Azərbaycan
kitabçılığının tədqiqinə dəyərli
töhfə
İRADƏ ƏLƏSGƏROVANIN "AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBAT TARİXİ" MONOQRAFİYASI DÖVLƏT MÜKAFATINA TƏQDİM OLUNUB
Keçmiş SSRİ-də nəşriyyat
işi və poliqrafiyanın baza məktəbi sayılan İ.Fyodorov adına Ukrayna Poliqrafiya İnstitutunun ilk azərbaycanlı
məzunu İradə
Ələsgərova 1978-ci ildə
"Yeni kitab" mətbəəsində sex ustası
kimi fəaliyyətə
başlayıb, kiçik
bir zaman kəsiyində ona etibar edilən bir-birindən fərqli vəzifələrin (çap
sexi üzrə mühəndis, yeni texnika, kəşf, ixtira və səmərələşdrici təkliflər
üzrə mühəndis,
Baş mexanik) öhdəsindən gəlib,
"Dövlətnəşrkom"da Baş mühəndis vəzifəsinə irəli
çəkilib.
1980-cı ildə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsində
(AKP MK-da) yaradılmış
maliyyə-təftiş komissiyasının
tərki-bində "Kommunist"
(indiki "Azərbaycan")
nəşriyyatının təsərrüfat
fəaliyyətini yoxlayıb,
yoxlamadan sonra MK-nın göstərişi
ilə nəşriyyatda
texniki nəzarət şöbəsinin rəisi
təyin edilib. İradə xanım
res-publikada KP-nin üzvlüyünə namizəd
belə olmadan onun nomenklaturası daxilində vəzifəyə
təyinat almış
yeganə mütəxəssis
olub. 1995-ci ilə kimi bu
vəzifədə çalışmış,
1995-ci ildən kimya laboratoriyası, istehsalat və texniki nəzarət şöbələrinin
birləşməsindən yaranmış istehsalat şöbəsinə rəhbərlik
edir.
Bu gün respublikada
nəşriyyat-poliqrafiya işinin
mahir bilicisi kimi tanınır. Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
dərsliklərin bədii-texniki
tərtibatı üzrə
eksperti olmaqla yanaşı, həm də respublikanın nüfuzlu elmi nəşrlərində və
ölkə xaricində
dərc olunmuş 50-dən
çox elmi məqalənin, ali məktəb tələbələri
üçün "Kitabın
bədii və texniki tərtibatı"
adlı dərs proqramının (2008) və
dərsliyin (2010 və
2015), "Azərbaycan kitabının
bədii və texniki tərtibat tarixi" adlı monoqrafiyanın və eyniadlı dərs proqramının müəllifidir.
"Azərbaycan kitabının bədii və texniki tərtibatı məsələləri"
mövzusunda dissertasiyasını
mütəxəssislər bu
sahədə yazılmış
ən dəyərli və sanballı elmi-tədqiqat işlərindən
biri kimi dəyərləndiriblər. Əməkdar mədəniyyət
işçisi adına layiq görülmüş İradə
Ələsgərova tarix
üzrə fəlsəfə
doktoru, "Qızıl
qələm" mükafatı
laureatıdır.
İradə Ələsgərovanın "Təhsil" nəşriyyatında
çapdan çıxmış
"Azərbaycan kitabının
bədii və texniki tərtibat tarixi" adlı monoqrafiyasında Azərbaycan
kitabının, yazı
yaranandan 2010-cu ilə
qədər, keçdiyi
tarixi inkişaf yolu - təxminən min ilə yaxın bir dövr izlənilir.
Orta əsr əlyazmalarımız da daxil olmaqla zəngin
kitab tərtibatı tariximizin bütövlükdə
tədqiqat obyektinə
çevrilib araşdırıldığı
bu nəşrdə kitabın ilk dəfə tədqiqata texniki oxu vasitəsi, poliqrafiya məmulatı kimi deyil, yazar,
ədəbi, elmi, texniki və bədii redaktorların, poliqrafiya mütəxəssislərinin
birgə əməyinin
məhsulu kimi cəlb edilməsi, müəllifə, kitabı
yaradanların funksiyalarının
qarşılıqlı uzlaşdırılmasını
aparıb hər birinin vəzifəsini və nəşrdə yerini dəqiqləşdirməyə,
uğursuzluqları şərtləndirən
amilləri üzə
çıxarıb çatışmazlıqların
ara-dan qaldırılması
yollarını aşkarlamağa
imkan vermişdir. Nəşrdə kitab tərtibatına
dair məsələlər
pillə-pillə araşdırılıb
təhlil edilməklə
yanaşı, həm də bədii tərtibat üsullarının
təsnifatı verilir,
bədii və texniki ifadə vasitələrinin uzlaşdırılması
aparılır, başlıca
tərtibat meyarları,
maddi-texniki bazanın kitab tərtibatında yeri dəqiqləşdirilir.
