Multikulturalizm ili və informasiya yüksəklikləri
Məlum aprel hadisələri informasiya mübarizəsi məsələsini yenidən
aktuallaşdırdı. Bir qədər
obrazlı desək, informasiya yüksəkliklərini
ələ keçirmək
üçün ciddi
işlər görməyimizin
vacibliyi üzə çıxdı.
İndi ötən əsrin
88-90-cı illəri deyil
ki, biz informasiya müharibəsində geri
qalaq. Yəqin çoxlarının yaxşı
yadındadır ki, ötən əsrin
90-cı illərində, Azərbaycan
demək olar ki, tamamilə informasiya blokadasına alınmışdı və
az qala bütün
dünya cəfakeş ermənilərin
hüquqlarından, azərbaycanlıların
ermənilərə etdiyi
zülmlərdən danışırdı.
Bizim haqq səsimizi isə eşidən yox idi.
O vaxt bunun ciddi səbəbləri var idi.
Məlumdur ki, ermənilər ozamankı
Mərkəzi Komitədə,
Nazirlər Sovetində,
xəbər agentliklərində
və digər qurumlarda yüksək səviyyədə təmsil
olunurdu. Digər tərəfdən Sovet
məkanının dünyaya
yeganə informasiya çıxış yolu Moskva idi. Yəni
informasiya ancaq Moskva vasitəsilə dünyaya ötürülürdü,
Moskva isə "bizim göz yaşlarımıza
inanmırdı".
Bütün bunların üzərinə dünyadakı güclü erməni lobbisini gəldikdə Azərbaycanın
o zamankı vəziyyətinin
nə dərəcədə dözülməz
olduğunu təsəvvür
etmək çox ağırdır. Biz hələ dünya güclərinin maraqlarını
demirik.
O dövrdən 25 ildən artıq vaxt keçib. Bu müddət ərzində bizim
müxtəlif ölkələrdə
diasporumuz formalaşıb,
səfirliklərimiz fəaliyyət
göstərir, Rusiyanın
özündə kifayət
qədər
tanınmış biznesmenlərimiz var və ən əsası Moskva artıq dünyaya yeganə informasiya çıxış
qapısı deyil...
Bəs onda nə etməliyik? Niyə
ermənilərin saxta
məlumatlarını ən
tezi 2-3 gün sonra təkzib etmək məcburiyyətində
qalırıq? Bu suallar
ətrafında ciddi düşünməyin zamanıdır...
Söhbət informasiya müharibəsindən düşmüşkən,
məsələ
təkcə problemin texniki tərəfindən - xəbərlərin
operativliyindən, canlı reportajlardan, məlumatların verilməsində
gecikmədən, qarşı
tərəfin informasiya
mənbəyi olaraq etibarsızlığına nail olmaqdan getmir. Söhbət daha ciddi mətləbdən,
informasiya müharibəsində
- ideoloji-siyasi pozisiyanın düzgün
seçilməsindən gedir.
Məlumdur ki, ermənilər on illərdir apardıqları
informasiya savaşında
Dağlıq Qarabağ
məsələsini dünyaya etnik-dini-milli konflikt, özlərini isə dini-etnik əzabkeş kimi kimi təqdim etməyə çalışıb və
bu istiqamətdə dünyanı az qala inandıra biliblər. Guya biz azərbaycanlılarla ermənilərin
birgə yaşaması
mümkünsüzdür.
Yəni etnik-dini məsələ ermənilər üçün
uzun illər ideoloji-siyasi silah olub.
Çox
təəssüf ki, bizim bəzi yazarlar, sosial şəbəkə istifadəçiləri
də bilməyərəkdən tez-tez erməni toruna düşür və istənilən məsələdə
etnik tərəfi qabartmağa çalışır.
Məsələn, son vaxtlar sosial şəbəkədə və ölkə mətbuatında “Eurovision” Mahnı Yarışında Camalanın qələbəsinə olan münasibət ciddi suallar doğurur. Daha dəqiq desək, Camalanın anasının Qarabağ ermənisi olması bizim bəzi qələm əhlinin qəzəbinə səbəb olub. Yəni müzakirələrdə Camalanın ETNİK mənsubiyyəti xüsusi olaraq qabardılır. Axı, Camalanın anasının erməni olmasından önəmli məsələ, onun oxuduqlarıdır. Camala deportasiyaya məruz qalmış xalqların problemini dünyaya mahnı vasitəsilə çatdırır. Axı, 100 minlərlə azərbaycanlı da Ermənsitandan deportasiya olunub və s...
