Azərbaycan kəlağayısının Parisdə butiki təşkil edilib

 

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Parisdə "Beaugrenelle" ticarət mərkəzində azərbaycanlı dizayner Mənzər Hacıyevanın "Kəlağayı" butikini təşkil edib.

 

İki gün ərzində ticarət mərkəzində şəhər əhalisi turistlərin azərbaycanlı dizaynerin üzərində qrifi olan kəlağayı, ipək kəşmir yaylıqlarını tanımaq öz aksessuarlarını tamamlamaq imkanı olacaq.

 

Avropa Azərbaycan Cəmiyyəti yazın gəlişini bildirən xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən ənənəvi Novruz bayramı ərəfəsində təşkil etməsi heç təsadüfi deyil. Azərbaycanda Orta Asiya ölkələrində bayram edilən Novruz yeni ilin gəlişi, təbiətin oyanışı hesab olunur.

 

Mənzər Hacıyeva da Azərbaycan ənənəvi baş geyimi olan "Kəlağayı"ya yeni nəfəs verərək, onun yenidən dəbə minməsinə inkişafına öz töhfəsini verib. Azərbaycanlı dizayner öz brendini yaradaraq kəlağayını dəb aksessuarı kimi təqdim edir.

 

Yaratdığı əl işlərinin Azərbaycan mədəni irsinə daha yaxşı inteqrasiya etməsi üçün Mənzər Hacıyeva dizaynlarında ənənəvi müasir elementləri, rəngləri, ipək üzərindəki rəsmləri son dərəcə ustalıqla bir-birinə uyğunlaşdırır.

 

Qeyd edək ki, Azərbaycan kəlağayı sənəti "Kəlağayı simvolizmi ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına 2014-cü ildə daxil edilib.

 

525-ci qəzet.- 2016.- 8 mart.- S.7