Monoqrafiyada kitabın bədii
və texniki tərtibat xüsusiyyətlərinin
ilk dəfə çap
üsullarının texniki
imkanları, poliqrafiya
texnika və texnologiyasının inkişaf
səviyyəsi ilə
əlaqəli araşdırılması
həyata keçirilir
ki, bu da
tədqiqat prosesində
əldə edilmiş
qənaətlərin kitabçılığın
və bütövlükdə
nəşriyyat-poliqrafiya sisteminin
inkişafına təsirini
elmi və təcrübi müstəvidə
tədqiq edib öyrənməyə imkan
verir.
Nəşrdə diqqət çəkən
məqamlardan biri də müəllifin kitaba verilən tərtibatın mətnin dərkedilmə səviyyəsinə
və oxucuya göstərə biləcəyi
təsirin əvvəlcədən
hesablanmasının və
cəmiyyətdə ictimai
rəyin tənzimlənməsinin
mümkünlüyü ilə
bağlı fikirlərdir. Bu tənzimləmə,
şübhəsiz nəticədə
cəmiyyətdə yazar,
redaktor və naşirlərin statusunun daha da yüksəlməsinə,
onların ictimai rəyə təsir imkanlarının genişlənməsinə,
deməli, ölkədə
sabitliyin sivil yolla qorunub saxlanılmasına
və milli birliyin bərqərar olmasına, bir sözlə, müstəqilliyini
bərpa etmiş gənc dövlətimizin daha da möhkəmlənməsinə
xidmət edəcək.
Bu da mövzunun aktuallığını
göstərməklə yanaşı,
həm də elmi işin dəyərini əhəmiyyətli
dərəcədə artırır.
Milli kitabımızın
minillik tərtibat tarixinin tədqiqi araşdırıcıya mövcud
stereotipləri dağıdıb
tək kitabşünaslıq
sahəsində yox, həm də siyasi-ideoloji baxımdan da mühüm əhəmiyyət kəsb
edən elmi uğura imza atıb informasiya məkanına nəzarət
mexanizminin (sivil yolla) işlənilib hazırlanmasının reallığını
sübut etməyə
imkan verir. Bununla da tək kitab
tərtibatı sahəsində
yox, həm də informatika, yazı qrafikası, standartlaşdırma, sənətşünaslıq,
poliqrafiya materialları
istehsalı, texnologiya,
kadr hazırlığı,
psixofiziologiya və s.
sahələrdə də
gələcək tədqiqatların
istiqamətini müəyyənləşdirib
növbəti axtarışlara
zəmin hazırlayan
son dərəcə sanballı,
gərəkli bir tədqiqat əsəri ortaya qoyulur; bütövlükdə nəşriyyat-poliqrafiya
sisteminin inkişafını
- kitab nəşri, reklam və yayımını, poliqrafiya
materialları istehsalını
və bu sahədə kadr hazırlığını təşkil
etməyə, eləcə
də bütün bu funksiyaları həyata keçirməli
olan subyektlər arasında qarşılıqlı
əlaqələri tənzimləməyə
imkan verən real təklif və tövsiyələr, müddəalar
irəli sürülür.
Müəllifin gəldiyi qənaətlər
tək nəzəri materiala yox, həm də tədqiqatçının 40 ilə
yaxın bir müddətdə bilavasitə
istehsalatda topladığı
təcrübəyə söykənır.
Qənaətlərin düzgünlüyünü isə onun respublika
səviyyəli Elmi seminarda dinlənilən mühazirəsi ("Respublika"qəz.
