"Qızlar bayramı" - "Hina Matsuri"

 

 

8 Mart Beynəlxalq Qadınlar bayramı dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir.

 

Yaponiyada isə Qızlar bayramı martın 3-nə təsadüf edir. Qədim yapon ənənələrinə söykənən həmin bayramın özəlliklərinin maraq doğuracağını düşünərək, bu barədə yazını oxucularımıza təqdim edirik.

 

Akari o tsukemaşou bonborini  -

Ohana o aqemaşou momo no hana -

Qonin bayaşi no fue tayko -

Kyou va tanoşiy Hina matsuri -

 

Fənərləri işıqlandıraq,

Şaftalı çiçəklərini hazırlayaq.

Beşli dəstgah zurna davul çalır,

Bugün şən Gəlinciklər bayramı.

 

"Hina matsuri - Qızlar bayramı" nəğməsi (tərcüməçi: G.Y.)

 

Ənənəvi olaraq, hər ilin 3 mart tarixində Yaponiyada "Qızlar bayramı" qeyd olunur. Həmin tarixdə qız uşaqları olan bütün evlərdə müxtəlif ictimai yerlərdə "Hina ninqyou - Hina gəlincikləri" sərgilənərək, qız uşaqlarının sağlamlığı xoşbəxtliyi üçün dualar edilir.

 

Qədim yapon təqvimi olan Ay-Günəş təqviminə əsasən bu bayram üçüncü ayın üçüncü günü qeyd olunurdu ki, bu da təxminən aprel ayına təsadüf edirdi. 1873-cü il Meyci dövründə aparılan təqvim islahatlarından sonra Milad təqvimi ilə 3 mart tarixində qeyd olunmağa başlanmışdır. Lakin hələ bəzi yerlərdə, xüsusilə   Touhoku Hokuriku kimi soyuq ərazilərdə bayram yeni təqvimə əsasən 3 aprel tarixində qeyd olunur. Bu isə köhnə təqvimlə şaftalı ağaclarının çiçəklədiyi vaxta təsadüf etdiyi üçün "Şaftalı festivalı" kimi yad edilir.

 

"Hina matsuri"nin başlanğıc tarixi haqqında dəqiq bir məlumat yoxdur. Eyni zamanda, mənşəyi ilə bağlı bir çox fərziyyələr mövcuddur. Təxminən 1000 il əvvəldən, Heyan dövründən (794-1185) gəlinciklərlə bağlı məsələlərə təsadüf edirik.Həmin dövrə aid mənbələrdə  Kyotoda zəngin ailə qızlarının oyuncaq gəlinciklərlə oynadığına rast gəlinir. Eyni zamanda,  dövrün məşhur qadın yazıçısı Murasaki Şikibunun "Genci Monoqatari - Gencinin əhvalatları" əsərində zadəganlar arasında geniş yayılmış "Hina gəlincikləri Oyunu"ndan bəhs edilir. Bununla yanaşı, Çin mədəniyyətinin təsiri olaraq həmin dövrdə xalq arasında "Naqaşibina" (Üzən oyuncaqlar) adı verilən ayinlər həyata keçirilirdi ki, mart ayının əvvəllərində xəstəliklərdən fəlakətlərdən uzaq olmaq üçün kağızdan ya bitkilərdən hazırlanan insan formalı oyuncaqları çaylara dənizlərə atardılar. Bu haqda "Qencinin əhvalatları" romanının 12-ci hissəsində Hikaru Qencinin xüsusi mərasimlə paklaşdırdığı oyuncaq gəlinciyi gəmiyə qoyaraq, Suma şəhərinin sularında üzdürdüyündən bəhs edilir. Zaman keçdikcə bu iki hadisə birləşərək, ölkənin hər yerində qeyd olunan bir bayram halına gəlmişdir. İlk əvvəllər "Hina asobi" (Gəlincik oyunu)adlanmasına baxmayaraq, sonradan bayram "Hina matsuri" adı ilə qeyd olunmuşdur.

