İmperiyalar və onların süquta sürüklənməsi
Proloq
(Əvvəli ötən şənbə saylarımızda)
Syoqunun Qərb
millətlərinə güzəştlərindən
sonra antiəcnəbi hissi 1867-ci ildəki samuray qiyamına və imperatorun hökumətin hüquqi başçısı olmasının
bərpa edilməsinə
gətirib çıxardı. Yeni imperator hiyləgər,
diribaş gənc Mutsihito öz hökmranlığını (1867-1912-ci illər) Meyci (Maariflənmiş hökumət)
adlandırdı. İmperiyaya nəzarət
edən yeni liderlər bu vaxt Yaponiyanın diqqətəlayiq bir transformasiyasına başladılar.
Həmin
vaxtdan bu, Meyci bərpası kimi tanınır.
Qərbin açıq hərbi və sənaye üstünlüyünü etiraf
edən yapon liderləri onu qəbul etməklə bu üsluba uyğunlaşıb Yaponiyanı
modernləşdirmək qərarına
gəldilər. Minlərlə gənc yapon
xaricə göndərildi
ki, Qərb təhsili alsın, xüsusən də sosial, təbiət elmləri üzrə.
Alman üslubu əsasında ordu, Britaniya üslubu qaydasında isə hərbi-dəniz qüvvələri yaradıldı.
Yaponlar Birləşmiş Ştatların
sənaye və maliyyə metodlarını
təkrarlayıb, onları
özlərində modern kommersiya
və sənaye sisteminə çevirdilər.
Yüksək mərkəzləşmiş inzibatçılıq sistemi
fransızlardan götürülməklə,
köhnə sistemi əvəz etdi. İlk dəfə olaraq sosial və qanun qarşısında bərabərlik prinsiplərini
qəbul etdilər.
Lakin
1890-cı ildən onlar
formaca demokratik, təcrübədə isə
avtokratik olan bir siyasi sistem
yaratdılar.
Qərbi təqlid etməklə Yaponiya həmçinin güclü hərbi dövlətə çevrildi. Universal hərbi mükəlləfiyyət
1872-ci ildən tətbiq
edildi və sülh dövrü üçün müasir
ordu 240 min nəfərdən
ibarət oldu. Yaponlar Qərb imperial modelinə acgözlüklə yiyələnirdilər.
Onlar
1894-1895-ci illərdə Çini
məğlub edib, bir sıra Çin
ərazilərini anneksiya
etdilər və Çində öz təsir zonasını qurdular. Bundan sonra onlar
1905-ci ildə rusları
məğlub etdilər,
Koreyanı sərt hökmranlıqları altında
müstəmləkəyə çevirdilər. Yaponlar sübut
etdilər ki, Asiya dövləti də “ağ adamın” imperiyalar oyununu oynaya bilər və Asiya və Afrikanın
digər regionlarındakı
xalqlara inandırıcı
nümunə göstərdilər.
Britaniya hökuməti Hindistanda nəzarətə XIX əsrin
ortalarında yiyələnmişdi. 1858-ci ildəki əsas qiyamı darmadağın etdikdən sonra Britaniya artıq Hindistanı birbaşa idarə edirdi. Parlamentin nəzarəti altında Britaniyanın mülki xidmətçilər qrupu,
demək olar ki, 300 milyonluq əhalisi olan bir ölkənin işlərini istiqamətləndirirdi.
Britaniya vətəndaş müharibələri
vasitəsilə bir sıra hallarda bölünən bir cəmiyyətə qayda gətirmişdi və nisbətən vicdanlı və səmərəli hökumət yaratmışdı. Onlar həmçinin
Qərb texnologiyalarını
- dəmir yolları, bankları, mədənləri,
sənayeni, tibbi bilikləri və xəstəxanaları gətirmişdilər.
Britaniya həmçinin Qərb üslublu orta məktəbləri və
kollecləri tətbiq
etmişdi, onlarda hindlilərin yuxarı və orta siniflərinin
övladları təhsil
alırdılar. Beləliklə, onlar hökumətdə və orduda tabelikdə çalışanlar
kimi xidmət edə bilərdilər.
