusu", "Oğul məhəbbəti" və
s. valideyn duyğuları
özünəməxsus şəkildə
təsviri həllini tapır.
T.Bayram vətən
şairi kimi torpaq dərdini, Qarabağ niskilini qəlbində daşıyan
sənətkarlardan idi. Erməni separatçılarının
mənfur niyyətlərini
görən şair öz etiraz səsini ucaldaraq "Qarabağı vermərəm"
şeirini yazmışdı.
Bu şeir müharibənin
ilk illərində Tofiq
Bayram yaradıcılığının
və xalqımızın
manifesti kimi səslənməklə hamını
özünə cəlb
etmişdi:
Əgər yer-göy dağılıb,
Dönsə baharım qışa
Parça-parça doğranıb
Yem olsam da qurd-quşa
Allah da göydən enib
Başlasa yalvarışa
Bu gün dünya daralıb
Dönsə bircə qarışa.
Qara keşiş yumşalıb
Kərəm ilə barışa.
Göyçə gölü birləşib
Göygölümə qarışa.
Yüz
min çaya Turşsutək
Bir bulağı vermərəm
Mən canımı verərəm,
Qarabağı vermərəm!
Şeir bütün xüsusiyyətləri
(mövzu, məzmun, ideya, problematika və s.) və eləcə də poetik konstruksiya, ritm, intonasiya, çağırış, protest, hayqırtı, gənclərimizin
mübarizlik ruhunu yüksəltmək nöqteyi-nəzərindən
fərqli münasibət
yaradan nümunə kimi bütün azərbaycanlıların ən
sevdiyi nümunəyə
çevrilmişdir. Çünki T.Bayram poeziyasında vətənin hər şeydən öndə durduğunu, misralarından
torpaq ətrinin gəldiyini görmək mümkündür. Bu poeziyada bulaqların zümzüməsi, şəlalələrin
şaqqıltısı, dağların
əzəməti, meşələrin
xışıltısı, ulduzların bərq vurması, göylərin əsrarəngizliyi, buludların
halaylar qurduğu, günəşin hərarəti
duyulmaqdadır.
Dünyasını dəyişməzdən əvvəl
şair-jurnalist Ağalar
Mirzə Tofiq Bayramla evində görüşüb hal-əhval
tutarkən bu zaman evdə xəstəliyin əlində
tənha qalmış
şair bir vaxtlar Əmircandakı evlərinin şeir-sənət-məbədi
olmasından danışır,
zəmanənin ən
tanınmış nümayəndələrinin
onlarda yığışdığını,
atasının onları
"bizim milli xəzinəmiz, şanlı
ensiklopediyamız adlandırmasını
söyləməklə, həm
də tək qalmasının, heç də tənhalıq anlamına gəlmədiyini
söyləmişdi. Bununla belə ən böyük narahatçılıq
kimi o, öz xəstəliyindən danışmaq
yox, Dağlıq Qarabağın onu sarsıtdığını demişdi:
Tofiq Bayram həm klassikləri (Nizami, Sabir, Müşfiq, Səməd Vurğun, Mehdi Hüseyn, O.Sarıvəlli, Ü.Hacıbəyli,
Nazim Hikmət, R.Muradova, Niyazi, F.Əmirov, Cavid həm də müasirləri Xudu Məmmədov, Əli Kərim, Əlfi Qasımov və b.) son dərəcə çox sevirdi. O olduqca həssas sənətkar idi. T.Bayram ölkəmizdə və dünyada baş verən ictimai-siyasi, mədəni hadisələrlə daim yaxından maraqlanırdı.
Onun belə həssaslığı
Tofiq Bayramı şair-vətəndaşlıq səviyyəsinə qaldırmışdı.
Tofiq Bayramın
lakonik biçimli şeirləri öz bitkin və dərin məzmunu, poetik kamilliyi, mövzu və ideya vahidliyi, müxtəsərliyi və
hədəfə tuşlanmış
ifadələri ilə
diqqəti cəlb edirdi. Onun belə ölçüdə qələmə
aldığı "Nizami
çələngi", "Sabir çələngi",
"Səməd Vurğun
çələngi", "Səttar çələngi"
və s. kimi nümunələrdə sənətkar
ölməzliyi xüsusi
poetik pafosla təsvirdə özünə
yer tutur.
