Azərbaycan Səfəvişünaslığında Oqtay Əfəndiyev mərhələsi

 

 

(Əvvəli ötən sayımızda)

 

2005-ci ildə Oqtay Əfəndiyev "Venesiyalılar Şah I Təhmasibin sarayında" adlı daha bir kitab nəşr etdirib.

 

Bu kitabda XVI əsrdə Azərbaycanda olmuş italyan səyyahları M.Membrenin V.Alessandrinin vətənimizlə bağlı olan məlumatları araşdırıcıların, oxucuların nəzərinə çatdırılır. O.Əfəndiyev AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən hazırlanaraq nəşr olunmuş 7 cildlik "Azərbaycan tarixi"nin Baş Redaksiya Şurasının üzvü, həmin nəşrin II cildinin Redaksiya Heyətinin üzvü, III cildinin isə məsul redaktorudur. O, 1993-cü 1995-ci illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən nəşr olunmuş "Azərbaycan tarixi" (qədim zamanlardan XX əsrin əvvəllərinə qədər)" adlı kollektiv əsərlərin başlıca müəlliflərindəndir.

 

O.Əfəndiyev Azərbaycan tarixinə dair xəritələrin tərtib olunması işinə xüsusi əhəmiyyət verirdi. O, 1987-ci ildə nəşr olunmuş "Azərbaycan tarixi coğrafiyası" adlı əsərin (rus dilində) əsas müəlliflərindən biridir. 1994-cü ildə "Azərbaycan Ensiklopediyası" nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycan tarixi xəritələri" adlı xəritələr toplusunda O.Əfəndiyevin tərtib etdiyi 3 xəritə vardır. O, yeni əsrin əvvəlində Azərbaycanın tarixi xəritələr toplusunun yenidən tərtib olunması çapa hazırlanması işində fəal iştirak etmişdir. 10 cildən ibarət olan "Azərbaycan Sovet Ensiklopediyası"nda (1976-1987-ci illərdə nəşr olunmuşdur) da O.Əfəndiyevin elmi fəaliyyətinin nəticələri aydın nəzərə çarpır. Bu ensiklopedik nəşrdə mövcud olan, Azərbaycanın XV-XVII yüzilliklər tarixi ilə bağlı məqalələrin əksəriyyətinin müəllifi məhz O.Əfəndiyevdir.

 

Təbiətcə təvazökar insan olan O.Əfəndiyev usanmadan bildirirdi ki, "Azərbaycanın Səfəvilər dövrü tarixinin bir çox problemlərinin daha dərindən araşdırılması zərurəti qalmaqdadır, aktualdır". Böyük alim elmdə inhisarçılıq hissindən çox uzaq idi. O.Əfəndiyevin qənaətinə görə, durğunluq elmi (xüsusilə tarix elmini) tənəzzülə aparan haldır, elmi dövriyyəyə daim yeni elmi əsərlər, ilkin qaynaqlar cəlb olunmalı, Azərbaycan tarixinin araşdırılmış məsələlərinə zaman-zaman yeni tədqiqat obyekti kimi yanaşılmalıdır. Alim belə hesab edirdi ki, yalnız bu halda Azərbaycanın obyektiv tarixi gerçəkliklərini anlamaq, anlatmaq tanıtmaq mümkündür. "Əgər dünyanın bizə hörmət etməsini istəyiriksə, hər şeydən əvvəl özümüzün öz məmləkətimizə öz millətimizə olan hörmətimizi həyatda hisslərimizlə, mənəviyyatımızla, qısası, bütün hərəkətimizlə sübut edək başa düşək ki, milli mənliyi olmayan millətlər başqa millətlərin ovudur". XX əsrin ulu türk öndərlərindən olmuş M.K.Atatürkün bu müddəaları XXI yüzilliyin əvvəllərində aktuallığını qorumaqdadır.

 

Öz millətinə dərin sevgisini həyatında öz hissləri, mənəviyyatı gərgin elmi fəaliyyəti ilə sübut etmiş, Azərbaycanın həqiqi müstəqilliyinə intellektual potensialı ilə xidmət etmiş ziyalılarımızdan biri O.Ə.Əfəndiyevdir. Bu məqamda M.K.Atatürkün 1921-ci ildə bəyan etdiyi mühüm bir müddəa yada düşür:

 

"Millətə əfəndilik etmək olmaz; xidmət etmək olar. Bu millətə xidmət edən, onun əfəndisi olur". Böyük elm xadimi Azərbaycan xalqını özəl, əzəmətli keçmişi ilə bağlamağa, tariximizin Səfəvi dövrünün böyük uğurlarını beynəlxalq elmi ictimaiyyətə tanıtmağa çalışmış, xalqın çağdaş problemləri ilə daim maraqlanmış O.Ə.Əfəndiyev millətin belə əfəndilərindən idi.

