Üç nəslin kitabları Türkiyədə
Bu ilin may ayında Ankarada Azərbaycan ədəbiyyatının üç
nəslinə mənsub
olan yazıçılarımızın
bir neçə kitabı nəşr edilib.
AYB Mətbuat xidmətinin bu barədə yaydığı məlumatda
bildirilir ki, Xalq yazıçısı
Anarın 650 səhifəlik
“Yaşamaq haqqı” kitabı İLESAM (Türkiyə
Elm və Ədəbi
Əsər Sahibləri
Birliyi) başqanı Mehmet Nuri Parmaksızın
təşəbbüsüylə “Tulpars” nəşriyyatı
tərəfindən çap
olunub. Kitabı Türkiyədə yaşayan Güney azərbaycanlı Məhəmməd
Riza Qoçi tərcümə edib.
Bu kitab Anarın
Bakıda rus dilində çıxan
“LİK (Literatura, İskusstvo,
Kultura”) Azerbaydjana” üçcildliyinə daxildir.
Hazırda Azərbaycan dilində
ilk nəşri hazırlanır.
M.N.Parmaksızın təşəbbüsüylə “Tulpars” nəşriyyatı
gənc yazıçı
Pərvinin “Sevdim səni” adlı esselər kitabını da nəşr edib. Kitaba gənc müəllifin
vaxtilə “525-ci qəzet”də
silsilə şəklində
dərc edilən “Yüz sevgi şeiri” başlıqlı
esseləri daxildir.
M.R.Qoçi tərəfindən çevrilmiş kitab Anarın “Şeir və nəsrlə yazılmış sevgi dastanı” önsözüylə
açılır.
Pərvinin “Anar dünyası” adlı daha bir kitabı Avrasiya Yazarlar Birliyi Başqanı Yakup Ömeroğlunun təşəbbüsüylə “Bengü” nəşriyyatı tərəfindən Aysun Demirez Günerin tərcüməsində çap edilib.
Bu münasibətlə Anar, daha öncə “Bengü”
nəşriyyatında (Eldar Avşin Altaylı və Seyfəddin
Altaylının tərcüməsində) “Bir
daha gəlməyəcək” adlı iri şeir kitabı
buraxılmış Rəşad Məcid və Pərvin
Türkiyəyə dəvət alıb və qardaş
ölkədə səfərdə olublar.
Mayın 22-dən etibarən Kırşehirdə Beynəlxalq Kitab Yarmarkasında iştirak
edən Azərbaycan yazıçıları oxucularla
görüşlər keçirib, çox sayda
kitablarını imzalayıblar. Daha sonra görüşlər Ankarada
Avrasiya Yazarlar Birliyində
və İLESAM-ın təşkilatçılığıyla
Türk Tarix Qurumunda keçirilib. Bu
görüşlərdə Türkiyənin elm,
ədəbiyyat, mətbuat nümayəndələriylə bərabər
çuvaş və xakas
yazıçıları da azərbaycanlı
həmkarlarının kitabları haqqında dəyərli
fikirlər söyləyərək, xalqlarımızın daha da
yaxınlaşması, bir-birini daha yaxşı tanıması, türk dünyasının mənəvi
bütünləşməsi baxımından
qarşılıqlı ədəbi əlaqələrin və
belə tədbirlərin əhəmiyyətindən söz açıblar. Hər iki
görüşdə, habelə litseydə tələbələrlə
keçirilən tədbirdə müəlliflər
kitablarını imzalayıblar. Yazıçılarımızın
keçirdikləri görüşlər, müsahibələr
Türkiyə mətbuatında və TV kanallarında
işıqlandırılıb.
525-ci qəzet.- 2016.- 4 iyun.- S.13.