“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
I cild
(noyabr 1918 - aprel 1920)
Azərbaycan
Məclisi-Məbusanında “İttihad” firqəsinin bəyannaməsi
Azərbaycanın
müxtəlif guşələrindən təşrif gətirmiş
olan cəmaət nümayəndələrini təbrik etməklə
bərabər “İttihad” firqəsi hakimiyyəti-milliyyə
ideyasının (yəni millətin öz-özünə
hakim olmaq üsulinin) qismən isə də vücudpəzir
olduğundan dolayı bəyani-məmnuniyyət edər, zira zənciri-əsarət
altında yaşayan müsəlman millətinin hüququnun
müdafiəsi üçün ixtiyar etdigi mübarizədə
firqə daima bu məqsədi təqib etmişdi. Vəlov ki şəraiti-siyasiyyeyi-hazirədən nəşət
edən müşkülat qarşısında şu
parlamanın surəti-təşkili firqə idealını
tamamilə təcəssüm edəmməz. Məəmafiə üzərində Azərbaycan
bayrağı təməvvüc edən və əsas etibarilə
hər bir müsəlman üçün müqəddəs ədd
edilməsi lazım gələn bu müəssisədə bizlər
firqə və sinif mənfəətinin müdafiəsi
üçün degil, milləti təmsil etmək
üçün toplanmışız. Onun
üçün də ən qərib bir zamanda burada demokratik
üsul ilə intixab edilmiş əsl Məclisi-Müəssisan
üzvlərinin ərzi-vücud etmələrini mətalib və
məqasidimizin müqəddiməsi kibi tələqqi edəriz.
Bu arzumuz vücud bulmadıqca və Azərbaycan
millətinin təkmil hüquqi kəndinə təslim edilmədikcə
bu ideyanın vücudpəzir olması yolunda möhtərəm
Rusiya demokratiyasının əlilə qazanılmış və
bizə ehsan edilmiş qənimətləri və vətən
düşmənlərilə etdikləri müharibədə
müsəlmanların özlərinin tökdükləri
qanlar müqabilində əldə etmiş olduqları həqqi
firqə bütün qüvvətilə müdafiə və
mühafizə edəcəgini bəyan ediyor. O həqq isə
Azərbaycanın istiqlalıdır. Yəni
başımızın üstündə təməvvüc edən
günagün rəngli mili sancağımızdır. İştə bunları firqə təhti-təsərrüfündə
olan bütün vəsait və qüvvətilə hər
dürlü təərrüzdən məsun tutmağa əzm
etdigini ələnən iqrar ediyor.
Firqənin zənnincə Azərbaycan millətinin bu həqqinə
demokrat ünvanı və qəlbini daşıyan heç bir
fərd etiraz edəmməz. Məgər ki, batində
onun ruhi səltənəti-mütləqiyyə (velikoderjaviya)
mərəzilə məlul olmasın və bir milləti digər
millətin təhəkkümü altında yaşatmaq meyli-mənhusinə
qapılmış olmasın. Bu yollu
ictihadında firqə demokratının yalnız rəğbəti
degil, hətta ciddi müavinətinə ümid ediyor. Fəqət
ümum demokratiya degil, yalnız bunların o qisminə etimad
ediyor, hankı ki, millətlərin kəndi-kəndilərinə
hakim olmaları xüsusda namuskaranə və səmimanə hərəkət
ediyor və müsəlman əksəriyyətinin həqqini
inkar və ləğv edərək, onun səadət və
istiqlalını öz qövmünün ən cüzi bir mənfəətinə
qurban etmək amalını bəsləmiyor. Ayaqlar altında əzilən
millətlərin xilası naminə vaqe olmuş olan, milyonlarla
qurbanlara, milyardlarla paralara mal olan və hürr Amerikanın
böyük övladı Vilsonun 14 maddəsini meydani-tədavülə
çıxaran bu cahan müharibəsi nəticəsində
ümum mədəni millətlərə nəsib olan həqlərdən
müsəlman millətini məhrum qılmaq niyyətini bəsləməyin
sadiq və həqiqi demokratları firqə özünün ən
yaxın və mötəbər dost və arkadaşı
tanımaq istiyor və bunlarla əl-ələ verib müttəfiqən
çalışmağı da hər kəsə tərcih
ediyor. Fəqət əsəfa Azərbaycan
istiqlalının zikrinin belə bəzi adamları örgətdiği
kibi müsəlmanlara qarşı bəzi mühafildə də
hissi-xüsumət oyandırdığı dəxi
anlaşılıyor.
