Tar ifaçılığı sənətimizin
görkəmli nümayəndəsi
ƏMƏKDAR ARTİST VAMİQ MƏMMƏDƏLİYEVİN 70 İLLİYİNƏ
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin professoru,
Əməkdar artist, Prezident
mükafatçısı Vamiq
Məmmədəli oğlu
Məmmədəliyev instrumental muğam ifaçılığında
görkəmli simalardandır.
Tanınmış ziyalı-alimlər nəslinə
mənsub olan tarzən Vamiq Məmmədəliyev 1946-cı il iyun ayının 9-da Bakı şəhərinin Kürdəxanı
qəsəbəsində həyata
göz açıb.
O, ibtidai musiqi təhsilini bu qəsəbədə alıb.
Onun tar ixtisası üzrə müəllimləri (həm
not ixtisası həm də muğam ixtisası xüsusi istedada malik olduğuna görə) sənətin sirlərini V.Məmmədəliyevə böyük
həvəslə öyrədiblər.
Sonralar o, 1967-1970-ci illər
Bakı Mədəni
- Maarif Texnikumunda,
1972-1976-cı illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, 1980-1985-ci
illərdə Azərbaycan
Dövlət Konservatoriyasında
(hazırda Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyası) təhsil alıb. Xatırladaq ki, Bakı musiqi təhsil ocaqlarında oxuyarkən onun sənət müəllimləri Adil- Gəray Məmmədbəyli,
Oqtay Quliyev (not ixtisası), muğam sənəti üzrə isə Əhməd Bakıxanov və Bəhram Mansurov olub.
V.Məmmədəliyev hələ 1970-ci illərdə
musiqi ustadlarının
diqqətini özünə
cəlb edib. Bu mənada böyük sənətkar, virtuoz - tarzən Hacı Məmmədovun adını
birincilər sırasında
çəkmək olar.
Bu da təsadüfi
hal deyildir. Çünki V. Məmmədəliyevin fitrətən parlaq müşayiətçilik istedadı
olduğuna görə
H.Məmmədov bu gənc tarzənə etibar edib o dövrün
adlı-sanlı xanəndələrini
müşayiət etməsini
bir çox hallarda ona həvalə
edərdi. V.Məmmədəliyev də öz mahir çalğısı
ilə tapşırılan
işin öhdəsindən
uğurla gələrdi.
70 illik yubileyini qeyd etdiyimiz ustad sənətkar artıq bu günümüzdə
muğam sənətimizin
qabaqcıl nümayəndələrindəndir. Sevindirici
haldır ki, o, bu yaşında olmasına baxmayaraq muğam sənəti sahəsində - solo ifaçılığı,
müşayiətçi- tarzən,
pedoqoq-tarzən, muğam
tədqiqatçısı kimi səmərəli fəaliyyət göstərərək
bu sənətin inkişafına, təbliğinə
böyük əmək
sərf edir.
Vamiq müəllim
müasir dövrümüzün
Azərbaycan muğam sənətini yaşadan görkəmli ifaçı,
müşayiətçi tarzən,
metodist- müəllim,
ziyalı şəxsiyyətlərimizdəndir. Onun musiqi
sənətindən danışarkən
deməliyik ki, V.Məmmədəliyev muğamlarımızı
özünəməxsus təqdimatlarla
ortaya çıxarır.
O, ustad muğam ifaçısı olaraq muğamları praktik ifaçılığın müxtəlif
məziyyətlərinə, muğam janrının əsaslarına - intonasiya,
lad xüsusiyyətlərinə, kompozisiya quruluşuna və sair cəhətlərinə
dərindən bələd
olan sənətkarlarımızdandır.
Vamiq Məmmədəliyev öz
yaradıcılığında klassik muğam ifaçılarımızdan Mirzə
Sadiq Əsəd oğlu, Mirzə Fərəc Rzayev, Mirzə Mənsur Mənsurov, Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Hacı Məmmədov, Əhsən
Dadaşov, Əliağa
Quliyev, Firudin Yarməmmədov, Həbib
Bayramov, Kamil Əhmədov, Sərvər
İbrahimov, Əlikram
Hüseynov və digər sənətkarlarımızın
ifaçılıq xüsusiyyətlərindən
bəhrələnərək muğamları özünəməxsus
surətdə inkişaf
etdirib, öz ifaçılıq üslubunu
yaratmış sənətkardır.
V.Məmmədəliyevin musiqi fəaliyyəti haqqında
danışarkən onu
da qeyd etmək
lazımdır ki, Azərbaycan bəstəkarlarının , dünya musiqi
nümunələrini vaxtilə
ifa etsə də, o, əsasən müğam ifaçılığı
sahəsində xalqımız
tərəfindən tanınıb
sevilir. O, ustadlarından
- Ə.Bakıxanov,Bəhram Mənsurov, Hacı Məmmədov, Əhsən
Dadaşovdan öyrəndiyi
ifaçılıq üslublarını
yeni çalar, yeni nəfəslə özünəməxsus tərzdə
muğam sənətinə
gətirmişdir. V.Məmmədəliyevin
dəfələrlə radio və televiziyada solo və müsaiyət şəklində ifasında
olan "Nəva",
"Bayatı Qacar",
"Çahargah", "Şur", "Xaric segah", "Rahab",
"Bayatı-Kürd", "Bayatı-Şiraz", "Hümayün" muğamlarında
onun işlətdiyi özünəməxsus ştrix
növbələşmələri, hər bir muğama
xas olan xarakterik xüsusiyyətlərin
təqdimatı, zərif
mizrab vurma üsullarının şahidi
olmuşuq. V.Məmmədəliyev sözün həqiqi
mənasında klassik
muğam ifaçılıq
irsimizi göz bəbəyi kimi qoruyan, ənənəyə
yetərincə qayğı
göstərib sadiq olan nadir tarzənlərimizdəndir.
