“Azərbaycan”
qəzetində parlament
hesabatları və şərhlər
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi qarşısında
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın əlifbasına
çevirəni, ön
sözün müəllifi,
lüğətin tərtibçisi:
Şirməmməd Hüseynov
Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
I cild (noyabr 1918 - aprel 1920)
İşçi məsələsi
İşçiləri zəhmətin ağır məşəqqətindən
bilnisbə rahət etmək üçün firqə aşağıdakı
maddələri tələb
ediyor:
38) Hər bir muzdur,
qulluqçu, əmələ
və fəhlə üçün iş günü səkkiz saatdan artıq olmamalıdır.
39) Hər bir muzdur,
qulluqçu, əmələ
və fəhlə üçün - erkək-qadın
- fasiləsiz olaraq həftədə 24 saatlıq
istirahət müddəti
qanunən müqərrər
olmalıdır.
40) Qanunən müəyyən
olan iş günündən artıq
işləmək qaidəsi
tamamilə mən edilməlidir.
41) Gecə qulluğu (axşam saat 9-dan saat 6-ya qədər) yasaqdır. Fəqət işin texnikası
tələb elədigi
təqdirdə və əmələ təşkilatı
tərəfindən caiz
görüldügü halda
gecə xidməti görülə bilər.
42) 16 yaşına qədər məktəb sinnində olan balaların çalışdırılması məmnudur. 16 yaşından
18 yaşına qədər
olan cavanların iş günü isə 6 saatdan artıq olamaz.
43) Qadınları səhhət
və vücudlarına
zərərli olan işlərdə çalışdırmaq
məmnudur. Hamilə olan qadın
xidmətkarlar doğduqlarından
4 həftə əvvəl
və 6 həftə də sonra xidmətdən
azad edilib və bu azadlıqları
müddətində dəxi
muzd və məvaciblərini tamamilə
alacaqlardır.
44) Qadın əmələ və fəhləsi olan hər bir
fabrika, zavod və ya sair
kəsbxanələr yanında
südəmər uşaqlara
məxsus tərbiyəxanələr
yapılacaq, uşaq əmizdirən ana-qulluqçular
hər 3 saat arasında yarım saatdan az
olmamaq şərtilə
xidmətdən azad ediləcəklərdir.
45) Tamamilə və ya qismən işləmək qabiliyyətini
itirmiş olan əmələlər dövlət
tərəfindən xüsusi
bir fond (sərmayə)
hesabına sığorta
olunacaqlardır. Bu fond dəxi sərmayədarlardan
alınan xüsusi bir vergi hasilatından
əmələ gələcəkdir.
46) Muzd və məvacib
müqabilində nəqd
əvəzinə cövz
vermək qaydası tamamilə mən ediləcək, muzd və ya məvacib
isə həftədə
bir dəfə iş müddəti əsnasında veriləcəkdir.
47) Cərimə xarab olan və ya
bəyəniləməyən mətain mayasını qaytarmaq və sairə kibi hər növ ittifaq və səbəblərdən ötrü
olsa da fəhlələrin
həqq və hesabından pul çıxmaq qaidəsi kökündən mən edilməlidir.
48) Hər növ emalxanə, kəsbxanə,
fabrika, zavod və sairəyə kifayət edəcək qədər fabrika müfəttişləri (inspektorlar)
təyin edilməlidir.
Dövlətə məxsus olan
sənaətxanələr, xadimə və qulluqçusu olan kəsbxanələr dəxi
bu müfəttişlərin
nəzarətinə tabedirlər.
Bu cümlədən olaraq
ev qulluqçuları
ilə nökərlər
dəxi fabrika müfəttişliyinə tabedirlər.
Qadınların çalışdığı
yerlərə qadın
müfəttişlər təyin
olunmalıdır. Fabrika, zavod
və zəhmətin müdafiəsinə məxsus
nəşr olunan qanunların kamilən yerinə yetirilməsinə
baxmaq üçün
əmələlər tərəfindən
seçilmiş vəkillər
dəxi iştirak etməlidirlər. Bu vəkillərə
dövlət tərəfindən
maaş veriləcəkdir. Əmələlər tərəfindən seçilən
bu vəkillər əmələyə verilən
materiallara onların (brakovka) yaramazlığa və ələlümum işin nəticəsinə
nəzarət etməlidirlər.