Bu isə firqə təəccübünü mucib olacaq
bir əmrdir.
Rusiya inqilabı-kəbirini mütəaqib tarix nəzər
tədqiqdən keçirilər isə hər kəscə Azərbaycanın
elani-istiqlal etmək keyfiyyəti layiqincə təqdir edilə
bilir. Rusiyada
vaqe olan anarşi mərkəzi hökumətin
büsbütün aradan qaldırılması, Rusiya ilə əlaqə
və amədşəddin bilmərrə kəsilməsi, hərcü-mərcin
Qafqasiyaya sirayət edib burada daha müdhiş bir tufan və
fırtına peyda etməsi müsəlman aləmini əzim fəlakətlərə
düçar etdigi hər kəscə məlum və inkar
edilməz bir həqiqətdir. O halda tədarüksüz və
aciz olan müsəlman millətini bilkülliyyə məhv etməgə
əzm etmiş olan düşmənlərin
qarşısında bizim yeganə çarəmiz elani-istiqlal
etmək ilələbəd mədyun olacağımız həmcinslərimiz
və sevgili qardaşlarımızın müavinətinə
müraciətlə təhlükədə olan müqəddəratımızı
öz əlimizə almaq və istiqbalımızın təmininə
müstəqilən çalışmaq ola
bilərdi.
Elani-istiqlal ilə də millətimiz iktifa edəmməz
idi. Çünki vətənimizin ən mühüm
qismləri düşmən əlində idi. Vətəni istirdad üçün yenidən
qurbanlar vermək və övlad qanını tökmək
lazım gəlir idi. Bu halların cümləsini nəzəri-etibara
alan insaf əhli Azərbaycan
istiqlalının elanının bizim üçün zəruri
bir əmr olması keyfiyyətini bilatərəddüd qəbul
etmək məcburiyyətində qalır və bu xüsusda
bizə qarşı ibrazi-xüsumət edən taqımın
qətiyyən ədalət və məntiqlə münasibəti
olmadığına hökm edər. Qomşumuzda
bizim kibi daha müstəqil dövlətlər vücudə gəlmişlər
və onların da əsbabi hüdusi yuxarıda zikr etdigimiz
maddələrdir. Gürcüstan, Ermənistan
və Şimali Qafqasiya cümhuriyyətləri bizim fikrimizi
müəyyid və müsəddiqdir. Bu
dövlətlər də öz varlıqlarını isbat etməkdə
dəvam ediyorlar və qan bahasilə qazandıqları istiqlal
və təyini-müqəddərat həqlərini əldən
verməyəcəklərini elan ediyorlar. Kəndi müqəddəratını
təyin etmiş olan qomşularımız gürcü, erməni
və Şimali Qafqasiya millətlərinin bu yolda əfkar və
amalının tamamilə bizimkinə müşabih olduğuna
inandığı üçün firqəmiz bunları Azərbaycanın
xeyirxahı və müqəddəs vətənlərimizin
hürriyyətinin müdafiəsi naminə ixtiyar etdigimiz
mübarizədə zəhir və yoldaş ədd edib bunlarla
sıxı münasibət və rabitə əqdini iltizam
ediyor. Əlan müdafiə etdigimiz mühəssənati
bizə bəxş etmiş olan Rusiyanın müəzzəm
demokratisinə firqəmiz daha çox inanıyor və biliyor
ki, Rusiyanın həqiqi demokratları müsəlman millətini
özlərinə kiçik və mədyun qardaş nəzərində
görüb və onun həqqinə heç bir vəqt təcavüz
etmək istəməzlər. Şu beş sənəlik
cəsim mübarizəyi zəlil millətlərin xilası
naminə vaqe olmuş müharibə adlandıran imperializmin ən
qəvi istinadgahı olub, cəbr, zülm və əsarətin
mənbəi və məbdai olan Pruski millitarizminin rişələrini
