Ömür - yuxu...
Gedəm çıxam ruhum qalan
O yurdlara, o yurdlara.
Gör nə vaxtdı bağlanmışam
Umulara, umudlara...
Ömür-yuxu, mühit gecə,
Kədərim də döndü heçə.
Qəhərimi verim necə,
O ünvansız buludlara...
Çox da öndə yoxuşlar var,
Baş girləyən çox başlar var...
Elə ütük qamışlar
var,
Öyüd verir palıdlara...
Turan varsa... bir çıxış
var,
Bir güc, bir yol,
bir baxış var,
Qurddan gələn qurtuluş var,
Yavuqlaşım boz qurdlara.
De, yasdımı, düyündümü,
Bu şər yerin, göyündümü?...
Ömrü qatam, mümkündürmü,
Metelərə, Qorqudlara?!
Unudularmı...
Əllərimi sinəmə toxundurduqca
anamın əllərinin
izini
tapmaq istəyirəm bədənimdə.
Bir çırpıntı
gəzirəm canımda.
Bu çırpıntılar
Bugünümdə, dünənimdə...
Bu çırpıntılarla uşaqlığın
qapısını
açacağam guya.
Xoşbəxt anlar,
Bu anlarda bütöv bir dünya...
Dayanıb bu qapıdan baxacağam
Uşaqlıq illərimə.
Gərək o illəri bir də yaşayam, anam.
Daha heç nə...
Bu bədəndə, bu canda
Unudula bilərmi
anam?
Ucalıq
qazanmısan...
Xalq şairi Fikrət Qocanın 80 illiyinə
Keçib sənət yolundan
Qar da, yağış da sənin.
Müdrik
qocalar olub,
Tutub qolundan sənin.
Yox, bəlkə kimlərdənsə
İncimisən bir zaman.
Yenə
də bir sevgiylə-
Adınla bir Qocayla
Yoxuşları qalxmısan.
Belə olub-bu gerçək.
Demək,
sözdü - incimək...
Böyüklərə məhəbbət
Ucaldıb səni, bildim.
Özündən keçib, olub
Hər sözün
yeni, bildim.
Sənlə gəncləşib şeir,
Gənc
olmuşuq bir az da,
Təzələnib bu həyat...
Qələmindən boy alıb
təzəliklə,
heyrətlə
Böyük sadəlik, ustad.
Sadəlikdə gözəllik-
Gördün, yazdın həyatı.
Şeirlərində sevgi,
Yaşamaq, çörək dadı...
Ömrə-günə söykənib
Ucalıq
qazanmısan,
Qal belə
ucalıqda.
Xocalıq halal payın,
Yaşanar nurlu güntək
Hər günün xocalıqda...
İnam
olsa...
Biri sınıq, biri ağlar,
Könlüm belə, gözüm belə.
Yoxuşları qalxmaq olar,
Olsa inam, dözüm belə.
Biganələ atın çapar,
Ayaq altda ümidlər var.
Bir ümidə dayaq olar,
Yerə düşsə sözüm
belə.
Gör qalanıb ocaq harda,
Həniri var bucaqlarda.
Birlik quran ocaqlarda,
Yanım,
olsun közüm belə...
lll
Buludlara
çilənən
Bir qürub işığıtək,
Sən niyə belə qəmli,
Sən niyə
belə kövrək?!
Ömrün qürub çağımı,
O, bir zamanmı, dindi...
O buludlar da bizim,
O işıq da bizimdi.
O işıqla bəzənmiş
Buludlarda yox ləkə.
Onlar bizlə yol gedir,
Ya biz onlarla
bəlkə.
...Ən gözəl duyğulardan
göylərə belə
pay var.
Ömrüm, sənə boylanıb
Nura düşüb buludlar.
İlğımlar çəkilər...
A dağlar, bir əsim küləyin gəlsə,
İlğımlar çəkilər gözümdən mənim.
Qanım təmizlənər, sifətim gülər,
Ləkələr silinər üzümdən mənim...
Gün gələr, gerçək iş - öndə bu gedər,
Çirk
hopan yerlərə təmiz su gedər,
Xəcalət tərinin qoxusu
gedər,
O gün dəsmalımdan, bezimdən mənim.
Mən
"gözlə" deyirəm,
ruhum pərt olur,
Dözümüm hardasa ətalət olur.
Ətalət içində dözüm
boğulur,
Davam var, bulaşıq dözümlə mənim...
Oxunmur, bağlanıb neçə
kitablar,
Haqqı gözdən salıb çirkli hesablar.
Gör,
özə-saflığa nələr
qatıblar,
Nələri alıblar özümdən
mənim.
Qoy gecə deməsin xeyrim bu qədər,
İşığın ərliyi, mərdliyi yetər!
Gün düşər, yapalaq kölgəsi gedər,
Çəkilər dağımdan, düzümdən mənim...
Musa ASLANXANLI
525-ci qəzet.- 2016.- 10 mart.- S.7.