49) Sahibkarlar tərəfindən
əmələlərə məxsus olaraq verilən evlərlə mənzillərin səhhətə
müvafiq olub-olmamasına,
məzkur otaqların daxili səliqə və tərtibatına və onların kirayə verilmək şəraitinə baxmaq və həmçinin iş sahiblərinin əmələlərin ev işlərinə müdaxilə etmələrinə
meydan verməmək üçün bu mənzillər məhəlli
idarələr tərəfindən
təftiş olunub nəzarət altına alınmalı, bu nəzarətə əmələlərin
vəkilləri də
iştirak etməlidirlər.
50) Hər bir kargah,
fabrika və emalxanədə müntəzəm
surətdə iş sahiblərinin nüfuzundan
azad səhiyyə nəzarətləri təsis
olunmalıdır. İş sahiblərinin
hesabına olaraq əmələlərə müftə
dərman verilməli və azarlandıqları müddətcə məvacibləri
dəxi özlərinə
yetişməlidir.
51) Səy və zəhmət qanununu sındıran iş sahibləri cinayət qanunu mövcibincə məsuliyyətə alınmalıdırlar.
52) Hər bir kargah
və kəsbxanədə
yarısı iş sahiblərindən, yarısı
da əmələlərdən
ibarət xüsusi mühakimə heyətləri
təşkil olunmalıdır.
53) Yerli və xaricdən
gəlmə əmələ
və işçilərə
qulluq tapmaq üçün kontorları
(məsai birjası) təsis etmək işi məhəlli idarələrə həvalə
olunmalı, bu kontorlarda əmələ təşkilatı tərəfindən
seçilmiş vəkillər
dəxi iştirak etməlidirlər.
Millətin özəyini təşkil
edən xəlq baxımsızlıq üzündən
müsri xəstəliklərə
tutularaq minlərlə
qırılıyor. Təbiidir ki,
tədabiri-səhiyyə imdikindən
daha ziyadə bir ciddiyyətlə əxz olunmalıdır.
İaşə (ərzaq) məsələsinin
islahı, bu xüsusda ən təsirli bir çarə ola
bilər. Fəqət bunun üçün
də yolların tərtib və əmniyyəti, başqa millətlərlə ticarət
mübadiləsinin təshil
və əmniyyəti
əlzəmdir.
Məarif daha ziyadə yapılmalı və daha ziyadə milliləşməlidir. Köylər məktəb şəbəkələri
ilə, şəhərlər
də darülmüəlliminlərlə
dolmalıdır.
Dövlət müəssisələri ilə
təhrirati-rəsmiyyənin mümkün olduqca milliləşməsinə cəhd
etməlidir.
Əlbəttə unutmayırız ki, hökumət eləmək
bir tərəfdən
xəlqin etimadını
qazanmaqla olursa, digər tərəfdən
dəxi cəbri qüvvəyə istinad etməklə olur. Bunun üçün
də əskəri təşkilata son dərəcədə
əhəmiyyət verməlidir.
Dövlətin xaricən müdafiəsi
daxilən də müsaliməti bunu iqtiza ediyor. Xidməti-əskəriyyə bütün xəlq
təbəqələrinə müsavi surətdə təhmil olunmalıdır.
Dövlət büdcəsinin ağırlığı
onsuz da ağır bir həyat keçirən xəlqin üzərinə
degil, daha ağ gün
və daha zəngin siniflərə təhmil olunmalıdır.
Yeni qurulacaq hökumətdən
daxilən və xaricən bu proqram daxilində fəaliyyət istiyəcək
Məclisi-Məbusan, eyni
zamanda kəndisi dəxi bizzat Azərbaycan Məclisi-Müəssisanını
dəvət eləmək
üçün imdidən
təşəbbüsdə olmalı, qanuni-intixab yazılması üçün
bir an əvvəl
məxsusi bir komisyon ayırmalıdır.
Bayaqdan bəri
zikr etdigim mətləbləri, məmləkətin
istiqlalını müdafiə
və millətin həyatını mühafizə
etmək əzmi-qəviyyəsilə
təşəkkül edəcək
bir hökumətdir ki, vücuda gətirə bilər. Böylə bir
hökumət yalnız
içində bulunduğumuz
şəraiti-hazirəyə görə yalnız tərəqqipərvər bir
koalisyon surətilə
təşəkkül edə
bilər.
Bu surətlə qurulacaq
hökumət firqə
və milliyyət etibarilə müştərək
olmalı və hər bir cəhətcə
parlaman hüzurunda məsul bulunmalıdır. Yalnız böylə
bir üsul ilə təşkil olunacaq hökumətdir ki, əlbirligi ilə xilasına borclu olduğumuz vəziyyəti qurtarıb
hürriyyət və
istiqlalımızı təmin
ilə bizi həm Məclisi-Müəssisan
hüzuruna çıxarar,
həm də istiqlalımızın beynəlmiləl
təsdiqini asanlaşdırar.