 

Daim elmi axtarışlarda olmuş O.Ə.Əfəndiyev fəaliyyəti Azərbaycan hüdudları ilə məhdudlaşmırdı. O, ölkəmizdə onun hüdudlarından çox uzaqlarda (ABŞ-da, İngiltərədə, Türkiyədə, keçmiş SSRİ-nin bir sıra respublikalarında) keçirilmiş elmi konqres, konfrans simpoziumlarda maraqlı, bənzərsiz məruzələrlə çıxış etmiş, Azərbaycanı Vətən tarix elmini ləyaqətlə təmsil etmişdir. O.Ə.Əfəndiyev yalnız tədqiqat işi ilə kifayətlənməmiş, Azərbaycan tarixinin tədrisi sahəsində fəallıq göstərmişdir. O, uzun müddət ərzində Azərbaycan Dövlət Universitetində, ölkənin digər ali məktəblərində yüksək səviyyəli ixtisas kursları aparmış, Azərbaycanın orta əsrlər tarixinə aid maraqlı, dərin məzmunlu mühazirələr oxumuşdur. O. Əfəndiyev dəfələrlə Azərbaycan Dövlət Universitetində Azərbaycan Pedaqoji Universitetində Dövlət İmtahan Komissiyasına rəhbərlik etmiş, diplom işlərinin müdafiəsində böyük alim olduğunu nümayiş etdirməklə yanaşı, həssas qayğıkeş, prinsipial insan olduğunu da göstərmişdir. Onun müxtəlif vaxtlarda Türkiyə Cümhuriyyəti universitetlərində Azərbaycan tarixi üzrə oxuduğu mühazirələr diqqət maraqla dinlənilmişdir. O.Əfəndiyevin elmi-pedaqoji fəaliyyətinin müəyyən qismi (keçən əsrin 90-cı illəri) Xəzər Universiteti ilə bağlı olmuşdur. Alim onlarla aspirantın dissertantın elmi rəhbəri olmuş, onların Azərbaycan tarix elminə uğurlu inteqrasiyasını təmin etmişdir.

 

O.Ə.Əfəndiyevin ilk aspirantı, tarix elmləri doktoru, professor, Azərbaycanın XV-XVI əsrlər tarixinin mahir araşdırıcısı, şair Şahin Fazil oğlu Fərzəlibəyli görkəmli səfəvişünasın elmi yaradıcılığını "Oqtay Əfəndinin əsərlərində" adlı bənzərsiz poeziya nümunəsi ilə bu cür ifadə etmişdir:

 

vaxt süqut edib Ağqoyunlular?

Səfəvi dövləti yaranıb haçan?

Görən neçə məşhur Ağqoyunlu var?

Qızılbaşdan olub neçə hökmran?

 

Dövlətdən dövlətə söz aparan kim?

Əmir Div Sultanın olub adı?

Durmuş xan kim idi, Tozqoparan kim?

Təhmasib gücünü harda sınadı?

 

Ağzıvar Sultanın ağzı yoxdumu?

Qudurmuş Sultanı nəydi qudurdan?

Öldürən çoxdumu, ölən çoxdumu?

Görən su ucuzdu, yoxsa qızıl qan?

Nəqbəçi təhər lağım atırdı?

Qoyub mancanağa atan daşı kim?

Şah Abbas üçün qızılbaş qırdı?

Təvaçı kim idi, qorçibaşı kim?

Neçin Lələ oldu Hüseyn bəy Lələ?

Məqamın bir başqa pilləsi yoxdu?

Harda öldürüldü Abdal bəy Dədə?

Neçin vuruşmağa gülləsi yoxdu?

Neçin ordubazar hərəmlə dolu?

Dürsədəf adında pəri kim idi?

Şahın nəyi idi Halvaçı oğlu?

Pərixan xanımın əri kim idi?

Rumlular kim idi, hayandaydı Rum?

Neçin türklər etdi Təbrizə hücum?

Bu qədər sualın cavabı məlum

Oqtay Əfəndinin əsərlərində.

yolla qazanır xalq istiqlalı?

Zəfər təntənəsi, cəng, qeylü-qalı,

Kiçik bir ölkənin böyük amalı

Oqtay Əfəndinin əsərlərində.

 

Cığatay yürüşü, tatar hərbi var,

Ləzgi çarpışması, avar hərbi var,

Şirvan əsgərinin zərbə zərbi var

Oqtay Əfəndinin əsərlərində.

Qönçə diləklərin çiçəklənməsi,

İsmayıl əzminin gerçəklənməsi,

Qızılbaş harayı, qızılbaş səsi

Oqtay Əfəndinin əsərlərində.