Britaniya qanunvericiliyi həmçinin hind qadınlarının leqal statusuna da təsir göstərdi. 1829-cu ildə Britaniya Sati praktikasını qadağan etdi, bu qaydaya görə dul qadın ərinin matəm mərasimində özünü qurban verməli idi. Satinin qadağan edilməsi Britaniya imicinin özlüyündə mədəni üstünlüyü kimi, bir mərkəzi hadisəyə çevrildi. Demək olar ki, əhalinin 2/3-ü 1901-ci ildə pis qidalanırdı, az qala aclıqla üzləşirdi. Britaniya sənayeləşməsi kütlənin həyatını olduqca az qaydada yaxşılaşdırmışdı. Hindistanın var-dövləti Britaniya qulluqçularına və iri ordusuna maaş vermək üçün istifadə olunurdu. Yaxşı işlər və yaxşı evlər britaniyalılara çatırdı. İrqçi münasibət Britaniya idarəçiliyi üçün çətinliklər törədirdi və hind millətçi hərəkatının meydana gəlməsinə səbəb olurdu. Hindistan Milli Konqresinin yarandığı 1883-cü ildən mülayim, təhsil görmüş hindlilər öz idarəçiliklərini axtarmağa başladılar. Britaniya zorakılığına və laqeydliyinə cavab olaraq 1919-cu ildə hindlilər tam müstəqillik tələb etməyə başladılar.
17. “Yeni imperializm”in
nəticələri və yeni böhranlar
1900-cü ildən, demək
olar ki, Afrikanın və Asiyanın bütün cəmiyyətləri - tam müstəmləkə
ağalığı altında
olanlar və ya Çin və
Osmanlı imperiyası
vəziyyətində olanlar,
faktiki süqut nöqtəsində idilər. Yalnız Şərqi
Asiyada Yaponiya, Cənubi-şərqi Asiyada
Tailand, Orta Şərqdə Əfqanıstan
və Persiya, Şərqi Afrikadakı dağlıq Efiopiya daxili parçalanmadan və ya müstəmləkə
ağalığına tabe
olmaqdan qaça bilmişdilər. Efiopiya və
Əfqanıstanın salamat
qalması onların uzaq yerdə və dağlıq ərazilərdə yerləşmələrinə
borclu idi. Yalnız Yaponiya ümumi taledən, siyasi və iqtisadi islahatlar strategiyasını
seçmək hesabına
qaça bilmişdi.
İmperializm epoxasının gəlməsi
ilə, nəhayət,
qlobal iqtisadiyyat quruldu, Afrika və Asiya ölkələrində
Qərb sivilizasiyası
bütünlüklə ağalıq
etməyə başladı.
Eyni vaxtda xaricdəki torpaqlar üstündə meydana gələn rəqabət həmçinin
Avropa dövlətləri
arasındakı mövcud
olan rəqabətləri
daha da artırdı.
Almaniya imperatoru II Vilhelm Almaniyanın ədalətli qaydada “Cünəş altındakı yeri” barədəki alman dövlətinin yüksəlməsinə həsr etdiyi fəal bir xarici siyasət aparırdı. Onun Bismark xarici siyasətinə etdiyi dəyişikliklərdən biri Rusiya ilə əvvəlki “Daha da sığortalamaq Müqaviləsindən” uzaqlaşması idi. Onun nəzərində Almaniyanın Avstriya ilə ittifaqına görə bu, qəribə bir hal idi. Bismarkın qorxduğu hadisə baş verdi, Rusiya ilə müttəfiqliyə son qoyuldu. Bu, Fransa ilə Rusiyanı bir araya gətirəcəkdi. Bismark siyasəti tərəfindən uzun müddət izolyasiya edilən respublika Fransası çar Rusiyası ilə yaxınlaşmaq şansına malik oldu və 1894-cü ildə iki dövlət hərbi ittifaq yaratdı.
Sonrakı on il ərzində alman siyasəti Britaniyanı Fransaya yaxınlaşdırdı. 1907-ci ildən Böyük Britaniyanın, Fransa və Rusiyanın sərbəst konfederasiyası, o, həm də Üçlük Antantası və ya Müttəfiqlər kimi tanınırdı, Almaniyanın, Avstriya-Macarıstanın və İtaliyanın Üçlü İttifaqına qarşı dayanmışdı. Avropa iki əks cəbhəyə bölünmüşdü və getdikcə kompromissdən daha çox uzaqlaşırdı. İki ittifaqın üzvləri 1908-ci illə 1913-cü il arasında Osmanlı imperiyasının Balkanlardakı qalıqları üzərində nəzarəti əldə etməyə görə yeni böhranlar seriyasına cəlb olundular. Bu səhnə isə I Dünya müharibəsinə aparırdı. Osmanlı imperiyası hələ tam məhv olmamışdan onun bəzi qalıqları artıq münaqişə mənbəyinə çevrilmişdi. Ona görə də bir daha aydın olur ki, imperiyanın təkcə yaranması deyil, məhv olması da böyük bəlalar gətirməmiş qalmır.
