Düyün - pyes
Vaslav Havelə
Rejissor (R.)
Qadın - onun assistenti (A.)
Baş qəhrəman
(Q.)
Dyuk - səhnə
arxasında işıqçı
(L.)
Məşq gedir - sonuncu şəkilə son düzəlişlər.
Boş səhnədir. A. ilə L. işığı
təzəcə quraşdırıblar.
R. da indicə
gəlib. R. ön səhnənin sol tərəfindəki kresloda
əyləşib. Xəz palto.
Palto ilə həmahəng papaq.
Yaşının və xarici
görkəminin əhəmiyyəti
yoxdur. A. onunla yanaşı dayanıb. Ağ köynək. Başı açıq. Qulağının ardına karandaş qoyub. Yaşının və xarici
görkəminin əhəmiyyəti
yoxdur. Q. səhnənin ortasında,
kub şəklində
olan altlığın
üstündə dayanıb.
Boz rəngli altlığın
hündürlüyü qırx
santimetrdir. Onun başında
- yanları enli qara şlyapa. Əynində ətəyi topuğunacan
uzanan qara rəngli xalat. Yalın ayaqlar. Başını aşağı dikib.
Əlləri cibindədir. Yaşının və xarici
görkəminin əhəmiyyəti
yoxdur. R. və A. Q.ya baxırlar.
Uzun pauza.
A. (nəhayət).
O sənin xoşuna gəlir?
R. Belə də...
Pauza.
Bu altlığı niyə
qoyublar?
A. Parterdən ayaqları görünsün.
Pauza.
R. Bu şlyapa nəyə lazımdı?
A. Sifətini daha yaxşı gizlətmək
olsun.
Pauza.
R. O xalat nə üçündü?
A. Hər tərəf qara olsun.
Pauza.
R. Paltarın altından nə geyib?
A. Q.-nın yanına gedir.
De görüm.
A. yerində donub
qalıb.
A. Gecə pijaması.
R. Rəngi?
A. Kül rəngində.
R. Siqaret çıxarır.
R. Alışqan.
A. bayaqkı yerinə
qayıdaraq R.-nın siqaretini yandırır və yenə də yerində donur.
R. siqaret çəkir.
Onun kəlləsi
necədi?
A. Sən onu görmüsən.
R. Mənim yadımdan çıxır.
A. Q.-nın yanına gedir.
De görüm.
A. donub qalıb.
De görüm.
A. Saçları adda-budda yonulub.
R. Rəngi?
A. Kül rəngində.
Pauza.
R. Əlləri niyə
cibindədi?
A. Hər şey tutqun görünsün.
R. Lazım deyil.
A. Yazıram.
A. Qeyd dəftərini çıxarıb, qulağının
ardından karandaş
götürərək yazır.
(Bərkdən.) “Əllərini cibindən çıxarsın”.
A. Qeyd dəftərini cibinə, karandaşı da qulağının ardına qoyur.
R. Onlar nəyə oxşayır?
A.-nın onu anlamadığı üçün əsəbiləşir.
Əlləri nəyə oxşayır?
A. Sən onları görmüsən.
R. Mənim yadımdan çıxır.
A. Dyupyuitren.
R. Necə?
A. Cərrah.
R. A-a-a...
Dyupyuitren...
Pauza.
Dırnaqları uzundu?
Pauza.
(Acıqlı.) Mən səndən
soruşuram ki, dırnaqları uzundu?
A. Düzəltmək olar.
R. İki dırnaq.
A. Yumruğunu sıxsa...
R. Sıxmasın.
A. Yazıram.
A. Qeyd dəftərini çıxarır, karandaşı
götürərək yazır.
(Bərkdən.) “Yumruğunu sıxmasın”.
A. Qeyd dəftərçəsini
cibinə, karandaşı
da qulağının
ardına qoyur.
R. Alışqan.
A. Onun yanına qayıdaraq, R-nın siqaretini yandırır və yenə donub dayanır.
Bu nədi belə?
A.-nın onu anlamadığı üçün əsəbiləşir.
Get, onu soyundur. (Öz xronometrinə baxır.) Tez elə, iclasım var.