“Azərbaycan”, 12 dekabr 1918,
¹63
Təbəddül - dəyişdirilmə
Həqqa
- doğrusu ki
Müddə - tələb edəni
Sitarə
- ulduz
Əqsa
- uzaqda olan
Müzahirət - yardım, kömək
Cüzi
- hissə
Mülayimət - mülayimlik
İstehqaq - haqlı olma
Müsalihə - barışıq
Müstənid - sübutlu, əsaslanan
Fəngir
- hiyləgər
Mən
- qadağan
Məmnu
- qadağan
Müsri
- yoluxucu
Əxz
- əldə etmə
Təshil
- asanlaşdırma
Təhmil
- yükləmə, yüklədilmə
Qəvi
- qüvvətli, mətin
Cövz
- qoz
Parlaman ətrafında
Lənkərandan parlaman Məclisi-Məbusanı
rəisi naminə böylə bir məktub alınmışdır:
Şura hökumətinin təqibindən qaçaraq doğma yurdundan ayrı düşmüş olan biz qaçqınlar Azərbaycan üfüqündə tülu edib müsibətzədə vətənimizə mədəniyyət, tərəqqi və nəşvü-nüma yolları göstərən işıqlı yıldızın nümayan olması münasibətilə parlaman sədrini təbrik edəriz. Ulu tanrı müsəlmanlara rəhm edərək, bolşeviklər zülmündən xilasları həqqindəki dualarını eşitdi. Türk milləti kəndi müqəddəratını kəndi əlinə almaq kibi hüquqi-bəşəriyyədən istifadədən ibarət olub da uzun müddətdən bəri bəslədigi arzusuna nəhayət nail oldu. Azərbaycan gələcək tərəqqisinə, müstəqbəl nəşvü-nümasına kəndi qüvvəsi və parlaman şəxsinə milli nümayəndələri himmətilə nail olacağına ümidlə tam istiqlal aldı. Şimdi biz azərbaycanlılar üçün yeni bir gözəl tarix başlanıyor ki, müttəhidən əl-ələ verib çalışarsaq əziz Azərbaycanımızı tazəliyəcək, yeniləşdirəcəkdir. Xəlq müntəxəbləri ilk dəfə olaraq yığışmışlar ki, məmləkətdə qanuna riayət, həyat və əmlakı müdafiə, nahiyənin mədəni tərəqqisi, ticarət və sənayenin nəşvü-nümasına səbəb olacaq dinc fəaliyyət əsası qoysunlar. Şəxsinizdə xəlq nüamyəndələrini təbrik və təhniyyətlə bilafərq milliyyət Azərbaycan vətəndaşlarının müsalimətlə işləmələrinin tərəqqi və inkişafiyyətini arzu, möhkəm dövlət qanunu tərtibi və mətin, qəvi, vahid Azərbaycan Xəlq Cümhuriyyəti təsisinə ümid etdigimizi parlamana bildirmənizi rica edəriz. Kətbi-müqəddəsədə deniliyor ki: “İmanınız dərəcəsində səadət veriliyor”. İncil-şərifin bu sözləri həyatımızda həqiqət olaraq meydana çıxdı: biz Azərbaycanın var olacağına qəvi imanla inanıyorduq - var oldu da. Binaənileyh qəvi qəvi hürriyyətin məhkumiyyətə qələbə çaldığı bu əziz gün azərbaycanlılar qəlbində parlaq istiqbala iman nuru daha parlaq bir surətdə ləmələnsin. Amin.
Lənkəran cəmiyyət müvəkkili Teymur bəy Bayraməlibəyov, “Müsavat” firqəsinin Lənkəran şöbəsi sədri Yusif bəy Bayraməlibəyov, Astara icra komitəsi sədri məşhədi Xəlil Rzayev, “Hümmət” fəhlə firqəsi rəisi Ağa Məhəmmədov, “Hümmət” katibləri Ağa Axundov və İbrahim bəy Bayraməlibəyov, “Müsavat” katibi hacı Ağa Məhəmmədov, Lənkəran bələdiyyə rəisi Daşdəmirov.
Lənkəran
“Azərbaycan”, 12 dekabr 1918,
¹63
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2016.- 5 mart.- S.21