Yeni nəşrin işığı

 

“MULTİKULTURALİZM” JURNALININ İLK SAYI HAQQINDA QEYDLƏR

 

 

Oxuculara tamamilə fərqli yeni bir jurnal təqdim olunur.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yaradıcılıq Fondu birlikdə yeni olanMultikulturalizmjurnalını oxuculara təqdim etdilər. Bu jurnal bütövlükdə Azərbaycanda yaşayan hər bir kəsin jurnalı olacaq.

 

Məlumdur ki, Azərbaycan prezidenti İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il ölkəmizdəMultikulturalizm ilielan olunub. Artıq sərəncama uyğun olaraq tədbirlər planı hazırlanıb bu planın tərkib hissəsi olaraq yeni jurnal hazırlanıb ilk nömrəsi oxuculara təqdim olunub. Jurnalın çox nüfuzlu redaksiya heyəti beynəlxalq  redaksiya şurası var. Beynəlxalq redaksiya şurasının 14 ölkədən üzvünün olması təqdirəlayiqdir.

 

Bu jurnal milli dini mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının jurnalıdır.

 

Akademik Ramiz MehdiyevinAzərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi”, AMEA-nın prezidenti akademik Akif  ƏlizadəninDəqiq ideoloji məqsəd - multikurturalizm”, akademik Kamal AbdullayevinPortuqaliyadan İndoneziyayadək”, Mübariz QurbanlınınAzərbaycan multikulturalizm modeli dünya səviyyəsində  ən mükəmməl örnək kimi qəbul olunur  s. adlı məqalələr jurnalın uğurlu gələcəyindən xəbər verir.

 

Yeni jurnal ölkəmizdə yaşayan hər bir xalqın, etnik qrupun yeni mətbuat orqanıdır. Burada müxtəlif  millətlərə etnik qruplara aid şair yazıçıların şeirlərinin əsərlərinin Azərbaycan dilində ya yazarın öz ana dilində verilməsi əslində mətbuatımızda yeni hadisədir. Jurnalın birinci nömrəsində dağ yəhudilərinin dilində ləzgi dilində şeirlərin verilməsi fikrimizin təsdiqidir.

 

Jurnalda regionlarımızın yazarlarının ayrı-ayrı regionlar üzrə qruplaşdırılaraq verilməsi ideyası da uğurlu tapıntıdır.

 

Birinci nömrədəŞimal bölgəsinin rəngibölməsi çox uğurlu tərtib olunub.

 

JurnaldaSönməyən ulduzlarrubrikası onun maraqlılığını təmin edəcək rubrikalardan biridir.

 

Ramilə Qurbanlının birinci nömrədə verdiyiSənətkar simasındakı həyat əzabıyazısı çox səmimi peşəkarlıqla yazılıb. Yeddi səhifəlik yazıda böyük sənətkar ömrünün sevinci, kədəri, yaşam tərzi, yaradıcılıq uğurları, cəmiyyətimizdə mövcud olan getdikcə dərinləşən neqativ halların qədər arzuolunmaz olduğu çılpaqlığı ilə təsvir olunub.

 

Jurnal bu rubrikanın uğurlu davamını təmin etməlidir.  Jurnal ilk uğurlu addımını atdı.  Hər bir oxucu bu jurnalın uzun ömürlü, maraqlı olması üçün öz əlindən gələni əsirgəməməlidir.

 

Jurnal aşağıdakıları da  nəzərə alsa məqsədəuyğun olar.

 

1. Qədim sivilizasiyalar, mədəniyyətlər,onların oxşar fərqli cəhətləri.

 

2. Qlobal mədəniyyətin formalaşmasında müstəsna rolu olandünyanın vətəndaşlarıhaqqında maraqlı məlumatlar.

 

3. Azərbaycanda yaşayan xalqların, etnik qrupların mədəniyyətləri, adətləri ənənələri haqqında silsilə məlumatlar.

 

4. Azərbaycanda yaşayan xalqların, etnik qruplarınmətbəx özəlliklərinin təqdimatı.

 

5. Azərbaycan multikulturalizmini dünyanın ayrı-ayrı ölkələrində təbliğ edən xarici ölkələrin nüfuzlu insanları haqqında silsilə materiallar.

 

Jurnalda görkəmli şəxsiyyətlərin müsahibəsi rubrikasının da olması fikrimcə jurnalın uğurlarını artıra bilər.

 

Jurnalda verilən materialların əsasən danışıq dilinə uyğun verilməsi onu sadə oxucuya sevdirir oxucu oxuduqca oxumaq istəyir. Çalışır ki jurnalıbir nəfəsəoxusun. Bununla belə yaxşı olardı ki, elmi məlumatlarla zəngin olan yazılarKöhnə dünyanın kəşfiAzərbaycanda qədim alban tayfalarının izləriməqalələrində olduğu kimi istinadlarla verilsin. Eyni zamanda çalışmaq lazımdır ki, yeni yaradılmış jurnal Azərbaycan Prezidenti yanında Ali Attestasiya  Komissiyasının istinad olunan jurnalları siyahısına daxil edilsin.  Çünki jurnalda tarix, etnoqrafiya, dilçilik, ədəbiyyat, arxiologiya, coğrafiya, mədəniyyət, incəsənət  s. haqqında geniş elmi araşdırmaların nəticələri, elmi şərhlər verilməsi nəzərdə tutulur.

 

Jurnalın missiyası dostluğu, vətən sevgisini, insanpərvərliyi, milliliyi qoruyub saxlamaqla dünyəviliyi təbliğ etmək, tolerantlığın qədim köklərə bağlı olduğunu qloballaşan dünyada rahat yaşamın  ən vacib tələblərindən biri olduğunu göstərməkdir. Dünyada sülh əmin-amanlıq tolerantlıq olmadan mümkün deyil.

Burada tolerantlıq kiçik mənada - ayrı-ayrı insan münasibətlərində nəzərdə tutulmur. Bir ölkə daxilində xalqların etnik qrupların, region daxilində qonşu ölkələrin dünya miqyasında ən böyük dövlətlərdən tutmuş ən xırda dövlətlərə qədər bütün münasibətlərdə tolerantlıq nəzərdə tutulur. Əslində bu yol dünyanın xilası yoludur, böyük müharibələrin qarşısının alınması yoludur, mədəniyyətlərin bir-birini qoruması, bir-birini zənginləşdirməsi yolu, gözəldünya mədəniyyətləri çələngiyaratmaq yoludur. Bu yolda Azərbaycan dünyaya örnək ola bilən bir ölkədir. Bizim ölkəmizin belə örnək kimi təbliğatçı olmasında yeni yaradılmışMultikulturalizmjurnalının çox böyük rolu ola bilər.

 

Vaqif ABBASOV

Akademik

525-ci qəzet.- 2016.- 25 iyun.- S.14.