A. Q.-nın yanına gedib, onun xalatını çıxarır. Q. tamam biganədir və imkan verir ki, nə istəyirlər etsinlər. A. xalat əlində, kənara çəkilir. Əynində bozarmış köhnə gecə pijaması olan Q. başını aşağı salıb, əllərini də yumruqlayıb. R. ilə A. Q.-nı nəzərdən keçirirlər.
A. Bu cür sənin daha çox xoşuna gəlir?
Pauza.
O, titrəyir.
R. Elə də titrəmir. Şlyapanı.
A. Yaxınlaşıb Q.-nın şlyapasını başından çıxarır və əlində tutaraq kənara çəkilir. Pauza.
A. Səncə əmgəyi necədi?
R. Ağartmaq lazımdı.
A. Yazıram
A. Xalatı və şlyapanı əlindən yerə buraxıb, qeyd dəftərini çıxarır, karandaşı qulağının ardından götürərək yazır.
(Bərkdən.) “Kəlləni ağartmaq”.
Yenə dəftəri cibinə, karandaşı qulağının ardına qoyur.
R. Əlləri.
A.- nın onu anlamadığı üçün əsəbiləşir.
Əllərini açsın. Tez.
A. İrəli gedib Q.-nın yumruqlarını açır və geri çəkilir.
Ağartmaq.
A. Yazıram.
A. Qeyd dəftərini çıxarıb, karandaşı götürərək yazır.
(Bərkdən.) “Əllərini ağartmaq”.
Dəftəri cibinə, karandaşı qulağının ardına qoyaraq Q.-nı nəzərdən keçirir.
R. Nədi? Nəsə elə deyil? (Həyəcanla.) Hə? Nə?
A. (çəkinə-çəkinə). Bəlkə... bəlkə əllərini bir-birinə birləşdirək?
R. Hə, indi olar...
A. İrəli gedib Q.-nın əllərini bir-birinə birləşdirir və geri çəkilir.
Qaldır.
A. İrəli gedib Q.-nın bir-birindən yapışmış əllərini qurşağından bir az yuxarı qaldırır və geri çəkilir.
Qaldır.
A. İrəli gedib Q.-nın əllərini sinəsinə qədər qaldırır.
Dayan!
A. Geri çəkilir.
Belə yaxşıdı. Yaxşı çıxır. Alışqan.
A. Əvvəlki yerinə
qayıdıb, onun siqaretini yandırır və donub dayanır. R. siqaret çəkir.
İkisi
də Q.-nı nəzərdən keçirir.
A. O, titrəyir.
R. Titrəsin də.
Pauza.
A. (çəkinə-çəkinə). Bəlkə...
kiçik bir... kiçik bir... buruntaq taxaq?.. Cilovlayaq?..
R. (qəzəblənərək). Bu nə ideyabazlıqdı belə?! Bu nə
təşəbbüs maniyasıdır?!
(A.-nı yamsılayır.)
“Kiçik bir buruntaq”! Bu nə yekun
sözü demək maniyasıdır?! Son söz
artıq deyilib! (Yenə A.-nı
yamsılayır.) “Kiçik
bir buruntaq”! Bu nə ideyabazlıqdı
belə?!
A. Sən əminsən ki, o, ağzını açıb bir söz deməyəcək?
R. Bəli. Ağzından bir söz də qaçırmayacaq.
(Xronometrinə baxır.) Daha vaxtım yoxdu.
Zaldan baxaram. (Gedir.)
R. Bir daha səhnədə
görünməyəcək. A. Özünü kreslonun üstünə atır, sonra cəld ayağa qalxır, cibindən əski çıxarıb hiddətlə
kreslonun oturacağını
və söykənəcəyini
silir, əskini yerə tullayıb, yenidən oturur. Pauza.
R. (səhnə arxasından;
elə bil uşaq zırıldayır). Ayaq barmaqlarını
görmürəm. (Əsəbi.) Birinci sırada
oturmuşam, ancaq ayaq barmaqlarını görmürəm.
A. (ayağa qalxaraq). Yazıram.
A. Qeyd dəftərini və karandaşı götürüb yazır.
(Bərkdən.) “Pyedestalı qaldırmaq”.
Dəftəri cibinə, karandaşı qulağının ardına
qoyur.
R. (eyni tərzdə). Sifəti görünə
bilər.