¹ 256, 17.11.2012, ¹287, 23.12.2012) və "Respublika" qəzetinin ümumrespublika müstəvisinə
çıxardığı, aparılan tədqiqatın
nəticələri (təklif
və tövsiyələrin,
müddəaların reallığı)
ilə bağlı müzakirələrdə (¹007, 13.01.2013, ¹008,
15.01.2013, ¹009, 16.01.2013) A.Xələfli, Ç.Əlioğlu, K.Aslan,
L.Məmmədova, B.Axundov,
K.Tahirov, M.Mahmudov, Ə.İdrisoğlu, P.Kazımi,
A.Hüseynov, T.Əhmədov
və digər ömrünü bu sahənin inkişafına
həsr etmiş peşəkar naşir və poliqrafçıların,
görkəmli kitabşünasların
yer almış fikirləri və müzakirəyə vurulmuş
yekun (¹001, 08.01.2014, ¹002,09.01.2014) da təsdiqləyir.
Monoqrafiya, humanitar elm sahəsində
yazılan çox
nadir elmi-tədqiqat əsərlərindəndir
ki, təcrübi istifadəsi genişdir, tətbiqi var, məzmun və forma etibarilə özündə
bir sıra sahələr üzrə elmi yenilikləri əks etdirir. Nəşrdə, qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramından irəli gələn məsələlərin
və işsizlik probleminin həllinə kömək, sahibkarlığa
dəstək baxımından
da son dərəcə
faydalı olan iqtisadi, texniki və texnoloji işləmələr yer
alır. Bütün bunların
həyata keçirilməsi
respublikada elmi-texniki tərəqqinin sürətlənməsinə
əhəmiyyətli töhfə
verə, çapa hazırlanan nəşrlərin
tərtibat səviyyəsinin
yüksəlməsinə şərait
yarada bilər.
Min ilə yaxın bir dövrdə hazırlanmış əlyazma
və ilk çap kitablarının da müasir kitablarla yanaşı tədqiqat obyektinə çevrilib tədqiq edildiyi, kitab tərtibatı sahəsində öz sözünü deməyi
bacarmış çoxsaylı
yaradıcı şəxslərin
əməyinin də araşdırılaraq dəyərləndirildiyi
nəşr gələcək
tədqiqatçılar üçün
zəngin material daşıyıcısı
sayıla biləcək
qədər etibarlı
elmi-təcrübi mənbə,
ali təhsil ocaqlarında milli irsimizi öyrənən tələbələrin - gələcək
naşirlərin ixtisas
səviyyəsini yüksəltməyə
xidmət edə biləcək sanballı dərslik kimi də xüsusi dəyər kəsb edir.
Hər bir xalqın mədəni səviyyəsinin başlıca göstəricisi sayılan, siyasi-ideoloji mübarizə silahı, təbliğat-təşviqat vasitəsi, etibarlı informasiya mənbəyi kimi qəbul olu-nan kitabın dövlətçilik ənənələrinin möhkəmlənməsinə, gənclərin intellektual səviyyəsinin yüksəlməsinə və onlarda milli təfəkkürün formalaşmasına istiqamətləndirilməsi, yenidən müstəqilliyini bərpa etmiş xalqın tarixi köklərinə və milli-mənəvi dəyərlərinə qayıdışını təmin etmək baxımından da xüsusi əhəmiyyət kəsb edir. Monoqrafiya, bu mənada milli kitab sənətimizin qədimliyini və zənginliyini bir daha təsdiqləyib göstərməklə yanaşı, həm də xalqımızın müstəqillik illərində beynəlxalq aləmdə yeni-yeni formalaşmağa başlamış imicinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verib milli kitab sənətimizin qədimliyinin, bədii və texniki kitab tərtibatı mədəniyyətimizin bənzərsizliyinin təbliği üçün geniş imkanlar açmış olur.
Deyilənləri elmin fərqli sahələrində özünü təsdiqləmiş onlarla nüfuzlu alimin, əsl peşəkarların kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə yer almış fikirləri də təsdiqləyir.
Monoqrafiya Odlar Yurdu Universiteti Elmi Şurasının 15 fevral 2016-cı il tarixli iclasında (protokol ¹ 05) geniş müzakirə olunub, şura üzvləri tarix üzrə fəlsəfə doktoru İradə Ələsgərovanın "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" adlı elmi əsərinin 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunması ilə əlaqədar qərar qəbul edib və məsələnin Komissiyada baxılması üçün Azərbaycan Respublikasının Elm, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası qarşısında vəsatət qaldırılıb.
Hesab edirəm ki, tanınmış mütəxəssis İradə Ələsgərova bu ali dövlət mükafatını almağa tam layiqdir.
Nəsir ƏHMƏDLİ
Filologiya üzrə elmlər
doktoru, professor
525-ci qəzet.- 2016.- 10 mart.- S.7.