Onun ifaçılıq
xarakteristikasından danışarkən
burada bir sıra cəhətlərə
toxunmaq lazım gəlir.
V.Məmmədəliyevin ifaçılıq sənətində
önəmli yer tutan xüsusiyyətlər
- sağ əl (bilək) ilə sol əl (barmaqlar) arasında qibtə ediləcək dərəcədə
uyğunluq müşahidə
olunur. Bir də tarzən
bəzən muğam çalğısında improvizasiyaya
meyllilik göstərsə
də, onun ifaçılığında, klassik forma üstünlük
təşkil edir.
Həm də V.Məmmədəliyevin
yaradıcılığında səciyyəvi cəhət
muğam ifaçılığında
xanəndə nəfəslərindən
geniş istifadə etməsidir. Məsələn, onun ifasında "Şahnaz" muğamını
dinləyərkən söylədiklərimizin
əsaslı olduğunu
yəqin edirik. Belə ki, adını
çəkdiyimiz muğamın
"Şədd-Şahnaz" şöbəsində o, Cabbar
Qaryağdı oğlu,
Seyid Şuşunski, Xan Şuşunski, Zülfü Adıgözəlov
və bu kimi klassik xanəndə
ustadlarımızın işlətdikləri
müxtəlif ifadə
imkanlarından olan - zəngulə və digər xırdalıqları
tarda məharətlə
təcəssüm etdirir. Vamiq müəllim alətin zil registrini əhatə edən "Şəddi -Şahnaz"
şöbəsinin hər
bir ibarə və cümlələrində
cəmlənən ornamental məziyyətləri ( trel,qruppetto,forşlaq və
s) olduqca səlis, bitkin formada dinləyici və tamaşaçılara çatdırılmağına
müvəffəq olur.
Yuxarıda qeyd edilən cəhətlərə onun
klassik tar - muğam ifaçılığında işlənən
mizrablardan istifadə məsələlərini də
daxil etmək lazımdır. O, öz çalğılarında muğam
ştrixlərini növbələşdirərkən
melodik düzümlərdə
olan not qruplaşmalarına
elə tətbiq edir ki, bu
zaman musiqi obrazları həm məntiq baxımından,
həm də intonasiya cəhətdən
daha sıx vəhdətdə olur.
Bu mənada onun "Mahur-hindi " muğamında
işlətdiyi "Zəngi-şütür
", "Pərvanə", "Gülriz" , "Əlif"
mizrablar, "Xaric segah" muğamında
"Döymə mizrab",
"Qoşa mizrab",
"Mizrab sazigar" və s. adlı mizrab növlərini misal göstərmək olar.
V.Məmmədəliyev həmçinin elmi araşdırmalara da böyük əhəmiyyət
verir.
Belə
ki, onun tar alətinin tədrisinə
dair yazdığı
"Tar ifaçılığında
instrumental muğamların interpretasiya
məsələləri" adlı metodik tövsiyə (həmmüəllif
Ellada Hüseynova),
"Xalq çalğı
alətlərinin öyrənilməsi
fənni üzrə
" dərs vəsaiti
(həmmüəllif Zamiq
Əliyev) bu qəbildəndir.
Bu elmi əsərlərdə
Azərbaycan xalq çalğı alətləri
kontekstində tar aləti
ifaçılığının geniş şəkildə
nəzəri- ifaçılıq
yolları araşdırılaraq
muğamların tədris
olunma üsulları olduqca məntiqli şəkildə, anlaşıqlı
tərzdə izah edilir.
Fikrimizcə, belə istiqamətli fəaliyyəti ilə V.Məmmədəliyev muğam
nəzəriyyəsini zənginləşdirməklə
yanaşı, həm də musiqişünaslıq
elminə dəyərli
töhfələr vermişdir.
Yuxarıda göstərdiyimiz bu
səmərəli işlərin
nəticəsidir ki,
o, Əməkdar artist adına və Prezident mükafatına layiq görülüb.
Sonda
biz, V.Məmmədəliyevi həm 70 illiyi ilə əlaqədar olaraq, həm də Prezident mükafatı almasına görə təbrik edir, ona uzun
ömür, cansağlığı
və yeni yaradıcılıq zirvələri
arzulayırıq.
Afət NOVRUZOV
AMK-nın professoru, sənətşünaslıq
namizədi
525-ci qəzet.- 2016.- 9 iyun.- S.6.