RƏQƏMLƏR...

 

İnsan həyatında , bəlkə də, ən çox qocalığında üsyan edir yaradılışına...

 

Gənclik zaman tanımır düşünməyə...

 

Hər şeyin irəlidə olduğuna inanmaq

 

bugünə olan ciddiyyəti sarsıdır...

 

Beləcə, sabahlarına daha çox inanır, xəyalındakı gələcəyə bağlanır...

 

Sonda isə... Cəza...

 

Hisslərin verdiyi cəza...

 

cəzanın yaşatdığı təlatüm...

 

Ruh üsyanı heç ilə müqayisə edilməyəcək qədər ağırdır...

 

Həyatımız boyu ruhumuzu çiyinlərimizdə daşıyırıq...

 

Dünyamız da ruhumuzun rənginə boyanır...

 

İnsan yaşa dolduqca hissə-hissə zamana qarışır...

 

Səssizlik qədər şüurlu varlığı təhlükəyə aparan ikinci bir şey yoxdur.

 

Səssizliyin qulaqbatıran çığırtısı sıxır vicdanımızı...

 

Mənlik məhkəməsi...

 

Həm özünsən, həm deyilsən...

 

Həm qalibsən, həm məğlub.

 

Etirafı çətindir...

 

Nədən çox şikayət ediriksə, ona daha çox bağlanırıq...

 

Belə ki rəqəmlərə məhkum yaşayırıq ömrümüzü...

 

Dəyişdirə bilmədiyimiz qanunauyğunluğa, şüurlu boyun əyməyə vadar edir?

 

Yəni... Bu axına qarşı dura bilməməyimiz... anlamadığımız mənasına gəlir?

 

Düşüncələrimizin azadlığı... həyatımız

 

ın gerçəkliyindən daha güclüdür...

 

Hiss edə-edə...

 

Düşünə-düşünə...sayırıq...

 

Ana bətninə düşən gündən...ayları, illəri...

 

İlk , ilk sevgi, ilk övlad...

 

Bir insanın gecikə bilmədiyi görüş yeri...

 

Gözlərini yumduğu zaman...hissləridir.

 

Özümüzü aldatmağa başladığımız gündən həyata olan sayğımız da tükənir.

 

Sevmirəm doğum günlərini...

 

İnanmıram ki, hər doğum günlərinin sonunda...

 

bir insanın keçən bir ilinə sevincindən gözləri dola...

 

Bəlkə ... insanın özünün-özünə etdiyi haqsızlıqdır bu...şirin yalandır...

 

Sadəcə...öz gününü özün özünlə qeyd edəsən...

 

İçindən yeni yaşını təkrarladıqca...mənliyinə layiq hədiyyəni tərəddüd etmədən onsuz da seçmiş olursan...

 

Bir dəlilik edəsən...

 

Özün-özünü bağrına basasan...

 

Ürək döyüntülərini sevəsən... aldığın nəfəsə toxunasan...saçına sığal çəkəsən...

 

Bir sözlə, mən nizamı sevmirəm...

 

Dünyaya gələn gündən...sayılmağa bizsiz başlandığı kimi.

 

Öləndən sonra da davam edəcək...bizli...bizsiz...Rəqəmləri sevmirəm...

 

Rəqəmlər tutacaq yerimizi çünki...

 

Rəqəmlər bizi xatırlatdığı kimi

 

Rəqəmlər unutduracaq... bugünü... sabahı... üçü... qırxı...

 

Bir qadını sevmək...

 

Qadın olmaq həyata bir-sıfır geridən başlamaq kimidir.

 

Qadın olmaq həyatla bir ömür mübarizə aparmaq üçün dünyaya gəlməkdir.

 

Hər addımında qüsur axtarılan vücuda bürünməkdir.

 

Qadın yaradılışdan etibarən qınanan,

 

Hər nəfəs alışında açıqlama etmək məcburiyyətində qalan,

 

İnsanlığı ilə müqəddəsliyi arasındakı cizgini

 

Anlamaq vəzifəsi olmaqdır.

 

Həyata ölümlülük gətirən qadın deyil.

 

Qadına olan sevgidir.

 

İllərlə düşündüyümüz peşmançılığını çəkdiyimiz

 

Cənnət meyvəsini Adəmə yedirən

 

Qadının hiyləsi yox, kişinin sevgisi oldu.

 

Demək ki, bir qadını sevmək...

 

Ölümlülük qazandırdığı gündən

 

Həyatı dəyişdirdiyi kimi, həyatını da dəyişdirməkdir.

 

Onu sahiblənmək, ona qarışmaqdır.

 

Ona olan bağlılıq qədərdir.

 

Orta yer yoxdur.

 

Sevəcəksənsə, hiss edəcəksən

 

  hiss etdiyini biləcəksən, bildirəcəksən.

 

Ya da heç olmamış kimi içinə çəkiləcəksən.

 

Həyatında sevən bir qadın varsa

 

Onun sədaqətinə qibtə edib, onu yaşamaq lazımdır.

 

Bir qadını melodiya kimi dinləmək,

 

Sevgisinin rənglərinə sığınmaq lazımdır.

 

Onun ruhunun çalarlarına güvənmək xoşbəxt olmaq üçün səbəbdir.

 

Qadın olmaq həyata bir sıfır geridən başlamaq kimidir.

 

Doğulduğu gündən çox sevidiyi üçün rəğbət görmək əvəzinə,

 

Qınanılan danışan zaman susdurulan olmaqdır.

