Elmin gələcəyinə təkan,
fasiləsiz təhsilə davam
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin magistratura və doktoranturada təhsil alan gənclərə möhlət hüququnun verilməsi haqqındakı
"Hərbi xidmət
və hərbi vəzifə haqqında"
Qanuna təklif etdiyi əlavə müharibə aparan dünya ölkələrinin
tarixində və ya gərgin münaqişəsi olan müasir dünya ölkələrində analoqu
olmayan mühüm
tarixi hadisədir. Çünki müharibə problemi
olan dövlətlərdə
adətən hətta
yaşından asılı
olmayaraq çağırış,
səfərbərlik məsələlərinin
həll edilməsi diqqət mərkəzində
dayanır.
Azərbaycanda isə dövlət səviyyəsində gənclərin
böyük bir ordusuna möhlət hüququ verilməsi barədə qərar qəbul edilir. Bu, həqiqiətən böyük
əhəmiyyəti olan
mühüm tarixi hadisədir.
Bu, ilk növbədə Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurla, bacarıqla rəhbərlik etdiyi dövlətin müdafiə
qüdrətinə möhkəm
inamının ifadəsidir. Bədnam
Ermənistanda isə hazırda qocaların və qadınların da, muzdlu xarici
vətəndaşların da
səfərbərliyə alınması
həmin ölkənin hərbi
vəziyyətinin və
mənəvi-psixoloji halının
nə qədər gərgin və aşağı səviyyədə
olduğunu göstərir.
Möhtərəm Prezidentimizin gənclərə
magistratura və doktorantura pillələrində
hərbi xidmətdən
möhlət hüququnun
verilməsinə dair atdığı qətiyyətli
və düşünülmüş
addım ilk növbədə
elmin və təhsilin inkişafına,
yeni vətənpərvər
elmi nəsillərin formalaşmasına göstərdiyi
böyük qayğının
növbəti parlaq ifadəsidir. Bu, həm
də öz növbəsində yaxın
gələcəkdə Azərbaycanda
magistratura və doktorantura təhsili almış, yüksək
intellektual keyfiyyətlərə,
geniş bilik və dünyagörüşə
malik professional ordunun da yaradılmasına imkan verəcəkdir.
Dövlət başçısı səviyyəsində
qəbul edilmiş qərar müasir gəncliyin, yüksək intellektual keyfiyyətlərə
malik olan gənc nəslin elmdə təhsilini və axtarışlarını
ardıcıl olaraq davam etdirməsinə
normal şərait yaradacaqdır. Bu ardıcıl
proses öz növbəsində Azərbaycan
elmində yeni bir dalğanın, böyük bir hərəkatın əsasına
çevriləcəkdir. Ölkəmizin
Prezidentinin elmin, elmi ziyalıların, yüksək ixtisaslı mütəxəssislərin yeni
Azərbaycanda müasir
cəmiyyət quruculuğu
proseslərində daha
yaxından iştirakına
dair çağırışlarını
yüksək səviyyədə,
həm də dərin vətənpərvərlik
düşüncəsi ilə
həyata keçirə
biləcək yeni nəsil formalaşacaqdır.
Göstərilən dövlət qayğısının
müqabilində ümumən
alimlərin, xüsusən
də gənc elmi nəslin müstəqil dövlətimiz,
ölkəmiz və xalqımız qarşısında
özünün vətəndaşlıq
borcunu yerinə yetirmək baxımından
məsuliyyəti və
inamı daha artıb möhkəmlənəcəkdir.
Magistratura və doktorantura
təhsili üzrə
hərbi möhlət
hüququnun təmin edilməsi ölkəmizdə
fasiləsiz təhsilin
də bütün mərhələlər əsasında
ardıcıl olaraq həyata keçirilməsinə meydan
açacaqdır. Fasiləsiz təhsilin,
yəni bağçadan
doktoranturaya qədər
ardıcıl şəkildə
təşkil olunan təhsilin təmin edilməsi isə ölkəmizin bütün
sahələr üzrə
hərtərəfli inkişafına
böyük təkan verəcəkdir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin gənclərə
hərbi möhlət
hüququ verməsi müstəqil dövlətimizin
bütün istiqamətlərdəki
inkişafına müsbət
təsir göstərəcəkdir.
Elm sahəsində gəncləşdirmə
kimi aktual problemin uğurlu həlli baxımından da hərbi möhlət
hüququ müstəsna
əhəmiyyətə malikdir.
Bununla doktoranturaya qəbul planları tam yerinə yetiriləcək, elmlər
doktorlarının orta
yaş həddi 40 yaşlarına enmək imkanı qazanacaqdır.
Elmdə və ali təhsildə
son illərdə problemə
çevrilmiş oğlanların
kəskin azalması məsələsi də ortadan qalxmış olacaqdır.
Onu da qeyd etmək
istəyirəm ki, ali məktəblərlə
yanaşı, Milli Elmlər Akademiyasının
da magistraturasında və doktoranturasında təhsil alan gənclər eyni səviyyədə hərbi
möhlət hüququndan
istifadə etmək imkanı qazanacaqlar. Bu, universitetlərə aid olduğu qədər Milli Elmlər Akademiyasına da bərabər səviyyədə
aiddir.
Bütün bunlar həm ölkəmizdə elmin inkişafına, yeni elmi məktəblərin formalaşmasına, alimlərin
cəmiyyət quruculuğunda
rolunun artırılmasına,
həm də hərtərəfli inkişaf
proseslərinə möhkəm
təminat verir.
Ölkəmiz üçün məsuliyyətli
bir dövrdə belə bir uzaqgörən, müdrik addım atmış, qətiyyətli
qərar qəbul etmiş Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə
elm və təhsil ictimaiyyətimiz adından
dərin minnətdarlığımı
bildirirəm.
Azərbaycan dövlətini və
xalqımızı böyük
bacarıqla daim irəli aparan
möhtərəm Prezidentimizə daha böyük uğurlar
arzulayıram.
İsa Həbibbəyli
525-ci qəzet.-
2016.- 7 iyun.- S.4.