Kamal Abdulla ilə Umberto Eko arasında "birinci sonuncu görüş..."

 

"İnsanlar vaxtsa yazını icad etdilər. Hesab etmək olar ki, yazı bizim əlimizin davamıdır, bu mənada demək olar ki, o fiziolojidir.

Yazı-kommunikasiyanın texnologiyasıdır bilavasitə bizim bədənimizlə bağlıdır. Bu kəşf olunubsa, ondan imtina qeyri-mümkündür. Təkrar edirəm: bu çarxın kəşfinə bənzəyir. Bizim indi istifadə etdiyimiz çarx qədim çarxdan heç nəyi ilə fərqlənmir. Onda bizim müasir kəşflərimizdən- radio, kino, internet əsla fizioloji deyil".

Bu fikirlər əsrimizin nəhəng intellektualı, yazıçı, filosof Umberto Ekonun fransız filosofu Jan-Klod Karerlə 2009-cu ildə baş tutmuş dialoqundandır. Böyük Azərbaycan yazıçısı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı 2004-cü ildə işıq üzü görüb.

Kamal Abdullanın Umberto Eko ilə son dərəcə maraqlı görüşü heç vaxt aktuallığını itirməyəcək. Görüş haqqında yazıçımızın "Umberto Eko ilə birinci sonuncu görüşüm" məqaləsi nüfuzlu "Literaturnaya qazeta"nın 1-7 iyun tarixli sayında dərc olunub.

İki intellektualın görüşünü yazıçının "Yarımçıq əlyazma " əsərinin italiyan naşiri Sandro Teti təşkil edib. Kitaba Ekonun dostu professor Kardini ön söz yazıb. Kamal Abdulla ilə Umberto Ekonun görüşündə körpü rolunu "Yarımçıq əlyazma" əsəri oynayıb. Böyük mütəfəkkir əsəri oxuduqdan sonra müəllifə göndərdiyi məktubunda təşəkkürünü bildirib onu Milana dəvət edib. möhtəşəm görüş baş tutub. Ekonun əlyazmanı "fizioloji adlandırması" fikri "Yarımçıq əlyazma" haqqında Viskonsin-Medison Universitetinin "Müqayisəli ədəbiyyatşünaslıq" kafedrasının rəhbəri Maks Statkiyeviçin məqaləsində təsdiqini tapır: "Yarımçıq əlyazmalar"ı yenidən epik bütövlüyə tamlığa yuvarlanmaqdan qorumaq üçün güclü şərhçiyə-bədii qüvvəyə ehtiyac var. “Epik qəhrəmanların" yenidən həyata qayıtması, sevməsi, nifrət etməsi, sədaqətli olması, fitnə-fəsad törətməsi, ağlayıb-gülə bilməsi üçün" onları düşdükləri "dondurulmuş statik" vəziyyətdən yalnız belə bir qüvvə xilas edə bilər. Kamal Abdulla onların canlı ( ölümlü) təbiətini göstərməklə (qəhrəmanların kvazilahi təbiətinə qarşı çıxmaqla) "əyanları onların oğullarını, xanları xan oğullarını" miflərin epik dünyasından romanın "zamansız" dünyasına keçirir. Keçmiş öz "mütləqliyini" itirir, lakin öz müasirliyini əldə edir. "Qədim oğuz cəmiyyəti öz real, mənəvi kontekstində görsənməyə başlayır".

 

Böyük şəxsiyyətlərin görüşləri intellektual mühit üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bu aspektdən baxanda Kamal Abdulla ilə Umberto Ekonun görüşü tarixi hadisədir. Səmimi görüşdə Eko kitabxanasından Coysun əsərlərindən birini Kamal müəllimə uzadaraq deyib:

 

- Bu, Coysdur. O, Sizdən mürəkkəb yazır.

 

Romanda mürəkkəblik fenomeni dünyanın tanınmış yazıçılarını Nobel mükafatına qədər gətirib çıxarıb. Mürəkkəb əsərlər xətti təfəkkürə malik olan oxucu üçün əlçatmazdır. Tomas Mannın "Doktor Faustus", Herman Hessenin "Muncuq oyunu" başqa əsərləri misal göstərmək olar. Ancaq adını çəkdiyim əsərlərdən mürəkkəb olanı Ekonun "Fuko rəqqası"dır. Ancaq bu əsər Nobel ödülü qazana bilmədi. Əslində Ekonun Kamal Abdulla haqqında bu ifadəsi onu istedadlı yazıçı kimi tanımasına işarədir.

 

Professor Eko əsərlərinin birində kitab haqqında yazır: "Cəhd edib yarım saat hansısa romanı kompüterin ekranından oxuyun. Gözləriniz iki tenis şarına çevrilər. Kompüter elektrikdən asılıdır: ondan vanna otağında, yaxud divanda böyrü üstə uzanıb istifadə etmək olmaz. Kitab daha çevik alətdir". Yazıçının yazıçıya hədiyyəsi ola bilər?

 

Eko üzünü Kamal Abdullaya tutub deyir:

 

- Sizə kiçik bir hədiyyə etmək istəyirəm.

 

"O, tavana dirənmiş kitabxanasına səssiz qaldırıcı mexanizmlə qalxıb, oradan bir kitab endirir".

 

- Bu rus dilində axırıncı nəşrdir: "İllüziyalar tarixi, Yer kürəsi ölkələrin əfsanəvi yerləri" adlanır. Eko kitabı balaca stolun üstünə qoyub, titul vərəqində nəsə yazıb, mənə verdi. Sandro çiynimin üzərindən boylanaraq onun yazdığını tələsik oxuyub, tərcümə etdi: Kamal Abdullaya - ən ülvi dostluq duyğuları ilə... Umberto Eko".

 

 Zaman faktoru yazıçılar üçün əhəmiyyətlidir. Kamal Abdulla böyük mütəfəkkirlə görüşünün 10-15 dəqiqə olacağı barədə düşünürmüş. Lakin onların görüşü 1 saat 30 dəqiqə çəkib.

 

Ekonun rus dilində yeni çapdan çıxmış "Ədəbiyyat haqqında" əsərində kitab kitabxana haqqında fikirləri geniş yer alıb: "Rable Servantesin kitabxanasında saxlanılan kitabların adlarını sadalaya bilərik. Ona görə ki, bu kitabxanalar tamamlanmış kitabxanalardır. Ancaq biz böyük Borxesin kitabxanasından heç bir sərlövhənin adını çəkə bilmərik, ona görə ki, onun kitablarının sayı sonsuzdur. Buna görə onların məzmunundan çox, kitabxananın quruluşu daha maraqlıdır".

 

Kamal müəllimlə Ekonun fotosundan görünür ki, italyan mütəfəkkirinin kitabları da sonsuzdur. Kamal Abdulla onun kitablarının məzmunu ilə tanışdır. Ancaq bu yazısı ilə o, həm kitabxananın quruluşunu canlandıra bilib...

 

Kamal Abdullanın yazısının dərc olunduğu "Literaturnaya qazeta"nın bir nömrəsinin 4 səhifəsi erməni yazarlarının məqalə şeirlərinə verilib. Biz mütləq belə qəzetlərdə dərc olunmalıyıq. Yazıçımızın bir məqaləsinin intellektual yükü bütün erməni yazarlarının keçmiş haqqında vay-şivənini darmadağın edir.

 

Etibar ƏLİYEV

525-ci qəzet.- 2016.- 7 iyun.- S.7.