Rəssam Rizvan İsmayıldan "Müsbət enerji" sərgisi

 

Mədəniyyət

Oxunub: 56 dəfə

        Facebook   Twitter    MySpace    Google a - A +

 

10.03.16   16:00

Rəssam Rizvan İsmayıldan "Müsbət enerji" sərgisi<b style="color:red"></b>

Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Gürcüstan Rəssamlar Federasiyasının üzvü Rizvan İsmayılın "Müsbət enerji" adlı fərdi sərgisi açılıb.

 

AZƏRTAC xəbər verir ki, mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev sərgi iştirakçılarını salamlayaraq, ekspozisiya müəllifini onlara təqdim edib, yaradıcılığı barədə fikirlərini bölüşüb.

 

Rizvan İsmayıl qonşu ölkənin Bolnisi rayonundakı Zolgüvəc kəndində anadan olub. 1990-cı ildə Əzim Əzimzadə adına incəsənət kollecini bitirib. R.İsmayıl Təbriz Qum şəhərlərində dini təhsil alıb. Onun parlaq, rəngarəng rəsmləri mənəvi zənginliyi dünyanın fəlsəfi dərki ilə diqqəti cəlb edir.

 

Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycanın Əməkdar rəssamı, UNESCO yanında Beynəlxalq Rəssamlar Federasiyasının Dünya Rəssamlıq Akademiyasının üzvü Sakit Məmmədov, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov Rizvan İsmayılın özünəməxsus yaradıcılığı haqqında danışıb, rəssama yeni uğurlar arzulayıblar.

 

Sakit Məmmədov bildirib ki, bu ilin yayında dünyanın ən məşhur muzeylərindən biri olan Luvrda Rizvan İsmayılın fərdi sərgisi açılacaq.

 

Sərgidə rəssamın sürrealizm abstraksionizm janrında 50-dən çox əsəri nümayiş olunub.

 

525-ci qəzet.- 2016.- 10 mart.- S.7.