qıran etilaf dövlətlərinə firqə hakəza
inanıyor və öylə bir qənaət hasil etmişdir
ki, imdilik ümum millətlərin müqəddəratının
hakimi olan hürriyyət beşigi ədd edilən ingilis, Firəngistan
və Amerika məmləkətində pərvəriş
bulmuş olan millətlər mədəni, hürr və parlaq
həyatə doğru hərəkət etdigimiz bir yolda bizə
sədlər qurmazlar. Sülh konfransına kibi əmin
və asayiş içərisində
yaşamağımıza və əqd ediləcək sülh
konfransında hüququmuzu müdafiə üçün
iştirak etməgimizə mane olmazlar. Digər
məsələlərə keçərkən firqəmiz əvvəlcə
Azərbaycandakı milliyyətlər münasibatından bəhs
etməgi lazım biliyor. Bu məsələnin
böyük bir əhəmiyyəti vardır. Milliyyət münasibatı, daha doğrusu
müsadimatı bizim başımıza çox qailələr
gətirmişdir və imdi də bir çox
müşkülat çıxarıyor. Firqənin
qərarı qonşular ilə möhkəm bir sülh
istehsalına çalışmaq və bu yolda heç bir fədakarlıqdan
çəkinməyib öylə bir şərait
yapratmaqdır ki, istibdad və şovinizm xadimlərinin təhrik
və təşviqi ilə mükərrərən vücudə
gələn və hər iki tərəfi də biməna və
mühüm xəsarətə uğradan bu hadisələrin
artıq meydan almasına imkan qalmasın. Firqə
bu ictihadında yenə namuskar və həqiqi demokratların
müavinətinə göz tikmişdir. Çünki səmimi
ixvanın tərəfdarı yalnız bunlar ola
biləcəginə firqənin qənaəti vardır.
Zəhmətkeşlər məsələsi firqə
üçün dəxi mühüm bir maddə təşkil
edir. Bu xüsusda firqə tamamilə menşeviklərin
proqrammasını qəbul etmişdir. Və
geniş bir dairədə fəhlələrin səadətini
təmin etməgə səy edəcəkdir. Yalnız
iş və sənaye aləmində anarşi və keyfə-mayəşayə
meydan verməmək üçün sərmayə ilə zəhmət
miyanında vaqe olan mübarizənin qanun üsuluna tabe olmasını
tələb edir.
Xüsusi əmval və əmlak firqənin nəzərində
hər dürlü təərrüzdən məsundur. Topraq məsələsində
ümum rəncbərlərin hər bir çalışqan fərdinə
müsavi miqdarda və dərəcəyi-kifayədə xəzineyi-miri
hesabına məccanən ərazi verilməsini firqə tələb
ediyor. Maliyə işində firqə gəlirlərdən
doğru bir vergi alınmasının və birici lazım olan
şeylərdən kosvennı naloq adlanan xərc
alınmasının tərəfdarıdır. Qəhətlik, qıtlıq və
bahalığın önünü almaq üçün firqə
ticarətin bilkülliyə sərbəst olmasını,
yolların bilatəxir təmirini tələb edir. Ərzaq məsələsinin qorxunc bir halda olduğu
üçün bu babda ciddi tədabirin dərhal ittixaz edilməsi
və möhtəkirlər həqqində şiddətli
qanunlar və cəzaların icra edilməsi tələb
ediliyor. Məmləkət sarı mərəzlərə
tutuşmuş olduğundan sahibsiz cəmaətin səlaməti
üçün meydanda heç bir təşəbbüsün
görülmədigi müşahidə edildigindən firqə
bu xüsusda səhiyyə müəssisələrin ciddi surətdə
ibrazi-fəaliyyət etməsini qəti surətdə tələb
edir.