İmkansız fəryadı, imkanlı gücü,

İmkanlı qılıncı, qalxanlı gücü,

Səfəvi qüvvəsi, Osmanlı gücü

Oqtay Əfəndinin əsərlərində.

Tayfanın üçü var, beşi, onu var,

Neçə hücumların önü, sonu var,

Qızılbaş papağı, sufi donu var

Oqtay Əfəndinin əsərlərində.

Niyyətin, diləyin gerçəkləşməsi,

Sözü düz deməyin gerçəkləşməsi,

Neçə şah inamı, əfəndi sözü

Oqtay Əfəndinin əsərlərində.

 

Düşünürük ki, bu şeirin səkkizinci bəndinin üçüncü misrasının "Kiçilmiş ölkənin böyük amalı" şəklində təqdimatı tarixi gerçəklikləri daha doğru əks etdirərdi...

 

O.Ə.Əfəndiyevin gərgin, çoxcəhətli elmi, pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, bir çox medallarla, "Şöhrət" ordeni ilə təltif edilib. Zəhmətkeş, prinsipial alim, qayğıkeş və həssas müəllim, gözəl insan nümunəsi olan Oqtay Əbdülkərim oğlu Əfəndiyev Azərbaycan tarix elmində, səfəvişünaslığında və mənbəşünaslığında müstəsna mövqe qazanmış simadır. O, XX yüzilliyin ortalarında Azərbaycan tarix elminin müasir, yeni təkamül mərhələsinə yüksəldilməsində böyük rolu olmuş alimlərimizdəndir. Bu tarixi həqiqəti hələ keçən əsrin II yarısında bir çox elm xadimləri etiraf etmişlər.

 

Məsələn, ölkədə tarix elminin tanınmış təşkilatçılarından biri olmuş, akademik Ə.S.Sumbatzadə 1991-ci ildə onu "respublikanın böyük medievist alimi, öz xalqının əsl vətənpərvəri, Səfəvi dövlətçiliyinin Azərbaycana qaytarılması sahəsində elmi xidmətlər göstərmiş" şəxs kimi qiymətləndirmişdir. Beynəlxalq miqyasda da tarixçi-şərqşünaslar bu obyektiv gerçəkliklə hesablaşmaqdadırlar.

 

O.Əfəndiyev XXI yüzilliyin əvvəllərində siyasi müstəqillik yolunda olan Azərbaycan Respublikasında tarix elminin başlıca vəzifələrini anlamış və bu vəzifələri yeni tarixçilər nəslinə anlatmış tədqiqatçılarımızdan olmuşdur. Oqtay Əfəndiyevin dərin mənalı alim ömrünün başlıca mərhələləri beləcə Azərbaycan xalqının, Vətən tarix elminin qədim və çağdaş tarixi ilə üzvi şəkildə bağlıdır. Bütün ziddiyyətlərinə baxmayaraq, həmin tarix daim istiqlalına doğru yönəlmiş və nəhayətdə onu yenidən tapmışdır. Müasir tariximizin, tarix elminin, o cümlədən, onun ayrılmaz üzvü olan O.Əfəndiyevin elmi yaradıcılığının ən böyük əsəri yaratdığı, yarada bildiyi Azadlıq, milli müstəqillik ideyalarıdır, istiqlalımızdır. "Xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycana yoxdur".

 

O.Ə.Əfəndiyev keçən əsrin 50-ci illərindən milli istiqlal yoluna yönəlmiş fikir və əməlin ən parlaq daşıyıcılarından, təbliğatçılarından olmuşdur. O, çağdaş Azərbaycan dövlətinin dünya dövlətləri sırasında fəal subyekt kimi təşəkkül tapacağına inam hissi ilə yaşamışdır. Səfəvi dövrünün əzəmətini daim xatırladan O.Ə.Əfəndiyev əmin idi ki, Azərbaycan istiqlalının gücü, potensiyası doğurduğundan çox, hələ doğuracaqlarındadır. Yorulmadan çalışmış, hər ilin payızında "1501-ci il" tarixinin - Azərbaycan Səfəvilər dövlətinin yaranışı məqamının, Şah İsmayıl Xətainin təvəllüd tarixinin ölkə miqyasında qeyd olunmasına can atmış O.Əfəndiyev əzm və ehtirasla fəaliyyət göstərmiş vətənpərvər alim nümunəsidir.

 

O, Azərbaycanda Səfəvişünaslığın banisidir. O.Ə.Əfəndiyev xalqın yaddaşında Vətən medievistikasının bu sahəsinin yaranması, təşəkkülü və inkişafı mərhələsində müstəsna rol oynamış elm xadimi kimi qalacaq.

 

Xeyirbəy QASIMOV

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru

525-ci qəzet.- 2016.- 8 iyun.- S.4.