Analar, xanımlar, mələklər, bayramınız mübarək!

 

 

 

 

Bu gözəl bəladı

Gəldi mənim başıma,

Hər gün çıxar qarşıma...

 

Buda bir can alandı

Bu gözəlin yanında

Əzrail-zad yalandı.

Əzrail bir gün gələr,

Canını alar gedər.

Bu gözəl hər gün gələr

Odlara salar gedər.

 

Gəlməsə, can verməyə

Sənin özün gələrsən.

Görməsən, yetim qalmış

Quzu kimi mələrsən,

Həsrətindən ölərsən.

 

Bizi sevən, əzab verən,

Canımızı üzənsən.

Yolumuzda hər cəfaya,

Hər bəlaya dözənsən.

 

Dilimizdə ən müqəddəs

Söz sənin adındı.

Bizi gözəl dünyamıza

Gətirən qadındı.

 

07.03.2016

Fikrət QOCA

525-ci qəzet.- 2016.- 8 mart.- S.7