“Baku Guide” bələdçi kataloqunun mart sayında...

 

Azərbaycanın turizm biznes baxımından yaxşı perspektivləri var. Ölkədəki sabitlik, mövcud imkanlar, qeyri-neft sektorunun hələ açılmamış potensialı bunu deməyə əsas verir”.

Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu sözləri Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Senqstşmid “Baku Guide” bələdçi kataloqunun mart nömrəsində dərc olunan müsahibəsində deyib.

Azərbaycanda işgüzar turizmin təşviqinə dəstək məqsədilə yaradılan quruma rəhbərlik edən avstriyalı mütəxəssis müsahibədə paytaxt Bakı bütövlükdə ölkəmizdə bu turizmin istiqamətinin imkanları barədə danışır.

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyətqəzetinin əlavəsi olaraq nəşr olunan “Baku Guide” bələdçi kataloqunun yeni buraxılışı da müxtəlif materiallar, informativ təqdimat xarakterli yazılarla zəngindir. Bakı haqqında hər şeykonseptində, Azərbaycan, ingilis rus dillərində hazırlanan nəşrin mart nömrəsində paytaxtın teatr konsert müəssisələrinin, kino nümayişi mərkəzlərinin, sərgi salonlarının geniş repertuar afişası oxuculara təqdim olunur.

Kataloqun bu nömrəsində milli bayramımız olan Novruz haqqında materiallara xüsusi yer ayrılıb. Bayramın qədim adət-ənənələri, şənlik mərasimləri, ilaxır çərşənbələr, bayram süfrəsi, Novruz şirniyyatları, Novruzun 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması, 2010-cu ildən BMT tərəfindən beynəlxalq bayram elan edilməsi barədə yazılar verilib.

Mart ayında dünyaya gələn məşhur caz bəstəkarı virtuoz pianoçu Vaqif Mustafazadə haqqında məqalədə onun həyat yaradıcılığından, İçərişəhərdəki mənzil-muzeyindən söz açılır.

Azərbaycanın müalicə turizmi imkanlarından bəhs edən yazı isə sağlamlığının qeydinə qalmaq, mənalı istirahətlə sağlam həyat tərzini birləşdirmək istəyənlər üçün xüsusilə maraqlı olacaq.

Yüksək sürət böyük həyəcanyazısı Bakının ev sahibliyi edəcəyi “Formula 1” Avropa Qran-prisinə cəmi üç ay qaldığını, “Bakı şəhər halqası”nda keçiriləcək yarışın özəlliklərini diqqətə çatdırır.

Şəhərimizin aktiv, adrenalin dolu istirahətə üstünlük verən qonaqları bələdçi kataloqun bu nömrəsində əyləncə gecələri, konsert partilər barədə məlumatlar ala bilərlər.

Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda, həmçinin turizm şirkətləri, aviakassalar, hotel, restoran, ticarət məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım üçün çağrı mərkəzlərinin əlaqə nömrələri s. əksini tapıb.

 

525-ci qəzet.- 2016.- 3 mart.- S.7.