A. Yazıram.
Qeyd dəftərini
və karandaşı
götürüb yazmaq
istəyir.
R. Başını aşağı
əy.
A.-nın onu anlamadığına görə hirslənir.
Get, onun başını aşağı əy.
A. Qeyd dətərini cibinə, karandaşı qulağının ardına
qoyub, Q.-nın yanına gedir və onun başını
daha da aşağı
əyib, kənara çəkilir.
Bir az da.
A. İrəli gedib, Q.-nın başını
bir az
da aşağı əyir.
Dayan.
A. kənara çəkilir.
Əla.
Pauza.
Çılpaqlıq lazımdır.
A. Yazıram.
A. Qeyd dəftərini çıxarır və karandaşı götürmək
istəyir.
R. Tez ol də.
Tez elə.
A. Dəftəri cibinə qoyur və Q.-ya
yaxınlaşıb tərəddüd
içində dayanır.
Yaxasını aç.
A. Q.-nın pijamasının
yuxarı düymələrini
açır. Q.-nın sinəsi
görünür. A. kənara çəkilir.
Ayaqları. Qılçaları.
A. Yaxınlaşıb Q.-nın pijamasının bir balağını çırmalayaraq qaldırır və kənara çəkilir.
O birisini.
A. Eyni şəkildə o biri balağı da çırmalayıb qaldırır və kənara çəkilir.
Dizini.
A. İrəliləyib pijamanın hər iki balağını çırmalayaraq, daha da yuxarı qaldırır.
Ağartmaq.
A. Yazıram.
A. Dəftəri və karandaşı götürüb yazır.
(Bərkdən.) “Bədənini ağartmaq”.
A. Dəftəri cibinə, karandaşı qulağının ardına qoyur.
R. Düzəlir! Lyuk burdadı?
A. (çağırır). Lyuk!
Pauza.
(Daha da bərkdən.) Lyuk!
L. (səhnə arxasında
uzaqdan). Gəlirəm.
Pauza.
(Səsi yaxından
gəlir.) Yenə nə isə
elə deyil?
A. (R.-ya müraciətlə). Lyuk burdadı.
R. Qoy, hər tərəfdən
işığı götürsün.
A. Texniki ifadələrlə
binagüzarlıq edir.
İşıq yavaş-yavaş sönür. Səhnədə ancaq Q. ilə A. görünür.
Ancaq başı.
A. texniki ifadələrlə
binagüzarlıq edir. Q.-nın bədəni
yavaş-yavaş qaranlıqda
itir. İşıq yalnız onun
başının üzərinə
düşür.Uzun pauza.
Əla!
Pauza.
A. (çəkinə-çəkinə). O... bir dəqiqəlik... ancaq bircə dəqiqəlik başını qaldıra
bilər ki... onun sifətini görsünlər?
R. (qəzəblə). Bu nə ideyabazlıqdı belə?! Bunu necə başa düşək? (A.-nı yamsılayır.) “Başını qaldırsın”! Necə bilirsən, biz hardayıq, hə? Pataqoniyadayıq? (Yenə A.-nı yamsılayır.) “Başını qaldırsın”! Bu nə ideyabazlıqdı belə?
Pauza.
Belə. Finalımız yaxşı alındı. Təkrar edək. Tez. Tələsirəm.
A. (Lyuka). Təkrar edək. O, tələsir.
Q.-nın bədəninə yavaş-yavaş işıq düşür. Pauza. Səhnə yavaş-yavaş işıqlanır.
R. Dayan!
Pauza.
Başla...
Hop-p!..
Yavaş-yavaş səhnəyə qaranlıq
çökür. Pauza. Q.-nın bədəni
yavaş-yavaş qaranlıqda
itir. İşıq yalnız onun
başına düşüb.
Uzun pauza.
Əla!
Əla! Aləm olacaq! Mən bunu indidən hiss edirəm.
Pauza. Uzaqdan alqış səsləri
gəlir. Q. başını qaldırıb
zənnlə zala baxır. Alqışlar get-gedə azalır
və kəsilir.
Sükut.Uzun pauza. Baş yavaş-yavaş
qaranlıqda itir.
Semyuel BEKKET
Tərcümə edən: Elçin
525-ci qəzet.- 2016.- 11 iyun.- S.15.