1908-1909-cu illərdəki Bosniya böhranı hadisələr zənciri əmələ gətirdi, bunlar nəzarətdən kənar qaydada əmələ gəlirdi. 1878-ci ildən Bosniya və Hersoqovina Avstriyanın protektoratı altında idi, lakin 1908-ci ildə Avstriya slavyan dilində danışan bu iki ərazini anneksiya etmək üçün ciddi təsirə malik olan bir addım atdı. Serbiya bu hərəkətdən qəzəbləndi, çünki serblərin iri Serbiya krallığını yaratmaq ümidini bu addım amansızlıqla dağıdırdı. Bu krallıq isə özünə cənubi slavyanların əksəriyyətini daxil edəcəkdi. Məhz elə buna görə də avstriyalılar Bosniya və Hersoqovinanı anneksiya etmişdilər. Özünün iri slavyan əhalisi ilə böyük Serbiya, heç şübhəsiz, Avstriya-Macarıstan imperiyasının birliyinə təhlükə olacaqdı. Ruslar öz sirdaşları olan slavyanların himayəçiləri kimi və Balkanlarda öz hakimiyyətlərini böyütmək arzusu ilə serbləri dəstəklədilər və Avstriyanın hərəkətinə qarşı çıxdılar. Rusiyaya arxalanaraq serblər Avstriya əleyhinə müharibəyə hazırlaşdılar. Bu nöqteyi-nəzərdən II Vilhelm müdaxilə edib, ruslardan tələb etdi ki, Avstriyanın Bosniya və Hersoqovinanı anneksiya etməsini qəbul etsinlər və ya müharibədə Almaniya ilə üz-üzə gələcəklər. Rus-yapon müharibəsində zəifləmiş Rusiya geri çəkildi, lakin alçaldılmaqla yanaşı, qisas almağa and içdi.
Avropalıların diqqəti 1912-ci ildə Serbiya, Bolqarıstan, Çernoqoriya və Yunanıstan Balkan liqası təşkil edəndə və Birinci Balkan müharibəsində osmanlıları məğlub edəndə, Balkanlara tərəf döndü. Qalib müttəfiqlər işğal edilmiş Osmanlı əyalətləri Makedoniya və Albaniyanı hansısa bir qaydada bölməyə qadir olanda, 1913-cü ildə İkinci Balkan müharibəsi partlayışı baş verdi. Yunanıstan, Serbiya, Rumıniya və Osmanlı imperiyası Bolqarıstana hücum edib onu məğlub etdi. Nəticədə Bolqarıstan Makedoniyanın yalnız kiçik hissəsinə sahib oldu və əksər qalan hissə Serbiya və Yunanıstan arasında bölündü. Yenə də Serbiyanın canlanmaq arzusu icra edilməmiş qalırdı. İki Balkan müharibəsi ölkələrin sakinlərini hiddətlənmiş şəkildə qoydu və böyük dövlətlər arasında daha çox gərginlik yaratdı.
Serbiyanın əsas ambitsiyalarından biri Albaniya ərazisini ələ keçirmək idi ki, Adriatik dənizində ona liman versin. İki Balkan müharibəsinin sonunda Avstriyanın düzəltdiyi London konfransında avstriyalılar müstəqil Albaniyanı yaratmaqla Serbiyanın arzularını puç etdilər. Avstriyanın müttəfiqi kimi almanlar bu hərəkəti dəstəklədilər. Bu qarışıqlıqda Serbiya millətçiləri avstriyalıları artan qaydada monastr kimi qələmə verirdilər, çünki onlar serblərin böyük millətə çevrilməsinə imkan vermirdilər. Serbiyanın əsas dəstək verəni olan Rusiya da regiondakı hadisələrin belə dönüşü ilə kədərlənmişdi. Rusiya liderləri arasında belə bir hiss daha da böyümüşdü ki, əgər Balkanlarda yenidən Avstriya və Almaniya ilə ziddiyyət baş versə, onlar geri çəkilə bilməzlər.
Avstriya-Macarıstan özünün digər bir məqsədinə nail olmuşdu, lakin hələ də Serbiyanın onların imperiyasına ölümcül təhlükə olduğuna inandıqlarından, onu darmadağın etməli idi. Bu vaxt Fransa və Rusiya hökumətləri öz ittifaqlarını təzələdilər və növbəti böhran baş verdiyi vaxt geri durmayacaqları barədə bir-birinə söz verdilər. Britaniya da Fransaya yaxınlaşırdı. 1914-cü ilin başlanğıcından iki silahlı cəbhənin biri digərinə şübhə ilə baxırdı. Amerika da Avropanı müşahidə edirdi: “Bütöv Almaniya elektrikləşmişdi. Hər kəsin əsəbləri gərgindir. Bir qığılcım qalxsa, hər şeyi məhv edəcəkdir. Fransadakı alman səfiri həmin vaxt qeyd etmişdi ki, “Sülh bədbəxt təsadüfün mərhəmətində qalır”. Avropalılar “proqress erasının” şərəfsiz və qanlı sonluğuna yaxınlaşırdılar.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2016.- 4 iyun.- S.20.