Bəs belə olan halda niyə bizim bəzi yazarlar erməni toruna düşərək etnik mənsubiyyəti bu qədər qabardır?
Axı, Azərbaycan cəmiyyətinin tarixən tolerant olmasını, müxtəlif millət və din mənsublarının bu ərazidə sülh şəraitində yaşamasını hətta əcnəbi araşdırmaçılar da qeyd edir. Bəs nə baş verir ki, bizim cəmiyyətin müəyyən hissəsi, hətta ziyalılarımız etnik mənsubiyyətə bu qədər önəm verir?
Ümumiyyətlə, tarixi təcrübə göstərir ki, uzun müddət qarşıdurma vəziyyətində olan tərəflərdən biri o birinin xislətinə, metodlarına, "sılah"ına yiyələnir. Buna görə də biz özümüz də bilmədən tədricən özümüzü ermənilərə oxşatmaq, onların "sılah"ından istifadə etmək istəyirik. Ancaq unutmaq lazım deyil ki, hamı eyni "silah"dan eyni səviyyədə, eyni bacarıqla istifadə edə bilməz. Birincisi və ən əsası ona görə ki, bu "silah" erməni xarakteri və xisləti üzərində qurulub. İkincisi, erməni tərəfi bu "silah"dan yüz ildən artıqdır istifadə edir və bu "silah"ın bütün sirlərinə yiyələnib.
Belə olan təqdirdə biz ermənilərin öz "silah"ı ilə onlara necə qalib gələ bilərik? Ona görə də gec də olsa, biz ermənilərin və dünyanın qarşısına "erməni silahı" ilə yox, öz silahımızla çıxmalı, enerjimizi və pulumuzu "erməniləri ifşa etməyə" deyil, daha çox özümüzü Böyük Dünyaya bir sivil, mədəni millət kimi təqdim etməyə yönəltməliyik. Daha dəqiq desək, müasir dünyanın başa düşdüyü dildə danışmağı bacarmalıyıq...bizim yeganə xilas yolumuz budur...
Yeri gəlmişkən, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə əbəs yerə etnik millətçiliyi deyil, məhz azərbaycançılıq ideyasını önə çəkmədi. Bu, sivil dünyaya və uzaq gələcəyə yönəlmiş çox ciddi mesaj idi.
Mərhum prezident dünyaya anlatmağa çalışırdı ki, bizim digər millətlərlə, eləcə də ermənilərlə birgə yaşamaq problemimiz yoxdur, yəni Qarabağ problemi dini-milli-ETNİK konflikt deyil, ermənilərin birbaşa ərazi-torpaq iddasıdır. Bununla da Heydər Əliyev hələ uzun illər davam edəcək Azərbaycan- Ermənistan informasiya savaşının fəlsəfəsini ortaya qoydu, tutacağımız pozisiyanı dəqiq müəyyən elədi. Savaşda pozisiyanın düzgün seçilməsi isə çox önəmlidir.
Bu uzaqgörən bir siyasət idi. Bu gün onun nəticəsi özünü tədricən göstərir.
Digər tərəfdən artıq dünyada etnik-dini məsələlərdən ideoloji-siyasi silah kimi istifadə etməyin imkanları xeyli tükənib, bu reallıqdır.
Buna sübut kimi dördgünlük aprel müharibəsində bir çox Avropa ölkələrinin ən azı neytral qalması bir daha onu göstərdi ki, problemlərin etnik müstəvidə həlli imkanları daralır. Erməniləri panikaya salan səbəblərdən biri də budur. Artıq ermənilərin ideoloji-siyasi silahı effekt vermir.
Bütün bunları nəzərə alan Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili" elan edərək dünyaya göstərdi ki, biz dini-irqi-etnik fərqindən asılı olmayaraq hər millətlə birgə yaşaya bilərik və yaşayırıq. Ancaq 1991-ci ildə ilk dəfə əlinə müstəqillik fürsəti düşən Ermənistan demək olar ki, bütün xalqları deportasiya edərək monoetnik dövlətə çevrildi.
Bütün bunların nəticəsi olaraq bizim ziyalılar, düşüncə adamları erməni toruna düşməməli və dünyaya sübut etməliyik ki, biz öz maraqlarımızı dünya maraqları ilə uzlaşdırmağı və dünya ilə birgə yaşamağı bacaran millətik. Müasir dünyanın yaşam fəlsəfəsi budur.
Kamran MƏHƏRRƏMLİ
NUH.az-ın baş redaktoru
525-ci qəzet.-
2016.- 7 iyun.- S.4.