Müasir inkişafın daha bir formulu

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxcəhətli fəaliyyəti bütünlüklə Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirməyə, ölkəmizin beynəlxalq aləmdə layiq olduğu yeri qazandırmağa həsr olunmuşdur.

Ölkəmizin daxilindəki möhkəm ictimai-siyasi sabitlik ardıcıl iqtisadi inkişaf möhtərəm Prezidentimizin ardıcıl siyasətinin uğurlu bəhrəsidir. Azərbaycanın dünyada qazandığı böyük nüfuz da dövlət səviyyəsində aparılan düşünülmüş siyasət nəticəsində qazanılmışdır.

Azərbaycan müstəqillik dövrü tarixinin beynəlxalq miqyasda ən möhtəşəm tədbiri Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumu olmuşdur. Bu, müasir dövrdə bütün bəşəriyyətin taleyüklü məsələlərini geniş müzakirəyə çıxaran, ən mühüm çağırışları diqqət mərkəzinə çəkən mühüm qərarlar qəbul edən ümumdünya forumu kimi Azərbaycanın şərəfli tarixinin çox əhəmiyyətli hadisəsidir. Azərbaycanda ardıcıl olaraq keçirilmiş humanitar forumlar sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoqa həsr edilmiş beynəlxalq səviyyəli konqresləri, simpoziumları digər ölkələr heç on ildə bir dəfə təşkil edə bilməmişlər. Bunlar mühüm siyasi əhəmiyyətə malik olan möhtəşəm elmi forumlar olaraq Azərbaycanı dünya ictimaiyyətinə sivil, demokratik, intellektual, multikultural, tolerant bir cəmiyyət kimi təqdim etmiş, respublikamızın beynəlxalq miqyasda inkişaf etmiş bir ölkə kimi qəbul edilməsində mühüm rol oynamışdır.

Beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkili keçirilməsi baxımından da müstəqil Azərbaycan Respublikası möhtəşəm hadisələrə imza atmışdır. Avropa Oyunlarının birinci dəfə ölkəmizdə keçirilməsi qeyri-adi dərəcədə möhtəşəm ahəngdar şəkildə mədəniyyət proqramları ilə müşayiət olunması da dünya idman hərəkatı tarixinə yeni parlaq səhifə kimi yazılmışdır.

Bütün bunlar həm Azərbaycana turist axınlarının, investorların, adamlarının da yeni dalğasının formalaşmasında mühüm rol oynayır.

Bu baxımdan hazırda ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməkdə davam edən “Formula-1” oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizi dünyada tanıtmaq dünyanı respublikamıza daha çox cəlb etmək siyasətinin parlaq bir davamıdır. Azərbaycan xalqı dünyada məşhur olan daha bir idman sahəsi ilə yaxından tanış olmaq imkanını qazanmışdır. Dünya idmançıları onların Bakı şəhərinə gəlmiş çoxminli azarkeşləri isə hər gün inkişaf edən Azərbaycanın daha parlaq bir dövrünün şahidi olurlar. Dünyanın bütün qitələrinin telekanallarındaBakı, Azərbaycansözləri qürurla səslənməkdə davam edir. Dərin iftixar hissi doğuran bu böyük hadisələr ölkəsini ürəkdən sevən hər bir azərbaycanlıda dərin milli qürur hissləri yaşadır.

Nəticə etibarilə “Formula-1” idman hərəkatı müstəqil Azərbaycan dövlətini dünyada tanıtmağın növbəti müasir formuludur. Bu, eyni zamanda ölkəmizə açılan qapıların da yeni formulasıdır. Bu, öz ardınca respublikamıza yeni dostlar, etibarlı tərəfdaşlar, turizmin təzə axınını, adamlarının böyük layihələrini gətirəcəkdir. Bütün bunlar yeni tarixi epoxada müasir inkişafın düşünülmüş nərdivanıdır. Qarşıda daha bir böyük üfüq var: İslam oyunları!

Uğur olsun Müstəqil Azərbaycan, irəli!

 

İsa Həbibbəyli

525-ci qəzet.- 2016.- 18 iyun.- S.5.