Onun həyat kredosu - jurnalistika

 

 

Həmin vaxtlar balaca uşaqdım, ibtidai sinfi təzəcə bitirmişdim. Amma o yerləri, doğulduğum cəmi 10 il yaşadığım yurdu unutmuram, unuda bilmirəm, hər şey sanki canlı bir şəkil kimi gözlərimin qabağındadır.

 

Yolu da, cığırı da, dağı, təpəsi, dərəsi ... Məktəbimizi divar-divar, kitabxanamızı kitab-kitab, yollarımızı toz-toz əzbər bilirəm. Qonşularımız adam-adam, qəbiristanlığımız məzar-məzar yaddaşımın dərin qatlarında kök salıb.

 

Unutmadığım həm kəndimizin mehriban, üzü təbəssüm dolu insanlarıdı. Şənlikləri, toyları bir ayrı aləm olan insanlar... Qış tədarükünü birgə edib, yay işlərini bərabər görən insanlar... Xeyirdə-şərdə bir yerdə olan, bir-biriylə dalaşmayan, bir-birinin xətrinə dəyməyən insanlar... Bir evin işığına həm o biri evi isidən insanlar...

 

Tale onları pərən-pərən etsə ayıra bilmədi, xeyir-şərdə həmişə bir yerdə oldular, bir oldular... Bəlkə o yerlərin havası, suyu, təbiəti, sadiq qaldıqları adət-ənənələri, toylarının şahı olan Agbaba yallısı,  qayınana-qayınatagüləşməsi”, ən əziz yeməkləri olan xaşıl, əriştə plovu, əvəlik, əppək aşı, halva, hastaları ayırmadı bu insanları. Təbii ki, həm ziyalıları ziyalılığı.

 

Bu gün həmin ziyalılardan biri haqqında bəhs etmək istəyirəm. Buna haqqım çatır, yaxud çatmır, bilmirəm. Amma bircə onu bilirəm ki, o təmsil etdiyi Alməmmədlilər nəsli ən gözəl sözlərə, ən isti münasibətə layiq insanlardır. Bunu təkcə böyüklərimdən yox, bütün kənd, rayon camaatından eşitmişəm. Onu da eşitmişəm ki, o, gənclərin təhsilə elmə yiyələnməsi üçün bütün var-qüvvəsini səfərbər etməklə yanaşı, təmsil etdiyi ziyalı nəslinin layiqli davamçısı ziyalılığın qədrini bilən bir insan kimi adını tarixə ən əsası ürəklərə yaza bilib. Bəlkə tarixi silmək, dəyişmək olur, amma ürəyə əl dəymək mümkün deyil. Başqalarının ürəyində yaşamaq, başqalarının ürəyində torpağın qoynuna köçmək necə gözəldir.

 

Qərbi Azərbaycanın Amasiya rayonunun, Qaraçanta (Əzizbəyov) kəndinin ziyalı işıqlı insanlarından olan ömrünün müdriklik çağını yaşayan Əsgər Əsgərov kənddən şəhərə böyük ümidlərlə gəlmişdi, arzusu yalnız təhsil alıb, özünü yetişdirmək yox, yenidən doğma kəndinə qayıdıb gənc nəslin savadlı, yetkin, bitkin, işıqlı aydın olmasına çalışmaq idi. Gedib-gəldiyi uzaq Amasiya-Bakı yolunda da, Azərbaycan Pedaqoji İnstitutunda təhsil aldığı 5 il müddətində , hətta hər semestrin qısamüddətli səfərlərində o, bu ali məqsəd barədə düşünürdü.

 

Gənclərin maariflənməsi, təhsilli olması Əsgər müəllimin ən böyük arzusu olub. Bu arzu ilə o, öz təhsilini başa vurub, rayona qayıdıb. 1960-cı ilin isti yay günlərinə bir qədər sonra sərin payızına sevinən təkcə Əsgər müəllim deyildi, bütün kənd Yeniyol camaatı idi. Kəndə daha bir savadlı intellektli kadr, müəllim - atası Fərhad Əsgərovun yolunu davam etdirən Əsgər müəllim gəlmişdi. Yaşının az olmasına baxmayaraq, bənzətmə təsvirləri ağır yerişi təmkinli danışığı qədər şirin idi. Hamının sevgisini qazanmışdı Əsgər müəllim. İllər sonra respublikanın ən tanınmış şəxsləri olan insanlarını yetişdirmişdi. Gəlişi kimi, gedişi təsirli olmuşdu. Gənc filoloqun müəllim kimi fəaliyyətinə Amasiya rayon qəzeti - “Kolxozçu tribunası” “son qoymuşdu”. Bəlkə buna son da demək olmazdı, bəlkə başlanğıc idi. Ölüm başqa bir həyatın başlanğıcı olduğu kimi Əsgər müəllim başqa bir sahəyə - jurnalistika ilə həyatına həyatımıza yeni rəng qatdı.

 

Bir-birindən maraqlı, oxunaqlı yazıların müəllifi olan Əsgər müəllimin filoloji təfəkkür sahibi kimi qələmə aldığı yazılar çoxlarının qibtə etdiyi jurnalistlik fəaliyyəti hamının yaxşı yadındadır. Bu elə bir başlanğıc idi ki, onu Komsomola katibliyə qədər, oradan daSovet Ermənistanıqəzetində şöbə müdiri məsul katib vəzifəsinə qədər aparacaqdı. Təbii ki, söhbət sadəcə, vəzifədən getmir, o, Yerevanda yaşadığı 20 il müddətində zaman-zaman yazdığı yazılarda milli kimlik məsələsini qoyacaqdı. Buna görə cəzasını da alacaqdı, amma öz ağıl zəkası, filoloq yanaşması, bənzərsiz təfəkkür tərzi ilə ən ağır vəziyyətlərdən çıxacaqdı. Aylar ötüb, illər keçəcək, amma Əsgər müəllim tutduğu yoldan, əqidəsindən dönməyəcəkdi. Bakıya köçdükdən sonra da jurnalistlik fəaliyyətinə ara verməyəcəkdi... bütün bunlarla yanaşı, deyərdim ki, ən əsası hamıya əl tutacaq, yaxşılığından qalmayacaqdı.

 

Ömrünün gənc yaşından heyrətləndirə-heyrətləndirə müdriklik yaşında çatmış, 80 illik ömrün hesabatından alnı açıq, üzü çıxmış, soyadı nəslinin ənənələrinə həmişə sadiq qalmış, əziz Əsgər müəllim, doğum gününüz mübarək olsun...

 

Pərvanə YƏHYAQIZI

525-ci qəzet.- 2016.- 12 mart.- S.15