Eynəli bəy Sultanovun “Hekayələr”i
təqdim edildi
İyunun
2-də Azərbaycan Milli
Elmlər Akademiyasının
Naxçıvan Bölməsində
Eynəli bəy Sultanov: “Hekayələr” kitabının təqdimat
mərasimi keçirilib.
Təqdimat mərasimini AMEA Naxçıvan
Bölməsinin sədri,
akademik İsmayıl Hacıyev açaraq Eynəli bəy Sultanovun “Hekayələr” kitabının hazırlanması
sahəsində görülən
işlər və qarşıda duran vəzifələrdən danışaraq
qeyd edib ki, bölmənin elmi işçisi Elxan Məmmədovun topladığı
hekayələrin nəşr
olunduğu bu kitab olduqca gərgin
və məhsuldar fəaliyyət sayəsində
ərsəyə gəlib.
Qeyd olunub ki, Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi Sədrinin
“Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi
haqqında” 2016-cı il
15 fevral tarixli Sərəncamı görkəmli
mütəfəkkirin həyat
və fəaliyyətinin
yenidən tədqiq olunması ilə yanaşı, həm də ədəbiyyatımızın,
mədəniyyətimizin, ümumilikdə,
ictimai fikir tariximizin öyrənilməsinə
xidmət edən mühüm dövlət sənədidir. Bu Sərəncamdan
irəli gələn tədbirlər
planının bir parçası kimi bu tədbirin əhəmiyyəti böyükdür.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Əbülfəz
Quliyev “Eynəli bəy Sultanovun ədəbi-bədii irsinin
öyrənilməsi və
nəşri məsələləri”
mövzusunda məruzə
ilə çıxış
edib.
Bundan başqa tədbirdə
AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun şöbə
müdiri, filologiya elmləri doktoru Fərman Xəlilov, bölmənin böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl, institutun böyük elmi işçisi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, dosent Ələkbər Qasımov
çıxış edib.
Bildirilib ki, kitabda 33 hekayə toplanıb. Akademik İsa
Həbibbəylinin məsləhətçisi
və ön söz müəllifi olduğu kitab 288 səhifədir. 500 tirajla “Elm və təhsil” nəşriyyatında
çap edilib.
Kitabda “Naxırçı qızı
Gözəl”, “Bülbül”,
“Cənub gecələri”,
“Qurd balası”, “Çalma”, “Təzə pir” kimi hekayələr
öz ibrətamizliyi ilə diqqəti cəlb edir.
Sonda kitabdakı əsərləri
toplayan və tərtib edib nəşrə hazırlayan,
AMEA Naxçıvan Bölməsinin
Folklorşünaslıq şöbəsinin
elmi işçisi Elxan Məmmədov çıxış edərək
ilk növbədə Eynəli
bəy Sultanov irsinin hərtərəfli
öyrənilməsinə yol
açan müvafiq dövlət sərəncamının
əhəmiyyətini vurğulamış
və təqdimetmə
mərasimində çıxış
edənlərə və
iştirakçılara öz
minnətdarlığını bildirib.
Nərgiz İSMAYILOVA
525-ci qəzet.- 2016.- 4 iyun.- S.17