Maarif həqqində firqə ümumi, məcburi,
rüşdi və ibtidai məktəblərdə məccani tədrisin
və məktəblərin cümləsinin milli
olmasının tərəfdarıdır.
Bələdiyyə idarələri və zemstvo təşkilatı
demokratik üsulinə tabe olmalıdır.
Dövlət təşkilatına gəlincə firqə
cümhuriyyət tərəfdarı və bir müəssisəyi-təşriyyə
və buna qarşı məsul qüvveyi-icraiyyə
olmasını tələb edir. Hökumət
mümkün olduqca ucuz və sadə olub kanselari üsuli xəfif
və məhdud olmalıdır. İntixab-ümumi
doğru, gizli və müsavi və hər bir təşkilatda
cari olmalıdır.
Ümum əhali qanuna qarşı müsavidir. Milliyyət və
sinif fərqi yoxdur.
Əqəliyyəti təşkil edən qövmlərin
həqqinə təcavüz edilməmək üçün hər
dürlü intixabda qövmlərin miqdarı nəzərə
alınıb hər birinin miqdarına nisbətən yer veriləcəkdir.
Erməni və müsəlman arasında indiyə kimi
davam edən xüsumətin səbəbləri əşxas dəstələrə,
bu iki milləti bunca xəsarət, tələfat və qailələrə
düçar edən amillərə izhari-nifrət edir. Bu babda mükəmməl
surətdə təftiş və istintaq qurulmasını, məsum
müsəlmanlar və ermənilərin başına bu rəzalətləri
gətirən canilərin şiddətli surətdə cəzalanmalarını,
zərərdidələrə geniş dairədə yardım
olunmasını və dağılmış şəhərlər
və köylərin təcdid və təmirini tələb
etməklə bərabər, firqə gözəl
Qafqasiyanın övladına böylə vəhşilik və
qaniçicilik xasiyyətini əbədiyyən tərk etməgi
təklif edir və insan şəklində olan
vücudların cümləsini qardaş və insan tələqqi
etməgə dəvət eylər. İnşaallah
ki, mədəniyyət və hürriyyətin qabili-inkar
olmayan nişanəsi olan şu mübarək müəssisə
və məclis bu yolda kəfil və zamin olub bizim sevgili vətənimiz
və millətimizi hidayət və səlamətə
doğru sövq etməgə istedad və iqtidara malik
olduğunu sürətlə ibraz edər.
Hökumətimizin hərəkat və fəaliyyətinin
şayani-tənqid bir çox nöqtələrinin mövcud
olduğunu imdilik ixtar etməklə iktifa edərək bu babda
münasib bir zəman iradi-kəlam edəcəgini firqə vəd
edib bəyannaməsinə keçiyor.
“Azərbaycan”,
13 dekabr 1918, ¹64
Vücudpəzir
- var olan, mövcud olana
Təməvvüc
- dalğalanma
Məqasid
- məqsədlər
Ərzi-vücud
- vüsət alması bildirməsi
Çunaqun
- cürbəcür, növbənöv
Təsərrüf
- yiyələnmə
Məsun
- toxunulmaz
Məlul
- şikəst
Mənhüsə
- uğursuz
İsfar
- göstərmə, aşkar etmə
Əsəfa
- təəssüf olsun
Mütəaqib
- arxasınca, izi ilə
İlələbad
- sona qədər, axıracan
İktifa
- kifayətlənmə
İstirdad
- geri alma
Müəyyəd
- sağlam, köməyə ehtiyacı olan
Müşabih
- bənzər, oxşar
Zəhir
- köməkçi, arxa
Mədyun
- minnətdar, borclu
Cəsim
- iri, yekə
Məbda
- mənşə
Qailə
- söyləyən, deyən
Mükərrər
- dəfələrlə, təkrarən
İxvan - qardaşlar
Əmval - mallar
Kəfil - zamin, məsul olan
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2016.- 12 mart.- S.21