Sən oldun...
Unudulmaz Nurəngiz Günün
əziz xatirəsinə
Sən oldun günəşin, güllərin dostu,
Sən oldun ayların, illərin dostu,
Sən oldun xınalı əllərin dostu,
Sən oldun, Sən oldun!
Ayrı
bir aləmdən gələn sən oldun,
Kövrələn biz olduq, gülən
sən oldun,
Bizi bizdən yaxşı bilən sən oldun,
Sən oldun, Sən oldun!
Tanrı
göylərində mələk
oldun sən,
Sevgi qanadında dilək oldun sən,
Ürəklə yaşadın -ürək
oldun sən,
Sən oldun, sən oldun!
Jaləni,
Müjganı nisgilli qoyan,
Əbədi yuxudan bircə
an oyan,
Bircə
sözümüzdən bizləri
duyan,
Sən oldun, sən oldun!..
Maşallah MƏFTUN
525-ci qəzet.- 2016.- 4 mart.- S.4.