KÜL
ÜSTÜNDƏ BİTƏN ÇİÇƏK
Kül üstündə bitən çiçək,
Nə keçmişdi, nə gələcək.
Kim qalacaq, kim gedəcək,
Söylə, kimdən xəbər alaq.
lll
Bu yerlərin altı küldü,
Külək əsdi kül də güldü.
Kimlər qaldı, kimlər öldü,
İndi gərək küldən soraq.
lll
Bu yerlərin nəyi vardı,
Kim qazandı, kim
apardı.
Külü örtən yağan
qardı,
Yağdır gəlsin qalaq-qalaq.
lll
Məzar
yurdun yaddaşıdır,
Tarix olub yük daşıdır,
Hər bir vərəq başdaşıdır,
Oxuyuram varaq-varaq.
lll
Ağ gül əksən bu torpağa,
Vermək
üçün hər
qonağa,
Qaraxallı gül bitəcək
Danışacaq dodaq-dodaq-
İmkan vermə, ağlayacaq.
ELBA
ÇAYI
Hey axırsan özb aşına,
Nə yazırsan çay daşına,
Qoymayırsan dərd daşına
-
Yurda qalıb,
Elba çayı.
lll
Bulanlıqlar durulubmu,
Axar yolun burulubmu,
Ləpələrin yorulubmu,
Harda qalıb,
Elba çayı?!
lll
Tariximin
alın təri
“Dədə Qorqud”
şah əsəri.
Mirzə
Şəfi nəğmələri
Burda qalıb,
Elba çayı.
lll
Gördüyümü yoza-yoza,
Nə söyləyim
Kür-Araza?!
Nəyin
qışdan çıxıb
yaza -
Darda qalıb,
Elba çayı.
lll
Necə
olub toyun yası,
Yadda saxlar su aynası.
Ocaq sönüb can yanğısı
-
Qorda qalıb,
Elba çayı.
lll
Yuxusunda
kim sayıqlar,
Sularında kök arıqlar,
Yorğun
düşmüş ağ balıqlar -
Torda qalıb,
Elba çayı.
lll
Yola salıb durnaları,
Çox udmusan yayda qarı.
Qaranlığın imzaları -
Nurda qalıb,
Elba çayı.
P.S.
Gedirsən bir ağır yük çəkə-çəkə,
Sualtı qayalar-qara təhlükə.
Nə yaxşı axırsan dayanmayırsan,
Dayansan, zaman da dayanar bəlkə.
OLMAMIŞAM
Qoyun-keçi otarmışam,
Fəqət çoban olmamışam.
Ali məktəb qurtarmışam,
Yaxşı qanan olmamışam.
lll
Neçə hədəf haqlamışam,
Dalda qalan olmamışam,
Tütək alıb saxlamışam,
Zurnaçalan olmamışam.
lll
Tanrı
verib, fələk alıb,
Doğru-yalan olmamışam.
Nəyim
gedib, nəyim qalıb,
Könlü talan olmamışam.
lll
Üzülənə qan vermişəm,
Sadağa qan almamışam.
Can verənlə can vermişəm,
Mən canalan olmamışam.
lll
Etibarlı qələmdi şam,
O alışıb, mən yanmışam.
Söz vermişəm, söz almışam -
Bu alverdə qocalmışam.
QISAQAPANMA
Sözün yerə düşməsi,
Gözün gözə düşməsi
İlk sevgi öpüşməsi
-
qısaqapanma.
Körpələrin gülməsi
Göz yaşını silməsi
Doğmalığı bilməsi
qısaqapanma.
Qısaqapanmanın
qılıncı var
Hər şeyi qapalı
Yandırar-yanar.
Nə qədər atılsa da
Qapanmadı qısalar.
Qısa
qapanmayırsa
Yasa qapanma -
Çağır yanaşına gəlsin
Qısaqapanma.
NECƏSƏN
Bənzəsən də gülə
sən,
Gah gündüz,
gah gecəsən.
Gülmək... Ağlamaq nədi,
Sən güləndə özgəsən,
Ağla görüm necəsən.
GÖDƏKÇƏLƏR
Dizə
çatmır
diz gileyli
İzə çatmır
iz gileyli
Canla alış-verişdədi -
Gödəklər
göz gileyli.
Bizə
çatmır
biz gileyli.
Nələr bilir görən
nələr
Gülləkeç məz
Gödəkçələr,
Gödəkçələr - yedəkçilər.
QAÇAQAÇ
Say dalınca qaçırıq
Dərd
az olsa
yaxşıdı.
Çay
dalınca qaçırıq
Dayaz olsa yaxşıdı.
lll
Pay dalınca qaçırıq
Muraz olsa yaxşıdı.
Tay dalınca qaçırıq
Taraz olsa yaxşıdı.
lll
Bu nə yaman qaçaqaç
Bu nə qaçma
- tutmadı.
Qaçanlar qaçdı getdi
Tutanlar tutammadı.
VİZA
Köçəri quşlara viza kim verir...
Meteor daşlara viza kim verir,
Soyuq yağışlara viza kim verir?
Mənə viza verin, gedim
göylərə.
lll
Kəpəzin göz yaşı
Göygöl, göy dərə,
Xəyalım az qalır göydən göy dərə.
İxtiyar kağızı istəyir
hərə
Mənə viza verin, gedim
göylərə.
lll
Bulud sinəsini göylərə
sərə,
Uçaram zirvədən gül
dərə-dərə,
Ge dir sərnişinsiz, boş gedir bərə,
Mənə viza verin, gedim
göylərə.
lll
Görüm Nuh hardadı, gəmisi harda,
Adəmin
buğdası, zəmisi
harda,
Dünyanın alimi, dəlisi harda,
Mənə viza verin, gedim
göylərə.
