Xalq şairi Süleyman Rüstəm “Əsri” məzarlığında

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 85 illiyinə

 

Əsriməzarlığına gedən yolu heç vaxt ot basmayacaq

 

2002-ci ildə M.Ə.Rəsulzadənin əsərlərinin 2-ci cildi doğma vətənində işıq üzü gördü. Mən onun bir nüsxəsini çoxdan bəri tanıdığım TəfəkkürUniversitetinin jurnalistika kafedrasında birgə çalışdığımız Azad müəllim Şərifova da verdim. Məmnun oldu dedi ki, sənə 1966-1969-cu illərdə, Türkiyədə Moskvanın dövlət qəzetiİzvestiya”nın xüsusi müxbiri işlədiyim dövrdə M.Ə.Rəsulzadə, Azərbaycan mühacirləri onların övladları haqqında maraqlı xatirələr danışaram. Əlbəttə məni ən çox M.Ə.Rəsulzadə ilə əlaqədar faktlar maraqlandırırdı. Dedi ki, mən onları hazırlayıram, yəqin ki, “Zerkaloqəzetində verəcəm, oxuyarsan. Verdi, mən məmnuniyyətlə oxudum. Tarixi sənəddir: “AnkaranınƏsriməzarlığına gedən yolu heç vaxt ot basmayacaq”.

 

Əziz oxucular, “Zerkaloqəzetinin 2003-cü il 24 may nömrəsində dərc olunmuş, qüdrətli qələm sahibi, vətəni Azərbaycanı candan sevən, 2009-cu ildə dekabrın 24-də 79 yaşında dünyasını dəyişən Azad Şərifovun bu xatirəsini siz oxuyun. Əmin olun ki, “Əsri”nin, o cümlədən, Üzeyir HacıbəylininVətən övladıadlandırdığı M.Ə.Rəsulzadənin anadan olduğu Novxanı kəndinin yolunu heç vaxt ot basmayacaq.

 

Azad Şərifovun məqaləsində diqqətimi cəlb edən məqamlardan biri Xalq şairi, kommunist Süleyman Rüstəmin AnkaranınƏsriməzarlığında M.Ə.Rəsulzadənin qəbrini ziyarəti oldu.

 

Arzu edirəm ki, Xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə yazdığı şeirindəkiverəmmədiksözüverdik”lə əvəz olunsun:

 

Bu torpağın özü boyda

Bu torpağa məhəbbətlə doluydun.

Bu torpağın yolunda da

Sən öz canın qoydun.

Borclu ikən vətən sənə, xalq sənə

Hər şey döndü tərsinə.

Verəmmədik bu torpaqdan

Bir məzarlıq yer sənə.

 

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 5 mart.- S.15