Bu gün Dünya Azərbaycanlılarının IV Qurultayı başlayır

 

Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində təşkilat komitəsi yaradılıb.

Qurultayda dünyanın 49 ölkəsindən 500-dən çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin, habelə Azərbaycana dost münasibəti ilə tanınan xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri və elm adamlarından ibarət 50 nəfərə yaxın qonağın iştirakı gözlənilir.

 

Tîplàntıdà Dünyà Azərbàycànlılàrının III Qurultàyındàn kåçən dövr ərzində görülmüş işlər müzàkirə îlunàcàq.

 

Həmçinin müasir dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarınını qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, gənclərin diaspor hərəkatına cəlb olunması, lobbi quruculuğu və digər bir sıra mühüm məsələlər üzrə fikir mübadiləsi aparılacaq.

 

Qurultayda qeyd olunan mövzuların müzakirəsi üçün panellərin təşkili, eləcə də Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlərin keçirilməsi də gözlənilir.

 

Qurultayda diaspor təşkilatlarının qarşısında duran vəzifələrin dəqiq müəyyən edilməsi, diaspor təşkilatlarının fəaliyyət strategiyasının müasir reallıqlara uyğun şəkildə qurulması, həmçinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq məsləhətləşmələr əsasında vahid təbliğat konsepsiyasının hazırlanması nəzərdə tutulur.

 

Qurultayın yekununda bir neçə sənədin qəbulu gözlənilir.

 

Qeyd edək ki, hal-hazırda dünyanın bir çox ölkəsində 450-dən çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir.

 

Xatırladaq ki, dünya azərbaycanlılarının I qurultayı mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noybarın 9-10-da Bakı şəhərində keçirilib.

 

II Qurultay 5 il sonra Prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da baş tutub.

 

Dünya Azərbaycanlılarının III Qurultayı isə 2011-ci ilin iyul ayının 5-6-da Bakı şəhərində keçirilib.

 

Abasov Ceyhun

525-ci qəzet.- 2016.- 3 iyun.- S.2.