 

Ruhu bədənindən yüksəkdə dayanan,

 

Yeriyən xəyaldır, nəfəs alan hislərdir.

 

Qadın nəfsinin iradəsi qədər hörmət görəndir.

 

Bir həyat dolusu xəyalqırıqlığı,

 

Bir bədən dolusu vicdandır.

 

Qadın olmaq özünü addım-addım sevdikləri üçün xərcləyən,

 

Ana olan zaman tamamlandığını, yaşadığını hiss edəndir.

 

Susmaqdır, susqunluqdur.

 

Gün boyu mübarizə apardığı çətinliklərə gecə boyu göz yaşı sərf etməkdir.

 

Yıxılan zaman övladını qucaqlayan sevgi dolu ürək,

 

Qalxdığı zaman həyatındakı adama şirin hənirtidir.

 

Səssizliyində səsdir.

 

Üzüldüyü zaman gözləri ilə hekayələr danışan,

 

Əllərinin qırışlarında alın yazısını gizlədən,

 

Ovucları ilə taleyini ovuclayan,

 

Saçlarında bir ömür daşıyan...

 

Anadır, həyat yoldaşıdır, ömür sirdaşıdır.

 

Onu acizləşdirən zərifliyi deyil, sevgisidir.

 

Sevən bir qadın qismətdir, alın yazısıdır, əmanətdir.

 

Qadın bir ömrün başlanğıcı, bir həyatın sonudur.

 

Üç nöqtə....

 

Sən gəncsən... Niyə ölümdən çox yazırsan?

 

Gənclərdən yaz... Həyatdakı müasir problemlərdən yaz.

 

Niyə ölümdən yazırsan?

 

Rənglərdən yaz. Qırmızı ilə ağın uyumundan...sarının,  yaşılın.

 

Niyə qaradan yazırsan?

 

Rənglərin tünd deyil, açıq çalarlarından yaz...

 

Səmadan yaz...

 

Sudan yaz.

 

Hər canlının ömrünə ömür qatır.

 

Niyə torpaqdan yazırsan?

 

Yazırsansa niyə toxum yetişdirən torpaqdan deyil, vücud udan torpaqdan yazırsan?

 

Sən gəncsən...

 

Ətirlərdən yaz.

 

Doğma insanın ətrinin ecazkarlığından...

 

Darıxdığın birinin qoxusunu xatırlamaq üçün edilən səmimi cəhddən.

 

Xırda şeylərin hiss etdirdiyi nəfis təəssüratlardan...

 

Niyə bugünün əvəzinə keçmişdən yazırsan?

 

Arzuladığın gələcəkdən...ailədən, sevgidən, işdən yaz...

 

Gözəl baxırsan...

 

Gözəl gülürsən...

 

Gözəl görünürsən...

 

Gözəllikdən yaz.

 

Sənə gözəl baxan baxışlardan, ruhunu oxşayan yağışdan...

 

Dərinə toxunan utancaq yaz küləyindən,

 

İnsanları sevən təbiətdən yaz.

 

Zövqü ahəstə qidalandıran....mənəviyyata əl tutan musiqidən yaz...

 

Rəsmlərdən yaz...

 

Niyə kədərdən oxuyursan vərəq-vərəq...

 

Hiss etdiklərini burax, gördüklərindən yaz

 

Düşündüklərini itir, düşünüləni tap...

 

Sən axı gəncsən, qabaqlama zamanını

 

Yaşını tanı...yaşadıqlarını seç...

 

Yaşamadıqlarını xəyal et...

 

Xəyallarından yaz.

 

lll

 

Mən gəncəm...

 

Bəs niyə qayəsi olmayan mənasız yüngüllük kimi hiss edirəm özümü?

 

Bu yüngüllüklə özüm-özümü daşıya bilmirəm.

 

Qısacası... olduğunu etdiyini bilməyən

 

Payız havası kimiyəm.

 

Hərdən özümü zərifliyi donduran şaxta,

 

Bəzən yandırıb qovuran bezdirici yay havası kimi,

 

Cinayət üstündə ələ keçən cinayətkar kimi tuturam.

 

Mən gəncəm, bilirəm.

 

Onu da bilirəm ki, yaşamaq istəyirəm.

 

Hisslərimi boğmadan,sıxmadan...

 

Bir oyuncaq üçün ağlayacaq qədər qayğısız olmaq istəyirəm.

 

Lal olmaq kimi dünyaya...

 

Danışmadan...

 

Gözümü bir nöqtəyə dikib, məni çox uzaqlara aparan

 

Xəyallarımla gerçəkliyimdə gülümsəmək istəyirəm.

 

Mən yaşamaq istəyirəm.

 

Yaşamaq dediyim...

 

Qırıq-qırıq aldığım nəfəs, ürək ritmimin qanunauyğun sayı, səsi deyil.

 

daşıdığım bədən...

 

Qoxusuz bir şeyi qoxulayıb, dadsız bir şeyi dadmaq kimi...

 

Kim olduğumu dərk etmək istəyirəm...

 

Varlığıma toxunmaq üçün...dünyaya kar olmaq,

 

Yaşamaq üçün sevmək istəyirəm.

 

Özümə qarşı dürüst olmaq

 

ya qara...

 

Gənc ya qoca...

 

Hiss etdiyim nədirsə, onu yazmaq istəyirəm.

 

Ülviyyə KƏRƏMQIZI

525-ci qəzet.- 2016.- 9 iyun.- S.7.