GÜMÜŞ
Gümüş kəmər oldu
beli sıxanda,
Gümüş xəncər oldu
al qan axanda,
Gümüş güzgü olub
üzə baxanda,
Gördü qızıl dişi ağız qoruyur.
lll
Gümüş qədəh oldu
içə bilmədi,
Qiyməti neçədi seçə
bilmədi,
Qızıldan qabağa keçə
bilmədi,
Gördü ki, qiyməti kağız qoruyur.
lll
Adını çəkmədim qəmər
incidi,
Sayını bilmədim nəmər
incidi,
Qaranlıq uzandı səhər
incidi,
Gördüm qara xalı ağ üz
qoruyur.
lll
Gecə
göyə baxdım,
gümüş ay oldu,
Gümüş camda gələn
gümüş pay oldu,
Uca buz dağları ağ saray
oldu,
Gördüm ki, bəyazı ayaz qoruyur.
lll
Balıqlar dənizdə içir
ağ sudan
Balıqsız çıxanda ağlar
tor sudan
Görən nə umur ki uca dor
sudan
Yelkəni küləkdən dəniz
qoruyur.
CAZİBƏ
Hanı
məndə o ixtiyar
Ki, hər
əmrə verim qərar?!
Özbaşına deyiləm ha,
Məni şair eyləyən var.
Bu cazibə görən nədi,
Hər nədirsə möcüzədi,
O istəyin gövhəridi,
Onsuz həyat
əfsanədi.
Yandırmağı yaxmağı var,
Durub gendən baxmağı var,
Torpaq kimi doymazlığı,
İldırımtək çaxmağı var.
Məhəbbətin anasıdı,
Soyuq sözdən donasıdı,
Axtarmağa cəhd eləmə,
Ünvanını danasıdı.
Yer başına ay dolanır,
Qış dolanır, yay dolanır,
Nə qovuşmur sevdasına,
Nə tapammır, tay
dolanır.
Bizi gözlər gözü yolda,
Başı daim qeyli-qalda.
Hamımızı çəkir yerə,
O nə görüb bu vüsalda.
PANTOMİMA
Pantomima
- lal oyunu,
Gəl başa
sal, hər qoyunu.
Qırmaq
üçün kəl
boyunu,
Külək ki var, kifayətdi.
lll
Etiraza söz nə gərək,
Əyriliyə düz nə gərək,
Ölmək üçün göz
nə gərək,
Ürək ki var, kifayətdi.
lll
Öz başını fırla,
dolan,
Töküləcək güclə dolan,
Öyünməsin hər canalan,
Fələk ki var, kifayətdi.
lll
Yavan yemə duz çörəyi,
Bir gün çörək yeyər
səni.
Qiblə
bilmə hər küləyi,
Çörək ki var, kifayətdi.
İLĞIM
Həqiqətdi, yalandı,
Gözlərimə dolandı,
Getdim gördüm dalandı,
İlğım kimə qalandı,
İnanmadım qeybinə.
lll
Dedim bəlkə yuxudu,
Onu xəyal toxudu,
Mən çaldım o oxudu,
Əl vurmamış yox oldu,
Varlığı nə, qeybi nə.
lll
Maraq yedi bağrımı,
Uddum ürək ağrımı,
O qorxdu mən utandım,
Geri döndüm özümə,
Çəpər çəkdim eybimə.
lll
Yuxu deyil yozasan,
Yazı
deyil pozasan,
O istəyir azasan,
Apara o dünyaya,
Mat qalmışam meylinə.
HEYİF
Nə ülfət kömürlə
şiş arasında,
Bişməyə gəlmisən biş arasında,
Bir söz gizləmişdim diş arasında,
Dil dedi, el bildi sirr heyif oldu.
lll
Arazın
dilləri, Kürün
dilləri,
Öpüb sığalladı göy
sahilləri,
Suya zəhər atdı nadan əlləri,
Araz yaralandı
Kür heyif oldu.
lll
Sevilən aşiqdən məşuq
nə dilər,
Açıb ürəyini sözə
süfrə sər,
Çaşıb bir gözələ
Dürrə dedilər,
Vəfası olmadı, dürr heyif oldu.
lll
Zirvəyə çatmadı qırıq səslərim,
Susmadı özümlə gedən bəhslərim,
İkidən başladı həyat dərslərim,
Sıfırdan yan keçdi, bir heyif oldu.
lll
Bir palıd qoymuşdum iki sahi lə,
Durub gözləyirdik bəlkə
yar gələ,
Körpü axıb getdi qoşuldu selə,
Əl əldən
üzüldü tir heyif oldu.
lll
Kölgələr başına dönüb
dolaşmır,
Aşiqin
yol gəlir, fəqət dağ aşmır,
Daha o gözlərə sürmə
yaraşmır,
Bu ömrü sürməsiz
sür, heyif oldu.
SÜDƏMƏR
Gah vulkanlar od
ağzından
Kül püskürür,
görür hərə.
Gah da göylər gül ağzından
Daş atır
ki, dəysin yerə.
lll
Zarafatdı, ya davadı,
Bilinməyir bu nə tələ.
Hələ bəşər südəmərdi,
Batır yüksələ-yüksələ.
RÜBAİL
525-ci qəzet.- 2016.- 18 iyun.- S.22.