AMEA-da “Azərbaycan
multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabı təqdimatı
olub
Martın
10-da Azərbaycan Milli
Elmlər Akademiyasında
(AMEA) Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
hazırlayıb nəşr
etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabının
təqdimat mərasimi
keçirilib.
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin mətbuat
xidmətindən 525.az-a verilən
məlumata görə,
mərasimi AMEA-nın
prezidenti, akademik Akif Əlizadə açaraq kitabın Azərbaycan multikulturalizmini
dünyaya təqdim etmək baxımından əhəmiyyətli rol oynadığını vurğulayıb.
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli hazırda
ölkədə olduqca
aktual xarakter daşıyan multikulturalizm
dəyərlərinin Azərbaycan
modeli haqqında söz açaraq bu modeli dünyaya
təqdim etməyin zamanının gəlib çatdığını bildirib.
Prezident
İlham Əliyevin
2016-cı ili Azərbaycanda
“Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı
sərəncamın bu
məqsədə nail olmaq
yolunda mühüm addım olduğunu diqqətə çatdıran
akademik multikluturalizmin
Azərbaycan modelinin tarixi-milli dəyərlər,
tolerantlıq və azərbaycançılıq prinsiplərindən
ibarət olduğunu, burada azərbaycançılıq
prinsipinin xüsusi önəm daşıdığını
qeyd edib.
Alim dünyada
sülhün bərpası
üçün Azərbaycan
multikulturalizmi modelinin
tətbiqinin gözəl
nəticələr verə
biləcəyini bildirib.
Vitse-prezident Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi
tərəfindən tərtib
və nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabını
yüksək qiymətləndirib
və nəşrin ərsəyə gəlməsində
əməyi olanlara təşəkkür edib:
“Azərbaycan multikulturalizmini
ədəbiyyat, mədəniyyət
müstəvisində öyrənmək
üçün bu kitab çox mükəmməl bir mənbədir. Ən qədim zamanlardan başlayaraq XX əsrin əvvəllərinə qədər
böyük bir dövrün folklor abidələrinin və yazılı ədəbiyyatından
nümunələrin yer
aldığı bu kitabda böyük mütəfəkkirlərimizin insanların
birgəyaşayışı, etnik mənsubiyyətindən
asılı olmayaraq cəmiyyətdə başlayan
dialoqlar, qarşılıqlı
etimad, hörmət, həmrəylik haqqındakı
çağırışları, dahiyanə fikirləri “Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları”
kitabında öz əksini tapıb.
Bu kitab Azərbaycan
ədəbiyyatının bütün
əsrlər boyu humanizm mövqeyində dayandığını, insanpərvərlik,
ədalət çarçısı,
birlik-bərabərlik ideyalarının
təbliğatçısı olduğunu çox aydın şəkildə
göstərir”.
AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov kitabı Azərbaycan ədəbiyyatının multikultural
dəyərlər mənzərəsinin
uğurlu göstəricisi,
eyni zamanda bu sahədə ilk sanballı mənbə kimi səciyyələndirib:
“Akademik Kamal Abdullayevin ideya müəllifliyi və ciddi elmin redaktorluğu,
AMEA alimlərinin yaxından
iştirakı ilə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
hazırlayıb çap
elədiyi bu kitab ciddi ədəbiyyatşünaslıq,
mədəniyyətşünaslıq və siyasətşünaslıq
faktıdır”.
Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun
direktor müavini,
professor Məmməd Əliyev,
Fəlsəfə və
Hüquq İnstitutunun
elmi işçisi Elsevər Səmədov, Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov
Azərbaycan multikulturalizminin
dünyada təbliği
istiqamətində kitabın
əhəmiyyətini vurğulayıblar.
Dövlət müşaviri Kamal
Abdullayev müzakirənin
sonunda yekun nitqi ilə çıxış edib:
“Təqdimatı keçirilən
“Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları”
kitabı “ Azərbaycan
multikulturalizminin qaynaqları”
seriyasından ilk nəşrdir.
Hazırda bu seriyadan “Azərbaycan
multikulturalizminin elmi-fəlsəfi
və ictimai-publilsistik
qaynaqları” adlı ikinci kitab, paralel
olaraq “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı üçüncü kitab
hazırlanır.
Bu üç istiqamət
faktiki olaraq Azərbaycan xalqının
əsrlər boyu canında, qanında, beynində, fəaliyyətində,
işində yaşatdığı
əməllərin bariz
nümunəsidir. Bu kitabların yazılmasına, hazırlanmasına
bizi prezidentin bu sözləri ilhamlandırıb: “Multikulturalizm
Azərbaycan xalqına
əsrlərdən bəri
xas olan bir dəyərdir”.
Bu geniş mənalı,
dərin nəzəri
ümumiləşdirməyə biz bu cür cavab
verməyə çalışdıq. Həqiqətən
də həm ədəbi-bədii, həm
elmi-fəlsəfi-ictimai-publisitik, həm də tarixi və hüquqi müstəvidə
bizim dünyaya göstərə biləcəyimiz
örnəyimiz var. Bu kitabda
mənim üçün
əlamətdar olan odur ki, bizim
bir çoxumuzun tanıdığı, bildiyi,
hətta yaxşı öyrənib tədqiq etdiyi şair və yazıçıların
yaradıcılığı tamam yeni bir
rakursdan görünməyə
başladı. Bizə
tanış qəzəllər, misralar,
nəsr parçaları,
ədəbi-bədii nümunələr
bir yerdə sanki başqa cür işıq saçdı. Onları bir yerdə
görmək eyni zamanda Azərbaycan oxucusunun, xüsusən gənclərin beynində,
qəlbində belə
bir fikri daha da dərinləşdirdi
ki, bizim əcdadlarımızın canında,
qanında bu ideyalar həmişə yaşayıb və bu gün də
onlar bizə doğmadır. Bu kitab vasitəsilə biz bir sıra şairlərimizi
tamamilə başqa rakursda gördük.
Ən əsas məsələ ondan ibarət idi ki, hər
şairin yaradıcılığının
fonunda onun öz dövrünün ab-havası, nəfəsi duyulur, multikultural-ictimai kardioqramması çəkilir.
Əlbəttə ki, bu kitab
Azərbaycanın multikultural
vizit kartı kimi hazırda ingilis və rus dillərinə tərcümə edilir.
Bu kitabla tanış
olan insanların fikrinə görə, gələcəkdə italyan
və alman dillərinə də tərcüməsinə də
ehtiyac var. Bu kitab və adını çəkdiyim seriyadan olan digər kitabların da gələcəkdə daha
dolğun nəşrlərini
hazırlamağı nəzərdə
tutmuşuq. Çünki ilk dəfədən bütün spektri əhatə etmək mümkün deyil. Bəzi müəlliflərin yaradıcılığı
həm birinci, həm də ikinci kitabda müvafiq istiqamətdə
öz öksini tapıb. Çıxışımı kitabın hazırlanmasında
əməyi olan hər kəsə təşəkkürlərlə bitirmək istərdim.
Nitsşenin bir sözü var: “Səhra böyüyür”.
Bu kitab səhranı
böyüməyə qoymayanların
kitabıdır”.
Tədbirdən sonra Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun elmi fondunda saxlanılan, mövzu
ilə bağlı elmi və bədii ədəbiyyatın
yer aldığı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”
adlı sərgiyə baxış keçirilib.
525-ci qəzet.- 2016.- 11 mart.- S.2.