 

Bayramın əsas simvolu "hinaninqyou"dur (oyuncaq gəlincik). Başlanğıcda bir cüt kişi qadın gəlinciklərdən ibarət olan hinaninqyouları, zaman keçdikcə, əvvəl 3, sonra 5 günümüzdə 7 pilləli qırmızı döşəməli platformada nümayiş olunan göz qamaşdırıcı bir hala gəlmişdir. Hinaninqyoular saray zadəganlarının geyimlərində, qadın gəlinciklərinin saçları daha çox "Osuberakaşi" yaxud "Kotensaqeqami" (saray qadınlarının saç düzümü) şəklində olur.

 

Qırmızı platformanın ən üst ilkin pilləsində imperator imperatriçə gəlincikləri nümayiş olunur ki, bunlar "dayribina" adlanır. Geyimləri Heyan dövrünün geyim tərzini əks elətdirir ki, imperatorun tacı, qılıncı əsası, qadın isə on iki qatlı kimanosu ilə əlində yelpiklə göstərilir. Eyni zamanda, bu pillədə hər iki tərəfə fənərlər qoyulur ki, bu bayram işıqlarıdır.

 

Növbəti pillədə "sanninkancou" olaraq bilinən, imperator ailəsinin ən üst köməkçilərini təmsil edən gəlinciklərdir. Xüsusilə yemək məsələlərinə cavabdeh xidmətçi gəlinciklərin pilləsində bayram nabatları da yerləşdirilir.

 

Üçüncü pillədə isə "qonin bayaşi" adlandırılan beş musiqiçi dayanır:  "fue (zurna)", "utaikata (müğənni)", "kotsuzumi (əl davulu)", "ootsuzumi (böyük davul)", "tayko (kiçik baraban)".

 

Musiqiçilərdən sonrakı pillə isəZuishinadlanan vəzirlərindir ki, burada "udaycin" adlanan sağ vəzir   "sadaycin" adlanan sol vəzir nümayiş olunur. Hər iki vəzirlər əsgəri geyimdə olub, əllərində ox yay saxlayırlar. Vəzirlərlə eyni pillədə "ozen" adlanan masalar da qoyulur.

 

Və nəhayət sonuncu pillə "şiçou" adlanan üç nəfərlik xidmətçi qrupundur ki, onlar imperatriçə üçün lazımlı əşyaları daşıyan gəlinciklərdir. İki yanda da "sakura" (gilas) "taçibana" (mandarin) ağacları vardır.

 

"Hina matsuri" bayramının gəlincik dəstləri olduqca bahalıdır. Əlbəttə ki, dəstlərdə müxtəliflik vardır, lakin tam təchizatlı dəst bir milyon yendən artıq dəyərdə satılır (təxminən 14000 manat). Adətən bu dəstlər nəsildən-nəsilə ötürülür, lakin belə olmadığı halda qız uşağının ilk "Hina matsuri" bayramında baba nənəsi yaxud valideynləri tərəfindən alınır. Müasir dövrümüzdə yaponların çoxu olduqca kiçik evlərdə yaşadıqlarından imperator imperatriçənin gəlincikləri daha məşhurdur. Bayramın maraqlı inanclarından biri isə 3 mart tarixində belə bir sərgi nümayiş olunmadıqda evin qızının ailə həyatı qurması gecikə bilər.

 

Bayrama məxsusi düyüdən almaz formalı kekslər hazırlayırlar. Bunlar qırmızı yaxud çəhrayı, yaşıl rənglərdə olur ki, hər birinin  özünəməxsus mənası vardır. Qırmızı rəng mənfi ruhlardan qorunmaq, rəng saflıq, yaşıl rəng isə sağlamlıq rəmzidir.

 

Gördüyümüz kimi, dünyanın müxtəlif ölkələrində xanımlara həsr olunmuş bayramların Yaponiyada da özünəməxsus maraqlı forması mövcuddur. Bunun da əsasında gənc qızlara münasibət, onların şər qüvvələrdən uzaq olması gələcək xoşbəxtliyi dayanır. Qadın yapon dünyagörüşünə görə ailənin dayağı sayılır: "Nyoubou va ie no daykokubaşira - Qadın evin dirəyidir".

 

Gülnar YUNUSOVA

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi

525-ci qəzet.- 2016.- 8 mart.- S.7