T.Bayram şeirlərini
xüsusi pafosla, intonasiya ilə deməyi bacaran, ürəkləri hecasının
gücü ilə titrədən şairlərdən
idi. O, istedadlı bir
şair kimi oxucu qəlbini kövrək misralarla doldurmuşdu, onun poetik duyğularının
sehrinə düşənlər,
ecazkar bir dünyaya qovuşurdu. Şeirini intonasiya ilə, ahəngdarlıqla deməyə
bacarmayanları sevməzdi,
istedadlı olan hər hansı bir kəsi görəndə
gözləri gülər,
şeirimizin, poeziyamızın
gələcəyinə uzanan
yolda közərən
işıq görərdi.
Tofiq poeziya məclislərində
qayğıkeş olduğu
qədər də tələbkar idi. Əsərləri dil baxımından
yetərincə obrazlı
və zəngin idi.
1984-cü ildə T.Bayramın 50 illiyi Azərbaycan ədəbi ictimaiyyəti tərəfindən geniş qeyd olunmuşdu. Elə həmin ildəcə şairin "Məsləkim - silahım" kitabı işıq üzü gördü. O, şair olmağı varda, dövlətdə, vəzifədə yox, xalqın istək və arzularını qələmin gücü ilə tərənnüm etməkdə, sənətkarın böyüklüyünü, vətəndaşlığını, bəşəri amallarını doğulduğu torpaqda pərvazlanıb, zirvələr fəth etməsində görürdü.
T.Bayram yaradıcılığına məddahlıq yaddır. Onun fikrincə vicdan, qeyrət uyuyanda, alim, sənətkar mütüləşəndə "millətin ruhu küsür, qəlbi soyuyur, öz-özünə məğlub olur döyüşdən kənar". Onun fikrincə sənətkarı xalq yaşatmasa, o, heç bir təltiflə, fərmanla yaşaya bilməz. Onun şeirlərinə mücərrədlik yaddır.
Onun poetik səsi səmimi və ilhamlı, gur və coşqun, pafoslu və koloritlidir. Məhəlləçilikdən, əyalətçilikdən uzaqdır. Onun yaradıcı ilhamı daim inam təmizliyi, əqidə bütövlüyü ilə vəhdətdədir. Poetik ilhamının mayasında vətən sevgisi, millət eşqi yaşayır. Azərbaycan mövzusu, Azərbaycan, vətən onun yaradıcılığının ana xətti, şah damarıdır. O, hər hansı əsərdə inamsızlığa, ideyasızlığa, mənəvi yoxsulluğa, şəxsiyyətsizliyin təzahürünə qarşı barışmaz idi.
"Məsləkim - silahım..." kitabında yer almış şeirlərin baş qəhrəmanı - Nizami, Vaqif, Axundzadə, Qara Qarayev, Niyazi, Səttar Bəhlulzadə... və başqaları Tofiq Bayramın əlçatmaz zirvə hesab etdiyi klassiklərdir.
Bütün bu zirvələrdən hər biri obrazlı müşahidə və təhlil detalları ilə zəngindir. Bu kitab üçün lirik-romantik ruh və nəfəs səciyyəvidir. Bununla belə bəzi şeirlərdə satira və yumor çalarları da az deyildir. Onun lirik, zərif ruhlu şeirləri daim oxucu qəlbinə hakim kəsilirdi. Şairin "Vağzalı", "Ay gecikən məhəbbətim", "Göygöl", "Axtaracaqsan" şeirlərində insan qəlbinin həssas duyğuları təkrarolunmaz poetik dil və səmimiyyətlə tərənnüm edilir.
"Ay gecikən məhəbbətim" şeirində bu poetik özəlliklər özünü çox aydın göstərir.
İllər boyu səni gəzdim,
Ay gecikən məhəbbətim.
Sən yubandın, mən tələsdim,
Getdi gənclik təravətim,
Ay gecikən məhəbbətim.
Orijinal bədii forma kəşf edən şair S.Vurğun sənətinə sədaqətini və rəğbətini elə böyük şairin bəzən müraciət etdiyi 5-likdə yaratmışdır. Şeiri oxuduqca lirik şairimiz H.Arifin "Dinə bilmədim" misraları göz önünə gəlir. "Vağzalı" şeirində şair kiçik bədii lövhə yaradaraq "Vağzalı" sədaları altında xoşbəxtlikdən ağlayan, yaddaşlarda həkk olunan ana obrazını yarada bilmişdir:
Bir evdən bir evə səadət gedir,
Biri yola salır, biri səsləyir.
Bir ana qızını burda ləngidir,
Bir ana həsrətlə gəlin gözləyir...
Şair kiçik bir parçada böyük ustalıqla iki ana obrazı yaradıb, iki anaya bir heykəl
ucaldıb.
(Ardı var)
Məmməd ƏLİYEV
Filologiya üzrə elmlər
doktoru, professor
525-ci qəzet.- 2016.- 2 iyun.- S.4.